Müstəqil Dövlətlər Birliyində
malların mənşə ölkəsinin təyin edilməsi
Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə
dəyişikliklər edilməsi barədə Protokolun
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Müstəqil
Dövlətlər Birliyində
malların mənşə
ölkəsinin təyin
edilməsi Qaydaları
haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi
barədə 2017-ci il
noyabrın 3-də Daşkənd
şəhərində Azərbaycan
Respublikası Hökumətinin
qeyd-şərtlə imzaladığı
Protokol təsdiq edilsin.
2. Bu fərmanın
1-ci hissəsində göstərilən
Protokol qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Nazirlər Kabineti onun müddəalarının
həyata keçirilməsi
üçün tədbirlər
görsün.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
Protokolun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Müstəqil
Dövlətlər Birliyinin
İcraiyyə Komitəsinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 29 yanvar.-
S.3.