Ələt azad
iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi
üçün onun hüquqi bazasının möhkəmləndirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, "Atmosfer havasının mühafizəsi
haqqında”, "Ekoloji təhlükəsizlik haqqında”,
"Ətraf mühitin mühafizəsi haqqında”,
"İstehsalat və məişət tullantıları
haqqında” və "Yerin təki haqqında” Azərbaycan
Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının Su Məcəlləsində dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 28 dekabr tarixli 1403-VQD nömrəli, "Əqli
mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı
və dövlət reyestri haqqında”, "İcra
haqqında” və "İnzibati icraat haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 28
dekabr tarixli 1404-VQD nömrəli, "Məhkəmələr
və hakimlər haqqında”, "Müəlliflik hüququ və
əlaqəli hüquqlar haqqında” və "Notariat
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 28 dekabr tarixli 1405-VQD nömrəli, "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində,
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində,
Azərbaycan Respublikasının Mülki Məcəlləsində,
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində
və Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsində dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr
tarixli 1406-VQD nömrəli, "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 28 dekabr tarixli 1407-VQD nömrəli, "Antiinhisar fəaliyyəti
haqqında”, "Auditor xidməti haqqında”, "Daşınar
əmlakın yüklülüyü haqqında” və
"Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 28 dekabr tarixli 1408-VQD nömrəli, "Elektron ticarət
haqqında”, "Əmtəə nişanları və
coğrafi göstəricilər haqqında”, "Haqsız rəqabət
haqqında”, "Xarici investisiyanın qorunması haqqında”
və "İcarə haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 28
dekabr tarixli 1409-VQD nömrəli, "İcbari
sığortalar haqqında”, "İxrac nəzarəti
haqqında”, "İnvestisiya fəaliyyəti haqqında”,
"Kommersiya sirri haqqında” və "Qrant haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 28
dekabr tarixli 1410-VQD nömrəli, "Lisenziyalar və icazələr
haqqında”, "Müflisləşmə və iflas
haqqında”, "Mühasibat uçotu haqqında” və
"Nağdsız hesablaşmalar haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 28
dekabr tarixli 1411-VQD nömrəli, "Patent haqqında”,
"Reklam haqqında”, "Sahibkarlıq fəaliyyəti
haqqında”, "Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” və "Texniki
təhlükəsizlik haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 28
dekabr tarixli 1412-VQD nömrəli, "Tikinti və infrastruktur
obyektləri ilə əlaqədar investisiya layihələrinin
xüsusi maliyyələşmə əsasında həyata
keçirilməsi haqqında” və "Valyuta tənzimi
haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan
Respublikasının Gömrük Məcəlləsində və
Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 28 dekabr tarixli 1413-VQD nömrəli,
"Auditorun peşə məsuliyyətinin icbari
sığortası haqqında”, "Əmanətlərin
sığortalanması haqqında”, "Əmanətlərin
tam sığortalanması haqqında” və
"İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 28 dekabr tarixli 1414-VQD nömrəli,
"Banklar haqqında”, "Bank olmayan kredit təşkilatları
haqqında”, "Poçt haqqında”, "Kredit ittifaqları
haqqında” və "Kredit büroları haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 28
dekabr tarixli 1415-VQD nömrəli, "İnvestisiya fondları
haqqında”, "Qiymətli kağızlar bazarı
haqqında”, "Lotereyalar haqqında”, "İpoteka
haqqında”, "Sığorta fəaliyyəti haqqında” və
"Hərbi qulluqçuların dövlət icbari şəxsi
sığortası haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 28
dekabr tarixli 1416-VQD nömrəli, "Torpaq icarəsi
haqqında”, "Torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında” və "Kənd
təsərrüfatında sığortanın
stimullaşdırılması haqqında” Azərbaycan
Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci
il 28 dekabr tarixli 1417-VQD nömrəli, "İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında”, "Məşğulluq
haqqında” və "Sosial sığorta haqqında” Azərbaycan
Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının Əmək Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci
il 28 dekabr tarixli 1418-VQD nömrəli, "Sanitariya-epidemioloji
salamatlıq haqqında”, "Tibbi sığorta haqqında”,
"Elektron imza və elektron sənəd haqqında” və
"Azərbaycan Respublikasının xarici ölkələrdə
və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən
diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin
icbari sığortası haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 28
dekabr tarixli 1419-VQD nömrəli qanunlarının qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunların tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Atmosfer havasının mühafizəsi
haqqında”, "Ekoloji təhlükəsizlik haqqında”,
"Ətraf mühitin mühafizəsi haqqında”,
"İstehsalat və məişət tullantıları
haqqında” və "Yerin təki haqqında” Azərbaycan
Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının Su Məcəlləsində dəyişiklik
edilməsi barədə”, "Əqli mülkiyyət
hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında”, "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında”,
"İcra haqqında” və "İnzibati icraat
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə”, "Məhkəmələr və
hakimlər haqqında”, "Müəlliflik hüququ və əlaqəli
hüquqlar haqqında” və "Notariat haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə”, "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində,
Azərbaycan Respublikasının Mülki Məcəlləsində,
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində
və Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsində dəyişiklik edilməsi
haqqında”, "Cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə”, "Antiinhisar fəaliyyəti
haqqında”, "Auditor xidməti haqqında”,
"Daşınar əmlakın yüklülüyü
haqqında” və "Daşınmaz əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə”,
"Elektron ticarət haqqında”, "Əmtəə
nişanları və coğrafi göstəricilər
haqqında”, "Haqsız rəqabət haqqında”,
"Xarici investisiyanın qorunması haqqında” və
"İcarə haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə”,
"İcbari sığortalar haqqında”, "İxrac nəzarəti
haqqında”, "İnvestisiya fəaliyyəti haqqında”,
"Kommersiya sirri haqqında” və "Qrant haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə”, "Lisenziyalar və icazələr
haqqında”, "Müflisləşmə və iflas
haqqında”, "Mühasibat uçotu haqqında” və
"Nağdsız hesablaşmalar haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə”, "Patent haqqında”, "Reklam haqqında”,
"Sahibkarlıq fəaliyyəti haqqında”,
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” və "Texniki təhlükəsizlik
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə”, "Tikinti və infrastruktur obyektləri
ilə əlaqədar investisiya layihələrinin xüsusi
maliyyələşmə əsasında həyata keçirilməsi
haqqında” və "Valyuta tənzimi haqqında” Azərbaycan
Respublikasının qanunlarında, Azərbaycan
Respublikasının Gömrük Məcəlləsində və
Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında”, "Auditorun peşə
məsuliyyətinin icbari sığortası haqqında”,
"Əmanətlərin sığortalanması haqqında”,
"Əmanətlərin tam sığortalanması
haqqında” və "İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə”, "Banklar haqqında”, "Bank olmayan kredit təşkilatları
haqqında”, "Poçt haqqında”, "Kredit ittifaqları
haqqında” və "Kredit büroları haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə”, "İnvestisiya fondları haqqında”,
"Qiymətli kağızlar bazarı haqqında”,
"Lotereyalar haqqında”, "İpoteka haqqında”,
"Sığorta fəaliyyəti haqqında” və "Hərbi
qulluqçuların dövlət icbari şəxsi
sığortası haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə”, "Torpaq icarəsi haqqında”,
"Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” və "Kənd təsərrüfatında
sığortanın stimullaşdırılması haqqında”
Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində dəyişiklik
edilməsi haqqında”, "İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında”, "Məşğulluq
haqqında” və "Sosial sığorta haqqında” Azərbaycan
Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının Əmək Məcəlləsində dəyişiklik
edilməsi haqqında”, "Sanitariya-epidemioloji salamatlıq
haqqında”, "Tibbi sığorta haqqında”, "Elektron
imza və elektron sənəd haqqında” və "Azərbaycan
Respublikasının xarici ölkələrdə və beynəlxalq
təşkilatlarda fəaliyyət göstərən diplomatik
nümayəndəliklərində qulluq edən şəxslərin
icbari sığortası haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının
qanunlarının uyğunlaşdırılması ilə
bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının həmin qanunlara
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanunlara
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların bu sərəncamın
1.1-ci bəndində göstərilən qanunlara
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 31 yanvar.- S.3.