“İnzibati icraat
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "İnzibati
icraat haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 28
dekabr tarixli 345 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 12, maddə 1114) 2-ci hissəsi
aşağıdakı redaksiyada
verilsin:
"2. Müəyyən
edilsin ki:
2.1. "İnzibati
icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 4.3-cü maddəsinin
birinci cümləsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.2. həmin
qanunun 4.3-cü maddəsinin
birinci cümləsində
nəzərdə tutulmuş
komissiyanın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti yanında Apelyasiya Şurası həyata keçirir;
2.3. həmin
qanunun 2.0.1-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər
Kabineti, mərkəzi
və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 27 yanvar.- S.2.