“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci 20-ci bəndlərini rəhbər tutaraq, "Ələt azad iqtisadi zonası haqqındaAzərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqındaAzərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 2, maddə 58; 2010, ¹ 3, maddə 178, ¹ 4, maddə 276; 2011, ¹ 12, maddə 1104; 2013, ¹ 11, maddə 1274; 2014, ¹ 2, maddə 81, ¹ 10, maddə 1159, ¹ 11, maddə 1361; 2015, ¹ 11, maddə 1294; 2016, ¹ 3, maddə 413; 2017, ¹ 5, maddələr 696, 711, ¹ 7, maddə 1295; 2017, ¹ 11, maddə 1959; 2018, ¹ 7, I kitab, maddə 1407; Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1273-VQD nömrəli 30 noyabr tarixli 1365-VQD nömrəli qanunları) aşağıdakı məzmunda 2.3-cü maddə əlavə edilsin:

"2.3. Ələt azad iqtisadi

zonasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqındaAzərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il

 

Azərbaycan.- 2019.- 31 yanvar.- S.2.