Etməgil!
Üzün məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!
Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
Aşiqi bixaniman etmək dilərsən, etməgil!
Qaşların qövsində müjganın xədəngin gizləyib,
Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!
Canımı vəslin şərabından ayırdın, ey gözüm,
Eynimi gövhərfəşan etmək dilərsən, etməgil!
Qoymuşam eşqində mən kövnü məkanın varını,
Can nədir kim, qəsdi-can
etmək dilərsən,
etməgil!
Bürqəi üzündən
açarsan məgər
naməhrəmə,
Gizli əsrari əyan etmək dilərsən, etməgil!
Yandırırsan önlümü
eşqində, məlum
oldu kim,
Ani risvayi-cahan etmək dilərsən, etməgil!
Doğruyam eşqində
oxtək, kiprigin tanıq durur,
Qəddimi neyçün
kəman etmək dilərsən, etməgil!
Çünki eşqin
məskənidir könlümün
viranəsi,
Həsrətə anı məkan etmək dilərsən, etməgil!
Çün yəqin
bildi Nəsimi ağzının var olduğun,
Ol yəqini sən güman etmək dilərsən, etməgil!
Neylərəm
Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm?
Tacü təxtü, mülkü malü xanimani neylərəm?
İstərəm vəsli
cəmalın ta qılam dərdə dəva,
Mən sənin bimarinam özgə dəvanı neylərəm?
Ey müsəlmanlar,
bilin kim,
yar ilə xoşdur cahan,
Çünki yardan ayrı düşdüm, bu cahanı neylərəm?
Çox dualar qılmışam mən Xaliqin dərgahına,
Çün muradım hasil olmaz, mən duanı neylərəm?
Dilbər aydır,
ey Nəsimi sabir ol, qılma
fəğan,
Mən bu gün səbr
eyləsəm, danla fəğanı neylərəm?
Mərhəba
Mərhəba, xoş
gəldin, ey ruhi-rəvanım, mərhəba!
Ey şəkərləb
yari-şirin, laməkanım,
mərhəba!
Çün ləbin
cami-Cəm oldu nəfxeyi-Ruhülqüdüs,
Ey cəmilim, ey cəmalim, bəhrü kanım, mərhəba!
Könlümə heç
səndən özgə
nəsnə layiq görmədim,
Surətim, əqlim,
üqulim, cismü canım, mərhəba!
Ey mələk surətli dilbər, can fədadır yoluna,
Çün dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba!
Gəldi yarım naz ilə, sordu, Nəsimi, necəsən?
Mərhəba, xoş
gəldin, ey xırdadəhanım, mərhəba!
İmadəddin Nəsimi
Azərbaycan.- 2019.- 27 yanvar.-
S.6.