S.Ə.Muxtarova “Əməkdar hüquqşünas”
fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Sənan Əli oğlu Muxtarova "Əməkdar hüquqşünas” fəxri adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 30 yanvar.- S.5.