Böyük təsəlli

 

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə bu günlərdə keçirilən növbəti görüşü bir daha sübut etdi ki, dövlət siyasətinin mərkəzində ölkə vətəndaşı dayanır. Xalqın bir hissəsini də işğalçı Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yurd-vuvasından didərgin düşmüş insanlar, müharibə əlilləri, şəhid ailələrinin üzvləri təşkil edir ki, onlar da daim dövlətin diqqət mərkəzindədir. Bu insanlar davamlı olaraq dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın böyük qayğısını, hərtərfli dəstəyini hiss edirlər.

Bəli, bəlkə də belə bir ikinci dövlət tapmaq çətin olar ki, orada vətəndaşa, ağır vəziyyətdə yaşayan, doğmasını-yaxınını itirən insana bu qədər diqqət və qayğı göstərilsin.

Yalnız bu faktları xatırlatmaq kifayətdir ki, son illər ərzində məcburi köçkünlər üçün 100-dən çox şəhərcik və qəsəbə salınıb. Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər və fərdi evlər verilib.

Dövlət şəhid ailələrini bir an belə unutmur. İndiyədək 6650 şəhid ailəsinin dövlət tərəfindən mənzil, ev, 6000-dən çox şəhid ailəsinin isə minik avtomobili ilə təmin edilməsi buna aydın misaldır.

Daha bir önəmli dəstək keçən il aprelin 11-də keçirilən prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk fərman oldu. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqındafərmana əsasən, qeyd olunan şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub. Artıq ödəmə prosesi həyata keçirilir. Belə ki, indiyədək 3100 şəhid hərbi qulluqçunun vərəsələri həmin məbləği alıb. Ödənişlər davam edir.

Şəhid ailələri ilə görüş zamanı Prezident İlham Əliyev bu barədə demişdir: "Mənə verilən məlumata görə, üç mindən çox şəhid ailəsi 11 min manatı alıb. Ancaq bu proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların aldıqları məbləğ bu gün verilən məbləğlə üst-üstə düşmür. Yəni, o illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun ədalət. Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq mən bu gün yeni fərman imzaladım”.

Dövlət başçısının yeni fərmanı ilə 19 aprel 2018-ci il tarixli fərmanda dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş 2725 şəhidlin, o cümlədən 11 min manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun 461 şəhid polisin vərəsələrinə birdəfəlik ödəmə veriləcək. Beləliklə, birdəfəlik ödəmələri alan şəhid vərəsələrinin ümumi sayı 12268 olacaq.

Bütün bunlar təkcə maddi kömək, maliyyə dəstəyi deyil, həm mənəvi dayaqdır. Bunlar o deməkdir ki, dövlət daim öz vətəndaşının yanındadır, onu unutmur, dərdinə şərik çıxır. Təsadüfi deyil ki, şəhid ailələrinin görüşdə çıxış edən üzvləri dövlətin, dövlət başçısının bu önəmli addımını, bu humanist hərəkətini yüksək dəyərləndirdilər. Xalqımızın İlham Əliyev kimi vətənini torpağını sevən belə bir rəhbəri olduğundan qürur duyduqlarını bildirdilər. Birinci xanım Mehriban Əliyevanın onlara daim qayğı göstərməsindən məmnun olduqlarını minnətdar duyğularla vurğuladılar.

Şəhid anası İbadət Əliyeva öz çıxışında belə dedi: "Deyirlər, dərdin kiçiyi, böyüyü olmur. Amma elə deyil, dərdin ən böyüyü Vətən, torpaq, azadlıq dərdidir. Bu dərdin yolunda bizim balalarımız şəhid oldular. Vətən yaşasın deyə, onlar şəhid oldular düşmənə qaya kimi sipər oldular, qaya kimi dayandılar onların qabağında. Mən inanıram ki, xalqımız çox vətənpərvər, qəhrəman xalqdır. Bu xalqın əli silah tutan hər bir nümayəndəsi şəhidlərin yolunu davam etdirmək üçün bir nəfər kimi vətənimizi qorumağa hazırdır”.

Əzizini, doğmasını itirmiş şəhid ailələrinin üzvlərinin dərdi dərin olsa da, qürur hissləri böyükdür. Bu hissləri onlara bəxş edən vətən sevgisi, torpaq təəssübkeşliyi, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram onların ailələrinə tükənməyən qayğısıdır.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 31 yanvar.- S.1; 4.