“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi
maliyyələşmə əsasında həyata keçirilməsi
haqqında” və “Valyuta tənzimi
haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan
Respublikasının Gömrük Məcəlləsində
və Azərbaycan Respublikasının Vergi
Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci, 12-ci, 13-cü, 15-ci və 25-ci bəndlərini rəhbər
tutaraq, "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının
2018-ci il 18 may tarixli 1143-VQ nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Tikinti
və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi
maliyyələşmə əsasında
həyata keçirilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 4, maddə 633) aşağıdakı
məzmunda 3.4-cü maddə
əlavə edilsin:
"3.4. Ələt
azad iqtisadi zonasında tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi
maliyyələşmə əsasında
həyata keçirilməsi
üzrə münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 2. "Valyuta
tənzimi haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 7, maddə
116; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 12, maddə 737; 2003, ¹ 1, maddə 1; 2006, ¹ 3, maddə
225; 2007, ¹ 6, maddə 562, ¹ 12, maddə 1216; 2009, ¹ 7, maddə
517; 2010, ¹ 4, maddə 276; 2014, ¹ 10, maddə 1168; 2016, ¹ 3, maddə
423; 2017, ¹ 5, maddə 741, ¹ 7, maddə 1291; 2018, ¹ 5, maddə
847) 3-cü maddəsinə aşağıdakı məzmunda
onuncu hissə əlavə edilsin:
"10. Ələt
azad iqtisadi zonasında valyuta əməliyyatları "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
Maddə 3. Azərbaycan
Respublikasının Gömrük
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 9, maddə
787; 2014, ¹ 10, maddə 1155, ¹ 11, maddə 1368; 2016, ¹ 11, maddə
1791; 2017, ¹ 3, maddə 339, ¹ 7, maddə 1303, ¹ 8, maddə
1510; 2018, ¹ 1, maddə 30) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 4.2.5-ci maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
4.2.6-cı maddə əlavə
edilsin:
"4.2.6. "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununda nəzərdə
tutulmuş müddəalar.”;
1.2. aşağıdakı
məzmunda 4.4-1-ci maddə
əlavə edilsin:
"4.4-1. Ələt
azad iqtisadi zonasında gömrük nəzarəti, gömrük
ödənişlərinin ödənilməsi
qaydası (o cümlədən
gömrük ödənişlərindən
azadolmalar və həmin ödənişlərlə
bağlı güzəştlər)
ilə bağlı məsələlər "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
Maddə 4. Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8, I kitab,
maddə 583; 2001, ¹ 7, maddə
454, ¹ 9, maddə 576, ¹ 12, maddə
734; 2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8, maddə
425, ¹ 12, I kitab, maddə
671; 2004, ¹ 1, maddə 1, ¹ 11, maddə 887, ¹ 12, maddə
980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə
1081; 2006, ¹ 12, maddələr 1005, 1026;
2007, ¹ 1, maddə 4, ¹ 6, maddə
597, ¹ 8, maddə 745, ¹ 11, maddə
1053, ¹ 12, maddə 1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə
960; 2009, ¹ 7, maddə 506; 2011, ¹ 1, maddə 14, ¹ 7, maddələr
588, 603, ¹ 12, maddə 1115; 2012, ¹ 6, maddələr 500, 513, ¹ 7, maddə
652, ¹ 9, maddə 841, ¹ 12, maddə
1226; 2013, ¹ 2, maddə 91, ¹ 4, maddə 366, ¹ 11, maddə
1278, ¹ 12, maddələr 1483, 1486, 1495;
2014, ¹ 2, maddələr 94, 98, ¹ 6, maddə 608, ¹ 7, maddə
770, ¹ 8, maddə 957, ¹ 10, maddə
1158, ¹ 12, maddə 1525; 2015, ¹ 1, maddə 11, ¹ 12, maddə
1433; 2016, ¹ 2, I kitab, maddə
207, ¹ 3, maddələr 396, 402, ¹ 5, maddə 848, ¹ 6, maddələr
973, 974, 1015, ¹ 7, maddə 1245, ¹ 10, maddə 1603, ¹ 11, maddələr
1752, 1792, 1793, ¹ 12, maddələr 2001,
2037, 2046; 2017, ¹ 2, maddə 146, ¹ 5, maddələr 695, 723, 737, ¹ 6, maddə
1055, ¹ 7, maddə 1304, ¹ 8, maddə
1509, ¹ 12, I kitab, maddələr
2219, 2251, 2270; 2018, ¹ 2, maddə 149; 2018, ¹
5, maddə 863, ¹ 6, maddə
1193, ¹ 7, I kitab, maddələr
1414, 1427, ¹ 10, maddə 1962; Azərbaycan Respublikasının
2018-ci il 1 oktyabr tarixli 1246-VQD nömrəli,
30 oktyabr tarixli 1293-VQD
nömrəli və
30 noyabr tarixli 1356-VQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 2.4.8-ci maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.4.9-cu maddə əlavə
edilsin:
"2.4.9. "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununda nəzərdə
tutulmuş müddəalar.”;
1.2. 2.4-1-ci maddənin
ikinci cümləsində
"maddəsində” sözündən
sonra "(bu Məcəllənin 2.4.9-cu maddəsi
istisna olmaqla)” sözləri əlavə
edilsin;
1.3. aşağıdakı
məzmunda 2.7-1-ci maddə
əlavə edilsin:
"2.7-1. Ələt
azad iqtisadi zonasında vergitutma və vergi nəzarəti,
vergi azadolmaları və güzəştləri
ilə bağlı məsələlər "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 30 yanvar.-
S.5.