15 ilin
uğur hesabatı
Prezidentin dünənki müşavirəsi
regionların sosial-iqtisadi
inkişafının üçüncü
dövrünün yekununa
həsr olunsa da, əslində tədbirdə son 15 ilin uğur salnaməsinin növbəti təqdimatı
keçirildi. Ötən 15 ilin əsas
nailiyyət təzahürü
ölkə iqtisadiyyatının
dünya miqyasında rekord templərlə inkişafıdırsa, bu silsilədə ən mühüm göstərici,
şübhəsiz ki,
tarixin ən qüdrətli Azərbaycanını
yaratmaqdır. Bu tarixi
yüksəlişin müəllifi
Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, əldə
olunan qələbələr
növbəti hədəflərə
çatmaq üçün
etibarlı bünövrədir.
Milli yüksəliş
salnaməsi
Dünən 2014-2018-ci illəri əhatə edən regional inkişaf dövlət proqramının
başa çatması
rəsmən elan olundu. Və elə dünən
Prezident İlham Əliyev 2019-2023-cü illər
üçün bölgələrin
sosial-iqtisadi inkişafını
nəzərdə tutan
yeni dövlət proqramını təsdiq etdi.
Xatırladaq ki, əvvəlki üç sənəd Azərbaycanın yalnız
bölgələrinin deyil,
bütünlüklə ölkənin
sosial-iqtisadi inkişafının
lokomotivi olmuş, real
nəticələrlə başa
çatmışdır.
Son 15 ildə Azərbaycanda
* ümumi
daxili məhsul 3,3 dəfə;
* qeyri-neft
sektoru 2,8 dəfə;
* sənaye
potensialı 2,6 dəfə;
* valyuta
ehtiyatları 24 dəfə
(artıq 45 milyard
dollar təşkil edir);
* kənd
təsərrüfatı istehsalı
1,7 dəfə artıb.
Eyni zamanda,
son 15 ildə
* 250 milyard dollar sərmayə qoyulub;
* Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə
verilib;
* "Cənub qaz dəhlizi” inşa olunub;
* Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilib;
* Şimal-Cənub,
Şərq-Qərb nəqliyyat
dəhlizlərinin Azərbaycandan
keçən hissəsində
mühüm layihələr
həyata keçirilib;
* Azərbaycanın
sərmayəsi ilə
Türkiyədə "Star” zavodu inşa olunub;
* 15 min kilometr avtomobil yolu tikilib;
* 31 yeni elektrik stansiyası inşa olunub, 2500 meqavatlıq yeni güc yaradılıb;
* dörd
böyük su anbarı tikilib;
* ölkə
üzrə təbii qazla təminat 95 faizə çatdırılıb;
* sahibkarlara
verilən kreditlərin
məbləği 2 milyard
manatı ötüb;
* 100 mindən çox müəssisə
yaradılıb;
* 17 aqropark fəaliyyətə başlayıb;
* 15 "ASAN xidmət”
mərkəzi yaradılıb
(bu ilin sonuna qədər onların sayı 20-yə
çatacaq);
* orbitə
3 peykimiz çıxarılıb.
Təbii ki, iqtisadi inkişaf
sosial sahəyə birbaşa təsirini göstərib. Belə ki, 15 ildə
* 2 milyon iş yeri açılıb;
* maaşlar
7, pensiyalar 9 dəfə
artıb;
* işsizlik
5 faizə, yoxsulluq səviyyəsi 5,1 faizə
enib;
* 3 min 200-dən çox
məktəb əsaslı
təmir edilib və ya yenidən
tikilib;
* 640 tibb müəssisəsi tikilib
və yenidən qurulub;
* 44 olimpiya mərkəzi yaradılıb.
"Bizim
bütün iqtisadi göstəricilərimiz deməyə
əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız bizə şərait yaratdı ki, sosial məsələlərə
də çox böyük diqqət yetirək”, - dövlət
başçısının dünən yekun niqtində qeyd etdiyi kimi, regionların
sosial-iqtisadi inkişafına
dair hər üç dövlət proqramı artıqlaması
ilə yerinə yetirildi. Beləliklə, III dövlət proqramı da daxil olmaqla əldə
olunan uğurlar ötən 15 ilin uğur hesabatıdır, milli yüksəliş salnaməsidir.
Azərbaycan daha güclü dövlətə
çevriləcək
Prezident İlham
Əliyevin bölgələrə
mütəmadi səfərləri
və bu səfərlərin nəticəsi
olaraq imzaladığı
sərəncamlar dövlət
proqramlarının icrasını
sürətləndirməklə, regionların tarazlı inkişafının təmin
edilməsi, infrastruktur
təminatının yaxşılaşdırılması,
yeni iş yerlərinin yaradılması
və əhalinin həyat səviyyəsinin
daha da yüksəldilməsi
sahəsində görülən
işlərə təkan
verdi.
Beləliklə, ötən
15 il ərzində
regionların sosial-iqtisadi
inkişafı sahəsində
həyata keçirilən
siyasət ölkənin
makroiqtisadi göstəricilərinin
sürətlə yaxşılaşmasına
səbəb olub.
Azərbaycan dövlətinin məqsədi
isə son illərdə
qazanılmış sosial-iqtisadi
uğurların davamlı
olmasını təmin
etməkdir. Bu barədə
dünənki konfransda
danışan Prezident
İlham Əliyev perspektiv prioritetləri də elan etdi.
Qarşıdakı dövrdə
sosial-iqtisadi inkişafın
əsas göstəriciləri
olan infrastruktur məsələləri, sabibkarlığın
dəstəklənməsi, yeni iş yerlərinin
yaradılması, kənd
təsərrüfatı istehsalının
stimullaşdırılması, aqroparkların və sənaye parklarının
salınması, ölkəyə
turist axınının
artması diqqət mərkəzində saxlanılacaq,
sosial proqramlar davam etdiriləcək. Təbii ki, qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalacaq.
Prezident İlham Əliyevin dünən təsdiq etdiyi növbəti dövlət proqramında
qarşıya qoyulan vəzifələr də məhz bu məqsədlərin
reallaşmasına xidmət
edir. Bununla bağlı fərmanda
qeyd edildiyi kimi, məqsəd ölkə regionlarının,
o cümlədən kənd
yerlərinin sosial-iqtisadi
inkişafı sahəsində
görülmüş işləri
növbəti illərdə
də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması,
bölgələrdə yaşayan
əhalinin məşğulluğunun
və maddi rifahının yüksəldilməsidir.
Nəticə etibarilə bütün bunlar Azərbaycanın hər baxımdan daha güclü dövlətə çevrilməsini,
regional və beynəlxalq
mövqelərinin daha
da möhkəmlənməsini,
xalqımızın daha
yüksək sosial rifah şəraitində yaşamasını təmin
edəcək.
Prezident İlham
Əliyevin rəhbərliyi
ilə Azərbaycan xalqı bunu da bacaracaq!…
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2019.- 30 yanvar.-
S.1.