Şəhid ailəsi üçün
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
artırılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və
onlara dövlət qayğısını artırmaq
məqsədi ilə qərara alıram:
1. Şəhid ailəsi üçün
Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün
aylıq məbləği
artırılaraq 2019-cu il fevralın 1-dən
300 manat müəyyən
edilsin.
2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 12, maddə 1040; 2010, ¹ 9, maddə 771; 2011, ¹ 12, maddə 1139; 2013, ¹ 8, maddə 896; 2016, ¹ 1, maddə 64; 2018, ¹ 5, maddə 936) 1-ci hissəsində "242 (iki yüz qırx iki)” sözləri "300 (üç yüz)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 yanvar
2019-cu il
Azərbaycan.- 2019.- 31 yanvar.-
S.1.