Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 28 sentyabr tarixli 632 nömrəli fərmanı ilə təsdiq
edilmiş “Mərkəzi icra
hakimiyyəti orqanlarının Nümunəvi Strukturu”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 28
sentyabr tarixli 632 nömrəli fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, ¹ 9, maddə 870; 2010, ¹ 4, maddə 291) ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının
Nümunəvi Strukturu”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 2-ci hissədə
"olan” sözü
"yaradılan” sözü
ilə əvəz edilsin.
2. 3-cü hissə
aşağıdakı redaksiyada
verilsin:
"3. Mərkəzi
icra hakimiyyəti orqanının yerli bölmələri, mərkəzi
icra hakimiyyəti orqanının yanında,
tabeliyində olan orqanlar.”.
3. Aşağıdakı
məzmunda 4-cü hissə
əlavə edilsin:
"4. Mərkəzi
icra hakimiyyəti orqanının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin,
mərkəzi icra hakimiyyəti orqanının
yanında, tabeliyində
olan orqanların yerli bölmələri.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 yanvar 2019-cu il
Azərbaycan.-
2019.- 27 yanvar.- S.1.