Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndini rəhbər tutaraq, "Hesablama Palatası haqqındaAzərbaycan Respublikasının Qanununu "Büdcə sistemi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1198-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə əlaqədar qərara alır:

"Hesablama Palatası haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 9, maddə 1820) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.0.2-ci 7.0.1-ci maddələrə "icmalsözündən əvvəl "büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi daxil olmaqla,” sözləri əlavə edilsin.

2. 7.0.3.13-cü maddədə "vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın)” sözləri "vahid xəzinə hesabının sərbəst qalığınınsözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il

 

Azərbaycan.- 2019.- 27 yanvar.- S.2.