Prezident qayğısı, dövlət dəstəyi

 

İlham Əliyev şəhid ailələrinin ən böyük hamisi olduğunu növbəti dəfə nümayiş etdirdi

 

* İndiyədək 6654 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə mənzil təqdim edilib;

* Bu kateqoriyaya aid olan insanlara 2017-ci ildə 315, 2018-ci ildə 626 mənzil verilib;

* 4200-ə qədər şəhid vərəsəsinə birdəfəlik (11 min manat) ödəmə həyata keçirilib;

* Bu vaxta qədər müharibə əlillərinə 6144 avtomobil verilib;

* 2018-ci ildə müharibə əlillərinə 265 avtomobil təqdim edilib;

* 12268 şəhidin vərəsələrinə birdəfəlik müavinət veriləcək;

* Bu il bu kateqoriyadan olan insanlara ən azı 800 mənzil veriləcək.

* Bu kateqoriyaya aid insanların övladlarının təhsil xərcini dövlət ödəyir;

* Şəhid ailələrinə ayda 242 manat Prezident təqaüdü verilir;

* Əmək pensiyaçılarına hər ay əlavə vəsait verilir;

* Pensiya hüququ olmayan şəhid ailəsi üzvləri aylıq sosial müavinət alırlar;

* Milli qəhrəmanlara ( ya ailələrinə) 1500 manat Prezident təqaüdü ödənilir;

* Milli Qəhrəmanın ailə üzvlərinin əmək pensiyasına 110 manat əlavə edilir;

* Müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir;

* Əlilliyi olan 1000-dən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir.

Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Xüsusi ilə şəhid ailələri Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət qayğısı ilə əhatə olunurlar. Bu kateqoriyaya aid olan insanlara mənzil avtomobillər verilir, güzəşt müxtəlif kompensasiyalarla təmin edilirlər.

Vətəndaşının maraqlarını hər şeydən üstün tutan dövlət

 

Bu gün əhalinin sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Yəni sosial siyasət dövlət siyasətinin prioritetidir.

Bunu dəyərləndirərkən Prezident İlham Əliyev qeyd edib ki, sosial siyasət həmişə prioritet olub bundan sonra da olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır”.

Dövlət aztəminatlı ailələrin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin mənzil-məişət problemlərinin həllində neqativ halların tam aradan qaldırılması istiqamətində ciddi addımlar atır.

 

Prezident qayğısı ildən-ilə güclənən sosial müdafiə

 

Digər sahələrdə şəhid ailələrinin sosial müdafiəsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Elə dövlət başçısının müvafiq fərmanları ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi Prezidentin növbəti humanist təşəbbüsü kimi qiymətləndirilir.

Öncə onu qeyd edək ki, ötən il prezident seçkilərindən sonra dövlət başçısının imzaladığı ilk fərman məhz bu kateqoriyaya aid olan insanlara şamil edildi. Belə ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinə başlanıldı.

Bu fərman şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasının ölkədə aparılan sosial siyasətin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq etdi, ictimaiyyət tərəfindən böyük rəğbət məmnunluqla qarşılandı. Həmin vaxtdan indiyədək 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir.

Xatırladaq ki, birdəfəlik ödəmənin verilməsindən ötrü dövlət büdcəsindən 2018-ci il üçün 58 milyon, 2019-cu il üçün 50 milyon manat vəsait ayrıldı.

 

Dövlət başçısının növbəti humanist təşəbbüsü

 

Yanvarın 28-də Prezident İlham Əliyev bu istiqamətdə daha bir fərman imzaladı. Yeni sənədlə 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanda dəyişiklik edildi. Dəyişikliyə əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun 461 şəhid polisin) vərəsələrinə birdəfəlik ödəmə veriləcək. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir.

Bu isə bir daha İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qazi olmuş şəxslərə göstərdiyi diqqətin bariz təcəssümü kimi dəyərləndirildi.

Dövlət başçısı həmin gün Prezident Sarayında şəhid ailələri ilə görüşdü bir daha bəyan etdi ki, prezidentlik fəaliyyətimdə bu məsələ daim prioritet təşkil edir. Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşləri bunu bir daha sübut edir: "Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim”.

Bundan sonra da vətəndaşların sosial məsələlərinin daim diqqət mərkəzində olacağını söyləyən dövlət başçısı vurğuladı ki, bütün şəhid ailələrinə mənzillər veriləcək. Bir şəhid ailəsi belə qalmayacaq ki, dövlət ona ev ya mənzil verməsin.

Sonra dövlət başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə şəxsən təqdim etdi.

Bir sözlə, şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının yüksəlməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.

Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, burada ünvanlı sosial yardım proqramı çox geniş miqyas alıb. Dünyada ikinci belə bir dövlət yoxdur ki, şəhid ailələri, müharibə əlilləri onların ailə üzvlərinə bu qədər qayğı göstərsin. Bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizmə sadiqlik ənənəsinin İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təsdiqidir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 30 yanvar.- S.1; 6.