Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mingəçevir
şəhərinin, Yevlax və Ağdaş rayonlarının
inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə
dair pilot layihə”də dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12,
maddə 2099; 2017, ¹ 8, maddə 1521; 2018, ¹ 2, maddə 193, ¹ 5,
maddə 922) ilə təsdiq edilmiş "Mingəçevir şəhərinin,
Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində
icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”nin
3.2-ci bəndində "2019-cu il fevralın 1-də” sözləri
"2020-ci il yanvarın 1-də” sözləri ilə əvəz
edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 yanvar 2019-cu il
Azərbaycan. - 2019.- 29 yanvar.- S.3.