Atmosfer
havasının mühafizəsi haqqında, Ekoloji
təhlükəsizlik haqqında, Ətraf mühitin
mühafizəsi haqqında, İstehsalat
və məişət tullantıları haqqında və Yerin təki haqqında Azərbaycan
Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının Su Məcəlləsində
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci və 20-ci bəndlərini
rəhbər tutaraq,
"Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Atmosfer
havasının mühafizəsi
haqqında Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 6, maddə 364) 2-ci maddəsinin
mətni 2.1-ci maddə
hesab edilsin və aşağıdakı
məzmunda 2.2-ci maddə
əlavə edilsin:
"2.2. Ələt
azad iqtisadi zonasında atmosfer havasının mühafizəsi
ilə bağlı məsələlər "Ələt
azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir..
Maddə 2. "Ekoloji
təhlükəsizlik haqqında
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 8, maddə
471; 2004, ¹ 2, maddə 57; 2006, ¹ 12, maddə 1005; 2007, ¹ 12, maddə
1211; 2013, ¹ 3, maddə 208) 3-cü maddəsinin mətni 3.1-ci
maddə hesab edilsin və aşağıdakı məzmunda
3.2-ci maddə əlavə
edilsin:
"3.2. Ələt
azad iqtisadi zonasında ekoloji təhlükəsizlik sahəsində
münasibətlər "Ələt
azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir..
Maddə 3. "Ətraf
mühitin mühafizəsi
haqqında Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 8, maddə 472; 2001, ¹ 3, maddə 148; 2002, ¹ 5, maddə
238; 2003, ¹ 4, maddə 178; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə
201; 2008, ¹ 2, maddə 47; 2009, ¹ 10, maddə 769; 2013, ¹ 3, maddə
209; 2014, ¹ 4, maddə 338, ¹ 10, maddə 1152; 2016, ¹ 12, maddə
2011; 2017, ¹ 2, maddə 142, ¹ 6, maddə 1013; 2018, ¹ 7, I kitab,
maddə 1398) 2-ci maddəsinin
mətni 2.1-ci maddə
hesab edilsin və aşağıdakı
məzmunda 2.2-ci maddə
əlavə edilsin:
"2.2. Ələt
azad iqtisadi zonasında ətraf mühitin mühafizəsi
sahəsində münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir..
Maddə 4. "İstehsalat
və məişət
tullantıları haqqında
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 10, maddə
606; 2002, ¹ 4, I kitab, maddə
165; 2007, ¹ 7, maddə 709, ¹ 10, maddə 938; 2008, ¹ 6, maddə
460; 2012, ¹ 7, maddə 648; 2017, ¹ 6, maddə 1017; 2018, ¹ 2, maddə
144) 3-cü maddəsinin mətni
3.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda
3.2-ci maddə əlavə
edilsin:
"3.2. Ələt
azad iqtisadi zonasında istehsalat və məişət tullantılarının idarə
olunması sahəsində
yaranan münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir..
Maddə 5. "Yerin
təki haqqında Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 4, maddə
224; 1999, ¹ 8, maddə 476; 2001, ¹ 11, maddələr 673, 696, ¹ 12, maddə
736; 2004, ¹ 7, maddə 505; 2007, ¹ 8, maddə 745, ¹ 10, maddə
938; 2008, ¹ 2, maddə 47; 2016, ¹ 1, maddə 22; 2018, ¹ 5, maddə
849) 3-cü maddəsinin mətni
3.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda
3.2-ci maddə əlavə
edilsin:
"3.2. Ələt
azad iqtisadi zonasında yerin təkindən istifadə sahəsində münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir..
Maddə 6. Azərbaycan
Respublikasının Su Məcəlləsinin
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 3, maddə 135; 1999, ¹ 8, maddə 476; 2002, ¹ 5, maddə
237; 2003, ¹ 1, maddə 10; 2004, ¹ 2, maddə 57; 2006, ¹ 11, maddə
923; 2007, ¹5, maddə 436, ¹ 10, maddə 938; 2008, ¹ 2, maddə
47; 2015, ¹ 2, maddə 72, ¹ 4, maddə 357; 2017, ¹ 9, maddə
1631) 2-ci maddəsinə aşağıdakı
məzmunda üçüncü
hissə əlavə edilsin:
"Ələt
azad iqtisadi zonasında su münasibətləri "Ələt
azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir..
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 31 yanvar.-
S.2.