“Azərbaycan Respublikası regionlarının
2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası regionlarının
inkişafı ölkədə
uğurla həyata keçirilən davamlı
sosial-iqtisadi inkişaf
strategiyasının mühüm
tərkib hissəsidir. Regionların
inkişafı sahəsində
qəbul edilmiş və uğurla həyata keçirilmiş
dövlət proqramlarında,
habelə regionların
sosial-iqtisadi inkişafına
dair əlavə tədbirlərlə bağlı
sərəncamlarda nəzərdə
tutulmuş vəzifələrin
icrası ölkədə
qeyri-neft sektorunun davamlı inkişafına,
regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin
yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına,
investisiya qoyuluşunun
artmasına, yeni müəssisələrin, iş
yerlərinin açılmasına
və nəticədə
əhalinin məşğulluğunun
artırılmasına və
yoxsulluq səviyyəsinin
azaldılmasına təkan
vermişdir.
Dövlət proqramlarının
icra olunduğu
2004-2018-ci illər ərzində
ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən
qeyri-neft sektoru üzrə 2,8 dəfə,
sənaye üzrə
2,6 dəfə, kənd
təsərrüfatı üzrə
1,7 dəfə artmışdır.
Bu müddətdə
həyata keçirilmiş
məqsədyönlü tədbirlər
nəticəsində ölkədə
1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış,
işsizlik 5 faizə,
yoxsulluq səviyyəsi
isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində
görülmüş genişmiqyaslı
işlər regionların
qarşıdakı illərdə
də inkişafı üçün möhkəm
zəmin yaratmışdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini
rəhbər tutaraq ölkə regionlarının,
o cümlədən kənd
yerlərinin sosial-iqtisadi
inkişafı sahəsində
görülmüş işləri
növbəti illərdə
də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması,
bölgələrdə yaşayan
əhalinin məşğulluğunun
və maddi rifahının yüksəldilməsi
məqsədi ilə qərara alıram:
1. "Azərbaycan
Respublikası regionlarının
2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”
təsdiq edilsin.
2. Bu fərmanın
1-ci hissəsi ilə təsdiq edilmiş dövlət proqramında
nəzərdə tutulan
tədbirlərin maliyyələşdirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi hər il, müvafiq
olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi
prosesində maliyyə
vəsaitinin nəzərdə
tutulması üçün
zəruri tədbirlər
görsünlər.
3. Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi dövlət proqramında nəzərdə
tutulan tədbirlərin
həyata keçirilməsini
əlaqələndirsin və
proqramın icrasının
gedişi barədə
ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin.
4. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu fərmandan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 30 yanvar.- S.4.