İslahatların səngimədiyi ölkə
ABŞ-ın "İrs” fondu Azərbaycanda 2018-ci ildə aparılan iqtisadi islahatları yüksək qiymətləndirmişdir
Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu "İrs” fondu (Heritage Foundation) bu il yayımladığı illik Dünya İqtisadi Azadlıq İndeksi hesabatında 190 ölkə arasında əvvəllər 134-cü yerdə qərar tutan Azərbaycanın artıq 60-cı yerədək yüksəldiyini bildirmişdir.
Günümüzün reallığı ondan ibarətdir ki, biz artıq dünyanın nüfuzlu reytinq agentliklərinin ölkəmizin müxtəlif sahələrdə apardığı islahatların yüksək dəyər vermələrinə alışmışıq. Ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrindəki islahatların müsbət dinamikası il boyu dünyanın müxtəlif nüfuzlu reytinq agentliklərinin diqqət mərkəzindədir və müxtəlif məruzə və hesabatlarda əksini tapır.
Bu baxımdan
"İrs” fondunun
(The Heritage Foundation) builki hesabatı
da xüsusi əhəmiyyət kəsb
edir. Fondun məlumatını şərh etməzdən
öncə qısa da olsa onun
özünün beynəlxalq
nüfuzu və
ABŞ-ın iqtisadi mühitində əhəmiyyəti
barədə məlumat
vermək yerinə düşərdi.
The Heritage Foundation Birləşmiş Ştatlarda
beynəlxalq siyasətin
geniş spektrdə tədqiqatları ilə məşğul olan Strateji Araşdırmalar İnstitutudur. 1973-cü ildə təsis edilmişdir, fəaliyyət
istiqaməti konservativdir.
Fond azad sahibkarlığa
və hökumətin
hakimiyyətinin məhdudlaşdırılması,
şəxsiyyət azadlığı,
ənənəvi Amerika
dəyərləri və
güclü milli müdafiə prisiplərinə
əsaslanan konservativ dövlət siyasətinin
hazırlanıb irəli
çəkilməsini fəaliyyət
missiyasının ana xətti hesab edir. "İrs”
fondunun əsası Edvin Felner (Edwin J. Feulner) tərəfindən
qoyulmuşdur.
"İrs” fondunun illik "İqtisadi azadlıqların
İndeksi” beynəlxalq
hesabatını bir qayda olaraq "The Wall
Street Journal” qəzeti dərc
edir. Bu məruzələrdə
dünya ölkələrində
azadlıqların səviyyəsi,
mülkiyyət hüququ
və azadlıqların
dövlət tənzimlənməsindən
müstəqilliyi dəyərləndirilir.
Onu da qeyd etmək
lazımdır ki,
"İrs” fondu
ABŞ-da ciddi nüfuza malikdir və ona fəaliyyətində
100 minlərlə fiziki
şəxs, həmçinin
müxtəlif fond və
korporasiyalar dəstək
verir. Fondun illik büdcəsi
82 milyon dollardan artıqdır.
Məhz belə nüfuzlu təşkilatın ölkəmizdə
aparılan islahatların
ciddiliyini qeyd etməsi, onların dünya iqtisadiyyatı üçün xüsusi
əhəmiyyət kəsb
etməsini təsdiqləməsi
bir daha sübut edir ki, Azərbaycanda islahatlar səngimədən
tətbiq edilir. İndeksin builki
təqdimat mərasimində
çıxış edən
fondun rəhbərliyi
Azərbaycanın xüsusən
mülkiyyət hüquqları,
idarəetmənin şəffaflığı
və ədliyyə sisteminin inkişafı sahələrində böyük
irəliləyişlərə nail olduğunu məxsusi qeyd etmişdir. İndeksin rəhbəri, səfir
Terri Miller Azərbaycanın 2018-ci ildə iqtisadi azadlıq və islahatlar sahəsində ən çox irəliləyən ölkə
olduğunu deyib.
"İrs”
fondunun dünyada iqtisadi azadlıqlar indeksinin təqdimatları
hər zaman ABŞ qanunvericilərinin, Konqresin
və ictimaiyyətin diqqət mərkəzindədir. Sonuncu tədbirdə
də həmişə
olduğu kimi, bu orqanların nümayəndələrinin geniş
iştirakı belə
qənaətə gəlməyə
əsas verir ki, "İrs” fondunun hesabatları
ABŞ ictimaiyyəti və
dövlət qurumları
üçün xüsusi
əhəmiyyət daşıyır.
