Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Tibbi sığorta haqqında”, “Elektron imzaelektron sənəd haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 15-ci 27-ci bəndlərini rəhbər tutaraq, "Ələt azad iqtisadi zonası haqqındaAzərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "Sanitariya-epidemioloji salamatlıq haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 419; 2001, ¹ 3, maddə 143; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə 199; 2007, ¹ 11, maddə 1052; 2009, ¹ 12, maddə 968; 2014, ¹ 10, maddə 1153; 2016, ¹ 6, maddə 980; 2017, ¹ 12, I kitab, maddə 2200; 2018, ¹ 4, maddə 644, ¹ 7, I kitab, maddə 1385) 2-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

"4. Ələt azad iqtisadi zonasında sanitariya-epidemioloji salamatlığın təmin edilməsi sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqındaAzərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 2. "Tibbi sığorta haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 4; 2001, ¹ 3, maddə 141; 2007, ¹ 12, maddə 1212; 2008, ¹ 11, maddə 960; 2014, ¹ 4, maddə 331; 2015, ¹ 4, maddə 352; 2016, ¹ 3, maddə 419; 2018, ¹ 4 maddə 651) 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

"2.2. Ələt azad iqtisadi zonasında tibbi sığorta sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqındaAzərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 3. "Elektron imza elektron sənəd haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 5, maddə 310; 2008, ¹ 6, maddə 464; 2016, ¹ 12, maddə 2013) 4-cü maddəsinin mətni 4.1-ci maddə hesab edilsin aşağıdakı məzmunda 4.2-ci maddə əlavə edilsin:

"4.2. Ələt azad iqtisadi zonasında elektron imza elektron sənəd sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqındaAzərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 4. "Azərbaycan Respublikasının xarici ölkələrdə beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 506; 2006, ¹ 3, maddə 223; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 6, maddə 462, ¹ 11, maddə 960; 2014, ¹ 4, maddə 336; 2015, ¹ 4, maddə 351) 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

"2.2. Ələt azad iqtisadi zonasında Azərbaycan Respublikasının xarici ölkələrdə beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqındaAzərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il

 

Azərbaycan.- 2019.- 30 yanvar.- S.5.