“Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 7 dekabr tarixli 1386-VQD nömrəli Qanununun tətbiqi və
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini
rəhbər tutaraq, "Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il 7
dekabr tarixli 1386-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək
məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. "Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikası Qanununun 30-1.7-ci maddəsinə
uyğun olaraq dövlət qulluqçusunun xidməti fəaliyyətinin
qiymətləndirilməsi qaydasını Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla
üç ay müddətində müəyyən etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının "Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.5. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. "Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29
dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1, maddə 28;
2002, ¹ 8, maddə 495; 2005, ¹ 12, maddə 1111; 2007, ¹ 12, maddə
1241; 2008, ¹ 5, maddə 363; 2010, ¹ 2, maddə 80; 2017, ¹ 8, maddə
1518; 2018, ¹ 2, maddə 170; Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12 noyabr tarixli 336 nömrəli Fərmanı)
3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
"3. Müəyyən edilsin ki:
3.1. "Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin
ikinci cümləsində, 15-1.3-cü, 15-2.3-cü, 17.5-ci,
23.4-cü, 25.4-cü maddələrində, 27.3-cü maddəsinin
ikinci cümləsində, 28.2-ci maddəsinin birinci hissəsində,
28.3-cü maddəsinin birinci cümləsində, 28.4-cü
maddəsinin ikinci hissəsində, 28.6-cı maddəsinin
ikinci hissəsinin ikinci cümləsində və
üçüncü hissəsində, 28.7-ci maddəsinin
altıncı və səkkizinci cümlələrində,
28.13-cü maddəsinin birinci cümləsində, 28-1.1-ci maddəsində,
29.2-ci maddəsinin birinci hissəsinin üçüncü
cümləsində, 29.4-cü maddəsinin birinci hissəsində,
29.6-cı, 29.7-ci və 29.12-ci (ikinci halda) maddələrində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin
qanunun 11.4-cü maddəsinin ikinci hissəsində, 21.6-cı
maddəsinin birinci cümləsində,
22-1.8-ci maddəsində, 28.2-ci maddəsinin
ikinci hissəsində, 28.3-cü maddəsinin ikinci cümləsində,
28.5-ci maddəsinin üçüncü cümləsində
və 30-1.7-ci maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının, həmçinin
8.1.1-ci, 11.1.1.1-ci, 11.1.2.1-ci, 11.1.3.2-ci və 11.1.4.3-cü maddələrində
nəzərdə tutulmuş Azərbaycan dövlətinin
başçısının icra səlahiyyətlərini həyata
keçirən orqanın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.3. həmin
qanunun 2.5-ci maddəsinin birinci cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
icra hakimiyyəti orqanları həyata keçirirlər;
3.4. həmin qanunun 7.1-ci maddəsində
və 25.10-cu maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondu qismində Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə
tutulur;
3.5. həmin
qanunun 8.1.1-ci, 11.1.1.1-ci, 11.1.2.2-ci, 11.1.3.3-cü və
11.1.4.2-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan
dövlətinin başçısının fəaliyyətini
bilavasitə təmin edən digər orqanların səlahiyyətlərini
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti
həyata keçirirlər;
3.6. həmin
qanunun 8.1.3-cü maddəsində nəzərdə
tutulmuş:
3.6.1. Naxçıvan Muxtar
Respublikasının müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.6.2. müvafiq icra hakimiyyəti
orqanlarının səlahiyyətlərini Azərbaycan
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları, onlara bərabər tutulan orqanlar (Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyası) və Bakı Şəhər İcra Hakimiyyəti
həyata keçirirlər;
3.7. həmin
qanunun 8.1.4-cü maddəsində nəzərdə
tutulmuş:
3.7.1. müvafiq
icra hakimiyyəti orqanlarının yanında yaradılan
dövlət agentlikləri və dövlət xidmətlərinin
səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi
icra hakimiyyəti orqanlarının yanında yaradılan
dövlət agentlikləri və dövlət xidmətləri
həyata keçirirlər;
3.7.2. Naxçıvan Muxtar
Respublikasının müvafiq icra hakimiyyəti
orqanlarının səlahiyyətlərini Naxçıvan
Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları həyata keçirirlər;
3.8. həmin
qanunun 8.1.5-ci maddəsində nəzərdə tutulmuş:
3.8.1. müvafiq
icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
yerli icra hakimiyyəti orqanları (Bakı Şəhər
İcra Hakimiyyəti istisna olmaqla) həyata keçirirlər;
3.8.2. müvafiq
icra hakimiyyəti orqanlarının yerli bölmələrinin
səlahiyyətlərini Azərbaycan Respublikası və
Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının yerli bölmələri həyata
keçirirlər;
3.8.3. müvafiq icra hakimiyyəti
orqanlarının yanında, tabeliyində olan orqanların səlahiyyətlərini
Azərbaycan Respublikası və Naxçıvan Muxtar
Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının yanında, tabeliyində olan orqanlar,
Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentlikləri
və dövlət xidmətləri və Bakı Şəhər
İcra Hakimiyyəti başçısının yanında
olan orqanlar həyata keçirirlər;
3.9. həmin
qanunun 8.1.6-cı maddəsində nəzərdə
tutulmuş:
3.9.1. müvafiq icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin
və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti
orqanlarının yanında, tabeliyində olan orqanların
yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan
Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının yanında yaradılan
dövlət agentliklərinin və dövlət xidmətlərinin,
Azərbaycan Respublikası və Naxçıvan Muxtar
Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının yanında, tabeliyində olan orqanların
yerli bölmələri həyata keçirirlər;
3.9.2. müvafiq
icra hakimiyyəti orqanlarının yanında olan orqanların
səlahiyyətlərini yerli icra hakimiyyəti
başçılarının yanında avtomobil nəqliyyatı
ilə sərnişindaşıma idarələri həyata
keçirirlər;
3.9.3. müvafiq
icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri
üzrə nümayəndəliklərinin və sahə
inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin
səlahiyyətlərini yerli icra hakimiyyəti
başçılarının inzibati ərazi dairələri
üzrə nümayəndəlikləri və sahə inzibati ərazi
dairələri üzrə nümayəndəlikləri həyata
keçirirlər;
3.10. həmin
qanunun 11.1.1.1-ci və 11.1.2.1-ci maddələrində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında Azərbaycan Respublikası Birinci
vitse-prezidentinin fəaliyyətini təmin edən struktur
bölməsinin səlahiyyətlərini Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının struktur bölməsi
- Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin
Katibliyi həyata keçirir;
3.11. həmin
qanunun 11.1.3.6-cı və 11.1.4.7-ci maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının
yanında yaradılan dövlət agentliklərinin və
dövlət xidmətlərinin səlahiyyətlərini Azərbaycan
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentlikləri
və dövlət xidmətləri həyata keçirirlər;
3.12. həmin
qanunun 11.1.3.7-ci maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Bakı Şəhər İcra Hakimiyyəti həyata
keçirir;
3.13. həmin
qanunun 11.1.5.4-cü (Bakı Şəhər İcra Hakimiyyəti
istisna olmaqla), 11.1.7.2-ci maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının və
11.1.8.2-ci maddəsində (ikinci halda) nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
3.14. həmin
qanunun 11.1.6.2-ci maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra
hakimiyyəti orqanları həyata keçirirlər;
3.15. həmin
qanunun 11.1.6.4-cü və 11.1.7.3-cü maddələrində nəzərdə
tutulmuş:
3.15.1. müvafiq icra hakimiyyəti
orqanlarının yerli bölmələrinin səlahiyyətlərini
Azərbaycan Respublikası və Naxçıvan Muxtar
Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının yerli bölmələri, müvafiq icra
hakimiyyəti orqanlarının yanında, tabeliyində olan
orqanların səlahiyyətlərini Azərbaycan
Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının yanında, tabeliyində
olan orqanlar, Naxçıvan Muxtar Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının yanında yaradılan
dövlət agentlikləri və dövlət xidmətləri
həyata keçirirlər;
3.15.2. müvafiq
icra hakimiyyəti orqanının tabeliyində olan orqanların
səlahiyyətlərini Bakı Şəhər İcra
Hakimiyyəti başçısının yanında olan
orqanlar həyata keçirirlər;
3.16. həmin qanunun 11.1.7.4-cü maddəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin
və dövlət xidmətlərinin, onların yanında,
tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini
Azərbaycan Respublikası və Naxçıvan Muxtar
Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin
və dövlət xidmətlərinin, Azərbaycan
Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının yanında, tabeliyində
olan orqanların yerli bölmələri həyata keçirirlər;
3.17. həmin
qanunun 11.1.8.1-ci maddəsində nəzərdə tutulmuş:
3.17.1. müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli
icra hakimiyyəti orqanları həyata keçirirlər;
3.17.2. müvafiq icra hakimiyyəti
orqanlarının yerli bölmələrinin səlahiyyətlərini
Azərbaycan Respublikası və Naxçıvan Muxtar
Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının yerli bölmələri, müvafiq icra
hakimiyyəti orqanlarının yanında, tabeliyində olan
orqanların səlahiyyətlərini Azərbaycan
Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının yanında, tabeliyində
olan orqanlar həyata keçirirlər;
3.17.3. müvafiq
icra hakimiyyəti orqanının tabeliyində olan orqanların
səlahiyyətlərini Bakı Şəhər İcra
Hakimiyyəti başçısının yanında olan orqanlar
