Alim kəndə qayıdır

 

Aqrar sektorda islahatlar elmi araşdırmaların istehsalata tətbiqinə söykənir

 

Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsində aqrar sektora xüsusi önəm verilir. Ölkə əhalisinin təxminən yarısının kənd yerlərində yaşamasını nəzərə alsaq, aqrar sektorda aparılan islahatların bütün ölkə üçün xüsusi əhəmiyyət kəsb etdiyini görərik.

İqtisadiyyatın istənilən yeni bir sahəsini yaratmaq, innovasiyaları tətbiq etmək və irəli çıxmaq yeniliklərə və innovasiyalara açıq olan Azərbaycan üçün o qədər də çətin deyil. Lakin aqrar sektorda dönüş əldə etmək üçün yeniliklərlə birlikdə ölkə əhalisinin həmin o yarısının şüurunda da, torpağa münasibətində də dəyişikliklərə nail olmaq zəruridir.

"Meyvəli” topdansatış bazarında qarpız satan bir fermer gileylənirdi ki, toxumu xaricdən alır. O da elədir ki, ikinci dəfə əkəndə bitmir, yəni hər il xaricdən toxum almaq məcburiyyətində qalır. Şimal bölgəsində isə xaricdən gilas qələmləri alan fermerlər çox baha qiymətə aldıqları qələmlərin 3-4 ilə bir qisminin qurumasından gileylənirlər. Bütün bunlar onu ortaya qoyur ki, aqrar sektorda fermerlərə ciddi maddielmi dəstəklə yanaşı, toxumçuluğa da dövlətin müdaxiləsi lazımdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən mühüm işlərin sırasında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun yenidən qurulması, "Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin yaradılması önəmli yer tutur. Bu, günün tələbi ilə uzlaşan vacib layihələrdəndir. Kompleksin yaradılması ilə ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyac ödəniləcək, toxumluq məhsulların istehsalının artırılmasına ciddi dəstək veriləcək, idxaldan asılılıq azalacaq, ixrac potensialı genişlənəcək.

Dövlət başçısı həmin qurumların açılış mərasimindəki çıxışında aqrar sahənin strateji sahə kimi həm iqtisadi, həm sosial sahəyə söykəndiyini qeyd edərək demişdir: "Əhalimizin 47 faizi bölgələrdə yaşayır. Ona görə son illərdə kənd təsərrüfatının, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq, məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın”.

Sözügedən elmi tədqiqat müəssisəsi ötən əsrin 60-cı illərində yaradılsa da, son illər fəaliyyət göstərmirdi. Bu qurum əsasən tərəvəz, bostankartof bitkilərinin seleksiyası, toxumçuluğu, aqrotexnikası, bitki mühafizə tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsində lokomotiv rolunu oynamalı idi. "Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin 2016-cı il 4 iyul tarixli sərəncamından sonra yeni toxumçuluq kompleksinin inşasına başlanıldı və qısa müddətdə işlər tamamlandı.

Yenidən qurulan kompleksin ərazisində inzibati-laboratoriya binası, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzi yaradılıb. Ümumilikdə 16 hektar sahədə tikinti, abadlıq və yaşıllaşdırma işləri görülüb. Elmi-tədqiqat institutunun laboratoriyalarında quraşdırılan müasir cihaz və avadanlıqlarda torpaq, su, pestisid, virus, azot-protein, nişastabir sıra digər analizlər həyata keçirilir. Burada qurulan biotexnologiya laboratoriyası isə virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkilinə imkan verir.

Elektron kənd təsərrüfatı layihəsi də yeni ideyaların tətbiqi kimi kənd təsərrüfatı fəaliyyətlərinin elektronlaşdırılmasına, məlumatların elektron qaydada tərtib edilərək araşdırılmasına xidmət edir. Bu sistem kənd təsərrüfatı fəaliyyətləri istiqamətində məlumatları toplamaq, təhlil etmək və məlumatlandırmaq kimi xüsusi modulları özündə cəmləşdirir. İnstitutonun tabeli qurumları ölkənin müxtəlif bölgələrində yaradılmış zona təcrübə stansiyaları, dayaq məntəqəsi və yardımçı təcrübə təsərrüfatlarında tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelitelit toxum istehsalına elmi-metodiki kömək göstərilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalatda tətbiqinə metodiki rəhbərliyi həyata keçirirlər. Eyni zamanda istixana və açıq sahə şəraitində tərəvəz, bostankartof bitkilərinin yeni sort və hibridlərinin yaradılması, onların toxumçuluğun standartlarına uyğun təşkili nəzərdə tutulur. İnstitutun ərazisindəki 30 hektar açıq sahədə və 6,14 hektarlıq istixanada isə tərəvəz və kartof bitkiləri üçün toxumçuluğun sistemli inkişafına təkan veriləcək, kompleksə daxil olan toxum emalı məntəqələrində respublikada ilk dəfə müasir avadanlıqlarla tərəvəz toxumları emal olunub paketlənəcək.

Ölkə rəhbəri açılış mərasimində elm ocağının yenidən qurulmasını yüksək qiymətləndirmişdir: "Bu institutun fəaliyyəti çox böyük əhəmiyyət daşıyır. Çünki ilk dəfə olaraq Azərbaycanda toxumçuluq istixanaları yaradılır. Hazırda bizdə istixanaların sayı çoxdurindi tərəvəzçiliyə böyük maraq var. Toxumçuluq istixanalarının yaradılması isə ancaq bu gündən başlayır və bu mərkəz ölkəmizin hər bir bölgəsinə dəstək olacaq”.

Bu gün ölkədə tərəvəzçiliyin ənənəvi sahə kimi inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu institutdan da aqrar sektorun gözləntiləri böyükdür. Aqrar sektorda istehsalın həcmi artdıqca bu elmi tədqiqat ocağının da fəaliyyəti güclənməli, toxumların əhəmiyyətli hissəsinin ölkəmizdə yetişdirilməsində aparıcı rolu hiss olunmalıdır. Unudulmamalıdır ki, bu gün bütün toxumlar xaricdən gətirilir və onların alınmasına böyük məbləğdə vəsait sərf olunur. Buna görə elm ocağı xaricə valyuta axınının qarşısını almalıdır.

Bütün görülən tədbirlər, tətbiq edilən yeniliklər və islahatların geniş spektri gənclərin aqrar sahəyə marağını artırmışdır. Gənclərin şüurunda yaranan bu yanaşma təqdirəlayiqdir. Dövlət başçısı bu barədə danışarkən onu da qeyd etmişdir ki, gənclərin aqrar sektora artan marağı sevindirici yenilikdir: "Əvvəllər hesab olunurdu ki, aqrar sahə o qədər də cəlbedici, o qədər də maraqlı deyil, hətta hesab olunurdu ki, o qədər də gəlir gətirən sahə deyil. Ancaq baxır sən buna necə yanaşırsan. Əgər dövlət kənd təsərrüfatına dəstək verirsə, həm gəliri olacaq, həm maraqlı olacaq, həm də ki, özünü innovasiyalarla təmin edəcək”.

İnnovasiyaların, yeni texnologiyaların, müasir dünya təcrübəsinin aqrar sektora uğurlu tətbiqi ölkəmizdə kənd təsərrüfatını cəlbedici sahəyə çevirir. Savadlı, bilikli gənclərin aqrar sektora axını, torpağa qayıdışı isə kənd təsərrüfatında daha böyük nəticələr əldə etməyə imkan verəcək.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.- 27 yanvar.- S.1; 7.