“İnvestisiya
fondları haqqında”, “Qiymətli kağızlar bazarı
haqqında”, “Lotereyalar haqqında”, “İpoteka haqqında”, “Sığorta fəaliyyəti
haqqında” və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu, 13-cü, 15-ci, 26-cı və 27-ci bəndlərini rəhbər
tutaraq, "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının
2018-ci il 18 may tarixli 1143-VQ nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "İnvestisiya
fondları haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 11, maddə
950; 2014, ¹ 10, maddə 1161; 2015, ¹ 11, maddə 1261; 2016, ¹ 3, maddə
412, ¹ 4, maddə 642, ¹ 12, maddə
2002; 2017, ¹ 11, maddə 1952, ¹ 12, I kitab, maddə 2225; 2018, ¹
7, I kitab, maddə
1394) aşağıdakı məzmunda 2.3-1-ci maddə
əlavə edilsin:
"2.3-1. Ələt
azad iqtisadi zonasında investisiya fondları sahəsində
münasibətlər "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
Maddə 2. "Qiymətli
kağızlar bazarı
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 7, maddə 813; 2016, ¹ 3, maddə 411, ¹ 11, maddə
1756, ¹ 12, maddə 2003; 2017, ¹ 2, maddə 159, ¹ 5, maddə
712, ¹ 12, I kitab, maddə
2222; 2018, ¹ 5, maddə 893, ¹ 7, I kitab, maddə 1395) aşağıdakı məzmunda
2.3-cü maddə əlavə
edilsin:
"2.3. Ələt
azad iqtisadi zonasında qiymətli kağızlar bazarı sahəsində münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 3. "Lotereyalar
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 5, maddə 309; 2009, ¹ 7, maddə 517; 2016, ¹ 3, maddə
422; 2017, ¹ 2, maddə 144; 2018, ¹ 2, maddə 154; Azərbaycan Respublikasının 2018-ci il
30 oktyabr tarixli 1299-VQD
nömrəli Qanunu)
1-ci maddəsinin mətni
1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda
1.2-ci maddə əlavə
edilsin:
"1.2. Ələt
azad iqtisadi zonasında lotereyalar sahəsində münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 4. "İpoteka
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 6, maddə 461; 2007, ¹ 5, maddə 436, ¹ 11, maddə
1053; 2008, ¹ 5, maddə 348; 2009, ¹ 12, maddə 948; 2011, ¹ 7, maddə
591; 2017, ¹ 10, maddə 1773; Azərbaycan
Respublikasının 2018-ci il
30 oktyabr tarixli 1298-VQD
nömrəli Qanunu)
2-ci maddəsinin mətni
2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda
2.2-ci maddə əlavə
edilsin:
"2.2. Ələt
azad iqtisadi zonasında ipoteka sahəsində münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 5. "Sığorta
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 3, maddə
144, ¹ 7, maddə 602; 2009, ¹ 7, maddə 517; 2011, ¹ 1, maddə
11; 2013, ¹ 12, maddə 1470; 2014, ¹ 7, maddələr 771, 779; 2015, ¹ 11, maddə 1263; 2016, ¹ 3, maddə
410, ¹ 6, maddə 976; 2017, ¹ 7, maddələr 1286, 1294, ¹ 12, I kitab,
maddə 2221; 2018, ¹ 7, I kitab,
maddə 1392) aşağıdakı
məzmunda 2.4-cü maddə
əlavə edilsin:
"2.4. Ələt
azad iqtisadi zonasında sığorta sahəsində münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 6. "Hərbi
qulluqçuların dövlət
icbari şəxsi sığortası haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 5, maddə
399; 2001, ¹ 12, maddə 736; 2005, ¹ 8, maddə 692, ¹ 10, maddə
872; 2006, ¹ 12, maddə 1007; 2008, ¹ 6, maddə 462, ¹ 11, maddə
960; 2011, ¹ 2, maddə 71; 2013, ¹ 12, maddə 1491; 2015, ¹ 2, maddə
73; 2016, ¹ 3, maddə 415; 2017, ¹ 5, maddə 686) 1-ci maddəsinin
mətni 1.1-ci maddə
hesab edilsin və aşağıdakı
məzmunda 1.2-ci maddə
əlavə edilsin:
"1.2. Ələt
azad iqtisadi zonasında hərbi qulluqçuların dövlət
icbari şəxsi sığortası sahəsində
münasibətlər "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 31 yanvar.-
S.2.