“Milli
Rəqəmsal Yaddaşda
Nəsimi irsi”
Prezident İlham
Əliyevin "Böyük
Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinin qeyd edilməsi haqqında” və "Azərbaycan Respublikasında
2019-cu ilin "Nəsimi
ili” elan edilməsi haqqında” müvafiq sərəncamlarının
icrası ilə əlaqədar Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanası (MEK)
cari il üçün
fəaliyyət planı
hazırlayıb.
Planda MEK-in fondlarında Nəsimiyə
aid mühafizə olunan
materialların təftişi,
sənədlərin sistemli
axtarışı və
mübadiləyə uyğunlaşdırılmış
formatda elektron kataloqa, rəqəmsal bazaya daxil edilməsi,
"Nəsimi” adlı
e-bazanın yaradılması
əsas yer tutur.
Bunlarla bağlı media vasitəsilə,
o cümlədən MEK-in rəsmi
www.mek.az saytında, sosial
şəbəkələrdəki səhifələrində paylaşımlar
edilməklə ictimaiyyətə
mütəmadi məlumatlar
veriləcək. Bundan başqa, kitabxana sərbəst ensiklopedik resurslarda - müxtəlif dillərdə olan "Vikipediya”larda Nəsiminin həyat və yaradıcılığı ilə
bağlı məqalələrin
yaradılmasını, mövcud
olan yazıların əsaslı şəkildə
redaktə edilməsini,
2019-cu ilin dekabrına
qədər MEK-də
sərginin təşkilini,
"Bir kitabın izi ilə” formatında
elektron təqdimatın
hazırlanmasını və
nümayişini, "Milli
Rəqəmsal Yaddaşda
Nəsimi irsi” mövzusunda müsabiqə
keçirməyi də
nəzərdə tutub.
Bu gün
Nəsimi yaradıcılığı
artıq milli-mənəvi
varlığımızın ayrılmaz hissəsidir. Böyük mütəfəkkirin
Azərbaycan xalqının
mənəviyyat xəzinəsində
layiqli yerini tutması ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu
öndərin təşəbbüsü
ilə Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən ilk dəfə Nəsiminin 600
illik yubileyi UNESCO-nun tədbirlər siyahısına
daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.
İmadəddin Nəsiminin 650 illik yibileyində də şairin irsinin araşdırılması istiqamətində
mühüm addımlar
atılacaqdır.
Rəhman SALMANLI
Azərbaycan.-
2019.- 27 yanvar.- S.6.