“Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikasının "Siyasi
partiyalar haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
2018-ci 1 may tarixli 1099-VQD nömrəli
və "Həmkarlar
ittifaqları haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
2018-ci il 1 may tarixli
1110-VQD nömrəli qanunlarının
icrası ilə əlaqədar qərara alır:
"Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 1, maddə 8; 2005, ¹ 1, maddə 1, ¹ 8, maddə
700; 2006, ¹ 2, maddə 70; 2008, ¹ 2, maddə 49; 2010, ¹ 4, maddə
265; 2012, ¹ 1, maddə 2, ¹ 7, maddə 651; 2013, ¹ 12, maddə
1479; 2014, ¹ 2, maddə 78, ¹ 7, maddə 769, ¹ 11, maddə
1356, ¹ 12, maddə 1526; 2015, ¹ 11, maddə 1259; 2016, ¹ 4, maddə
644, ¹ 10, maddə 1606; 2017, ¹ 5, maddələr 709, 724, ¹ 10, maddə
1775) aşağıdakı dəyişikliklər edilsin:
1. 12.8.3-1-ci maddədən
"fəaliyyətinin dayandırılması
və bərpa edilməsi,” sözləri
çıxarılsın.
2. Aşağıdakı
məzmunda 12.8.3-2-ci maddə
əlavə edilsin:
"12.8.3-2. siyasi
partiyaların, həmkarlar
ittifaqlarının, qeyri-hökumət
təşkilatlarının və xarici qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin fəaliyyətinin
dayandırılması və
bərpa edilməsi barədə məlumatlar;”.
3. 14.2.3-cü maddəyə "fəaliyyət ərazisi,” sözlərindən sonra "fəaliyyətinin dayandırılması və bərpa edilməsi,” sözləri əlavə edilsin.
4. 14.2.4-cü maddəyə "barədə” sözündən əvvəl ", fəaliyyətinin dayandırılması və bərpa edilməsi” sözləri əlavə edilsin.
5. 14.2.5-ci maddədən ", habelə fəaliyyətinin dayandırılmasına və bərpa edilməsinə dair” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr
2018-ci il
Azərbaycan.- 2019.- 27 yanvar.- S.3.