Təqdimatda, həmçinin Azərbaycanın
təşəbbüsü ilə başlanan Transanadolu və Transadriatik qaz boru kəmərləri kimi digər önəmli iqtisadi layihələrdən danışılmış,
onların ölkə
və dünya iqtisadiyyatı üçün
əhəmiyyətli olması
vurğulanmışdır. Ən vacibi
isə odur ki, ölkəmiz bu islahatları müharibə şəraitində
aparır. Müasir dünya
tarixində isə münaqişələrə və
müharibələrə sürüklənən
dövlətlərin çökməsi
və tənəzzülə
uğraması barədə
çoxsaylı faktlar
mövcuddur. Tədbirdə Azərbaycan torpaqlarının
20 faizinin Ermənistan
tərəfindən işğal
olunsa da, ölkənin sürətlə
iqtisadi islahatlar aparması və daim inkişaf etməsi qeyd olunmuşdur. Maraqlısı odur ki, indeksdə
Azərbaycan iqtisadi azadlıqlar sahəsində
İtaliya və Fransa kimi Avropa
ölkələrindən də
yüksək mövqedə
qərar tuta bilmişdir. Müharibə şəraitində yaşayan
bir ölkənin belə yüksək iqtisadi islahatları həyata keçirməsi
əslində bütün
dünya iqtisadiyyatı
üçün maraqlı
və həm də möcüzəvi faktdır.
"İrs”
Strateji Araşdırmalar
İnstitutu uzun illərdir ki, ABŞ-da yüksək nüfuzunu qoruyub saxlaya bilir. Hələ
Ronald Reyqanın prezidentliyi
dövründə "İrs”
konservativlik hərəkatında
aparıcı rol oynamış, "Liderliyə
mandat” (Mandate for Leadership) fəaliyyət
planı fondun siyasətinin əsasını
təşkil etmişdir.
O vaxtdan üzü bəri "İrs” fondu Amerika dövlət
siyasətinə ciddi təsir göstərmiş
və bu gün də ABŞ-ın ən nüfuzlu konservativ elmi-tədqiqatlar aparan təşkilatlarındandır. "İrs”, həmçinin Birləşmiş Ştatların
raket hücumlarından
yeni müdafiə sistemlərinin işlənilməsinə
qarşı çıxış
etmişdir. 1983-cü ildə prezident Reyqan bu ideyanı
müdafiə strategiyasının
əsas prioriteti elan edərək onu "Strateji müdafiə təşəbbüsü”
adlandırmışdır. 80-ci illərin ortalarında
fond milli konservativ hərakatın aparıcı
fiqurlarından birinə
çevrilərək, dərc
etdiyi hesabatları ilə daxili və müdafiə siyasətlərinə ciddi
təsir etmiş, böyük Corc Buşun hakimiyyəti illərində də qərarlara təsir edən söz sahibi kimi nüfuzunu
artırmışdır.
Əslində ölkəmizin qazandığı
iqtisadi uğurlar dünyanın aparıcı
şirkətlərinin rəhbərləri
və dövlət başçılarının da
diqqətindən yayınmır. Bu il Davosda cənab İlham Əliyevlə görüşdə
İsveçrə Konfederasiyasının
Prezidenti Ueli Maurer Azərbaycanda ölkəsinin
iş adamlarına biznes mühiti üçün yaradılan
şəraitdən çox
razı qaldığını
bildirmişdir. Elə həmin
tədbir çərçivəsindəki
görüşdə "Lazard Freres” şirkətinin baş icraçı direktoru Metyu Piqas Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycanda
investisiya məsələlərinə
dair konfransların və digər tədbirlərin keçirilməsi
üçün əlverişli
şərait yaratdığını
demiş və maliyyə məsləhətçisi
kimi öz xidmətlərini təklif
etmişdir. Davosda demək
olar əksər nəhəng şirkətlər
və korporasiyalar Azərbaycanla əməkdaşlıqda
maraqlı idi. Buna də səbəb
təbii ki, ölkəmizdə gedən
böyük islahatlar,
qazanılan davamlı
uğurlardır.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2019.- 29 yanvar.- S. 4.