həyata keçirirlər;
3.17.4. müvafiq icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin
və dövlət xidmətlərinin, onların yanında,
tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini
Azərbaycan Respublikası və Naxçıvan Muxtar
Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin
və dövlət xidmətlərinin, Azərbaycan
Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının yanında, tabeliyində
olan orqanların yerli bölmələri həyata keçirirlər;
3.18. həmin
qanunun 11.1.8.2-ci maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının yanında olan
orqanların səlahiyyətlərini yerli icra hakimiyyəti
başçılarının yanında avtomobil nəqliyyatı
ilə sərnişindaşıma idarələri həyata
keçirirlər;
3.19. həmin
qanunun 22-1.9-cu maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə
Akademiyasıdır;
3.20. həmin
qanunun 25.8-ci maddəsinin birinci cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
tabelik qaydasında yuxarı dövlət orqanı həyata
keçirir;
3.21. həmin qanunun 28.2-ci maddəsinin
birinci hissəsində, 28.3-cü maddəsinin birinci cümləsində,
28.4-cü maddəsinin ikinci hissəsində, 28.6-cı maddəsinin
ikinci hissəsinin ikinci cümləsində, 28-1.1-ci maddəsində,
29.2-ci maddəsinin birinci hissəsinin üçüncü
cümləsində, 29.4-cü maddəsinin birinci hissəsində
və 29.7-ci maddəsində nəzərdə tutulmuş qurum
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzidir;
3.22. həmin
qanunun 28.2-ci maddəsinin üçüncü hissəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif
(qiymət) Şurası həyata keçirir;
3.23. həmin qanunun 28.12-ci maddəsinin
birinci cümləsində, 29.2-ci maddəsinin birinci hissəsinin
birinci cümləsində, üçüncü və
dördüncü hissələrində, 29.3-cü maddəsinin
birinci və ikinci hissələrinin birinci cümlələrində
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti
başçılarının yanında avtomobil nəqliyyatı
ilə sərnişindaşıma idarələri, inzibati ərazi
dairələri üzrə nümayəndəliklər və
sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər
həyata keçirirlər;
3.24. həmin
qanunun 29.12-ci (birinci halda) maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata
keçirir;
3.25. həmin
qanunun 32-1.3-cü maddəsində nəzərdə
tutulmuş müvafiq dövlət orqanının səlahiyyətlərini:
3.25.1. Azərbaycan
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanlarının aparatlarında və Bakı Şəhər
İcra Hakimiyyəti başçısının
Aparatında Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri;
3.25.2. Azərbaycan
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərində
və dövlət xidmətlərində həmin mərkəzi
icra hakimiyyəti orqanının rəhbəri;
3.25.3. Azərbaycan Respublikası
apelyasiya məhkəmələrinin aparatlarında Azərbaycan
Respublikasının ədliyyə naziri;
3.25.4. Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin Aparatında
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata
keçirirlər;
3.26. bu fərmanın
3.27-ci bəndində nəzərdə tutulmuş dövlət
orqanları istisna olmaqla, digər dövlət orqanlarında
dövlət qulluğunda olmanın yaş həddinə
çatmış dövlət qulluqçusunu vəzifəyə
təyin edən səlahiyyətli şəxs həmin dövlət
qulluqçusunun müvafiq vəzifəyə təyin edilməsi
barədə qərar qəbul etdikdə, "Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun
32-1.2-ci maddəsinə uyğun olaraq, həmin dövlət
qulluqçusunun dövlət qulluğunda olma müddəti
uzadılmış hesab edilir;
3.27. mərkəzi
icra hakimiyyəti orqanına aid sahədə dövlət
qulluğunda olmanın yaş həddinə çatmış
dövlət qulluqçusunun "Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.2-ci maddəsinə
uyğun olaraq dövlət qulluğunda olma müddəti həmin
mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən
uzadılır;
3.28. bu fərmanın
3.25-ci bəndində nəzərdə tutulmuş dövlət
orqanları istisna olmaqla, inzibati vəzifələrin
ali-üçüncü təsnifatına aid vəzifələrdə
dövlət qulluğu keçən dövlət
qulluqçusunu vəzifəyə təyin edən səlahiyyətli
şəxs həmin dövlət qulluqçusunun müvafiq vəzifəyə
təyin edilməsi barədə qərar qəbul etdikdə,
"Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununun 32-1.3-cü maddəsində nəzərdə
tutulmuş razılıq verilmiş hesab edilir;
3.29. "Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə
minənədək elan edilmiş müsabiqələrdə
iştirak edərək dövlət qulluğunun ehtiyat
kadrlarının siyahısına daxil edilmiş şəxslər
həmin siyahıda olduqları müddətdə dövlət
orqanlarında analoji vakant vəzifəyə təyin edilə
bilərlər. Həmin şəxslərə dövlət
qulluğu vəzifəsinə təyin olunduğu gündən
sertifikat verilir.”.
3. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların "Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 yanvar 2019-cu il
Azərbaycan.-
2019.- 27 yanvar.- S.2.