“Məhkəmələr və hakimlər haqqında”,
“Müəlliflik hüququ və əlaqəli
hüquqlar haqqında” və “Notariat haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
5-ci, 11-ci və 13-cü bəndlərini
rəhbər tutaraq,
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 5, maddə 413; 1999, ¹ 5, maddə 284, ¹ 7, maddə
396, ¹ 10, maddə 570; 2001, ¹ 5, maddə 292, ¹ 6, maddə
379, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 4, ¹ 12, maddə
706; 2003, ¹ 6, maddə 278; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə
133, ¹ 4, maddə 199, ¹ 8, maddələr
597, 598, ¹ 9, maddə 669; 2005, ¹ 1, maddə 7, ¹ 8, maddə
686; 2006, ¹ 1, maddə 4, ¹ 12, maddə 1005; 2007, ¹ 5, maddələr
439, 446, ¹ 7, maddə 712, ¹ 11, maddə 1078, ¹ 12, maddə
1222; 2008, ¹ 3, maddə 163, ¹ 7, maddə 609; 2009, ¹ 2, maddə
46, ¹ 11, maddə 878; 2010, ¹ 7, maddə 596, ¹ 10, maddə
842; 2011, ¹ 4, maddə 265; 2013, ¹ 1, maddə 21; 2014, ¹ 2, maddə
85, ¹ 7, maddələr 782, 784; 2015, ¹ 2, maddə 98, ¹ 4, maddə
346, ¹ 5, maddə 483, ¹ 11, maddə
1286; 2016, ¹ 6, maddə 1004, ¹ 11, maddə 1789, ¹ 12, maddə
2033; 2017, ¹ 6, maddə 1034, ¹ 7, maddə 1305, ¹ 11, maddə
1965; 2018, ¹ 1, maddə 12, ¹ 3, maddə 395, ¹ 5, maddə
888, ¹ 7, I kitab, maddə
1442) 2-ci maddəsinə aşağıdakı
məzmunda ikinci hissə əlavə edilsin:
"Ələt
azad iqtisadi zonasında mübahisələrin
həlli zamanı
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə
alınır.”.
Maddə 2. "Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 3, maddə 167; 2001, ¹ 11, maddə 691; 2002, ¹ 12, maddə
706; 2004, ¹ 3, maddə 133; 2005, ¹ 8, maddə 684; 2008, ¹ 2, maddə
49, ¹ 5, maddə 342; 2010, ¹ 11, maddə 937; 2013, ¹ 5, maddə
482; 2017, ¹ 7, maddə 1261; 2018, ¹ 6, maddə 1173) 2-ci maddəsinə
aşağıdakı məzmunda
üçüncü hissə
əlavə edilsin:
"Ələt
azad iqtisadi zonasında müəlliflik
hüququ və əlaqəli hüquqlar sahəsində münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 3. "Notariat
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 10, ¹ 6, maddə
414; 2001, ¹ 5, maddə 293, ¹ 11, maddə 687, ¹ 12, maddə
740; 2002, ¹ 5, maddə 241, ¹ 6, maddə 328, ¹ 12, maddə
706; 2004, ¹ 5, maddə 318; 2005, ¹ 4, maddə 281, ¹ 8, maddə
699, ¹ 10, maddə 903, ¹ 11, maddə
993; 2007, ¹ 1, maddə 4, ¹ 2, maddə 69, ¹ 8, maddə
745, ¹ 11, maddələr 1053, 1075; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə
602; 2009, ¹ 1, maddə 5, ¹ 7, maddə 517, ¹ 11, maddə
878; 2010, ¹ 7, maddə 597, ¹ 11, maddə 938; 2011, ¹ 4, maddə
258, ¹ 12, maddə 1098; 2012, ¹ 10, maddə 946; 2013, ¹ 11, maddə
1271; 2014, ¹ 11, maddə 1353; 2015, ¹ 5, maddə 487; 2016, ¹ 1, maddə
11, ¹ 7, maddə 1243, ¹ 12, maddə
2025; 2017, ¹ 2, maddə 148, ¹ 12, I kitab, maddə 2236; 2018, ¹
7, I kitab, maddə
1388, ¹ 8, maddə 1673; Azərbaycan
Respublikasının 2018-ci il
15 noyabr tarixli 1334-VQD nömrəli Qanunu) 1-ci maddəsinə aşağıdakı
məzmunda üçüncü
hissə əlavə edilsin:
"Ələt
azad iqtisadi zonasında notariat fəaliyyəti "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 30 yanvar.- S.5.