4. Əsl azərbaycanlı mənəviyyatı

 

İnsan insanı dar gündə sınayar - əbəs deməyib atalar!

Tanrı dünyanı, o cümlədən müstəqil Azərbaycanı çox çətin və ağır sınağa çəkib!

COVID-19 - koronavirus sınağına!

Çətin, təhlükəli günlər yaşayırıq!

Hələ bu çətinliyin nə qədər çəkəcəyini, təhlükənin haçan sovuşacağını dəqiq bilən yoxdur!

Ehtimalproqnozlar isə çox söylənilir!

Amma ötən dar günlərin müəyyən nəticələrinə nəzər salmaq, baş verənləri isti-isti qiymətləndirib ilkin ümumiləşdirmə aparmaq da mümkündür!

Ortada kifayət qədər gərginlik, vaxtında atılan addımlar, düzgün qərarlar, eyni zamanda, bəs qədər məsuliyyətsizlik, vətəndaş intizamsızlığı müşahidə edildiyi vaxtda müsbəti və yaxşıları görüb qiymətləndirmək də vacib və gərəklidir!

Xüsusən də xalqın mənəviyyatı, milli-mənəvi dəyərləri ilə bağlı olan məqamları.

 

***

 

Qürur və razılıq doğuran ən yaxşı hal dövlətimizin ekstremal vəziyyətə hazır olması, dövlət başçısı cənab İlham Əliyevin dar macalda ən düzgün qərarlar qəbul edib, dövləti və xalqı dərhal səfərbərliyə alması oldu!

Bu, yalnız Prezident İlham Əliyevin uzaqgörənliyi, baş verənləri dərhal qiymətləndirmək məharəti və bir rəhbər kimi xarizması ilə bağlı deyil!

Həm də onun xalqına olan sonsuz məhəbbəti, Azərbaycan vətəndaşına sevgisi və ən əsası, humanizmi, insanları real təhlükədən qurtarmaq, bəlanı daha tezaz itki ilə sovuşdurmaq üçün göstərdiyi can yanğısından da qaynaqlanır!

Biz Prezidentimizdə bu mənəvi keyfiyyətlərin - dərhal təhlükə yerinə şəxsən baş çəkməsini, hadisələrlə yerində tanış olub insanları, mütəxəssisləri dinləyərək bundan sonra ən zəruri, düzgün qərarlar verməsini dəfələrlə görmüşük.

Bir neçə faktı birlikdə xatırlayaq:

* Lənkəranda yaşayış binası uçanda;

* Zaqatalada yeraltı təkanlar dağıntılar törədəndə;

* Kür daşqınları ətraf kəndləri basıb evləri uçuranda;

* Zəlzələ Şamaxı və İsmayıllı rayonlarında çoxsaylı evləri dağıdıb ziyan vuranda;

* Aprel müharibəsi zamanı cəbhəyanı kəndlərin əhalisində müəyyən təlaş və qorxu yaranandas.

Dövlət başçısı dəfələrlə hadisə yerlərinə baş çəkdi, çoxsaylı sərəncamlar verdi, tapşırıqların icrasına şəxsən nəzarət etdi, vəziyyət qaydaya düşənə qədər məsələni diqqətində saxladı!

Deyirlər hər cür müqayisə qüsurlu olur!

Amma müqayisəsiz ötüşmək də çətindir!

Xüsusən ona görə ki, həqiqət müqayisə zamanı daha aydın və qabarıq görünür!

Müstəqillik ərəfəsində və dövlət müstəqilliyinin ilk illərində Azərbaycana başçılıq edənlər - Ə.Vəzirov, A.Mütəllibov və Ə.Elçibəy gərgin an yaşanan kimi təyyarəyə minib aradan çıxdılar!

Dövlətin və xalqın sonrakı taleyini unudaraq canlarının hayına qaldılar!

Bu xoşagəlməz ənənəyə son qoyan Ulu Öndər Heydər Əliyev oldu!

4 oktyabr 1994-cü il və 13-18 mart 1995-ci il dövlət çevrilişinə cəhd zamanı öz postunda sonadək oturdu, xalqa müraciət edərək onu səfərbərliyə aldı, xain niyyətlərin qarşısına sədd çəkdi!

Cənab İlham Əliyev də bu ənənəni yaşadır və uğurla davam etdirir!

Çünki bu, həm də əsl azərbaycanlı mənəviyyatı, əsl dövlət rəhbərinə xas keyfiyyətdir!

Prezident İlham Əliyev koronavirus sınağı dövründə xalqımıza məxsus bir sıra mənəvi keyfiyyətlərin üzə çıxmasının, özünü yenidən nümayiş etdirməsinin də təşəbbüsçüsü oldu!

Bu barədə bir qədər sonra...

 

***

 

Adətən ordu öz sərkərdəsinə baxıb düzlənir!

İlham Əliyevin məsələyə ciddi reaksiya verməsi, insanların sağlamlığının qorunmasına həssaslıqla, can yanğısı ilə yanaşması xalqını millətini sevən hər bir azərbaycanlıya da sirayət etdi.

Bu ali nümunədən dərhal çoxsaylı nümunələr yarandı!

Azərbaycan xalqı bir anda sınanmış oğlunun səsinə səs verdi!

Onun atdığı hər bir addım minlərlə əks-səda doğurdu!

Qısa vaxtda gördüyü işlər analoji mübarizə aparanlar üçün nümunəyə çevrildi:

* Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqə yaradıldı, dövlət başçısının sərəncamı ilə quruma kömək məqsədilə 5 mln. dollar yardım edildi;

* Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq onun qarşısına məsul vəzifələr qoyuldu;

* Sərhədlər bağlandı, karantin məntəqələri təşkil olundu, təyyarə uçuşları dayandırıldı;

* Ölkə xaricində qalan azərbaycanlıların gətirilməsi üçün çarter reysləri açıldı;

* Xəstələrə qulluq edən həkimlərin digər tibb personalının əməkhaqları 3-5 qat artırıldı;

* Koronavirusla mübarizə fondu yaradıldı, ilk olaraq cənab İlham Əliyev ora birillik əməkhaqqını keçirdi;

* Bu xeyirxah missiyanı Birinci vitse-prezident Mehriban xanım Əliyeva da davam etdirdi;

* Öz rəhbərindən nümunə götürən xalq mənəvi dəyərlərin yaşadılması yolunun davamçısına çevrildi...

 

***

 

Artıq dünyada koronavirusla insanlar arasında şiddətli müharibə gedir!

Bu müharibədə, sözün həqiqi mənasında, ölənlər var!

Müharibənin ön cəbhəsində vuruşanlar isə tibb işçiləridir!

Həkimlər, tibb bacıları, texniki heyət digərləri...

Dincəlmək, yorulmaq, hətta bəzən yatmaq olduğunu bilmədən xəstələrin sağaldılması üçün gecə-gündüz çalışırlar...

Çünki onlar bilirlər ki, bir xəstəni sağaltmaqla həm onlarla insanı yoluxmadan qoruyurlar...

Bu gün müşahidə olunan həkim fədakarlığı Azərbaycan tibb işçisinə xas olan ən bariz keyfiyyətlərdəndir!

Dövlət başçısı "Yeni klinika”nın açılışında bunu xüsusi vurğuladı.

 

***

 

"Koronavirus müharibəsi”nin ikinci səngərində Azərbaycan polisi dayanır!

Prezidentin ilk çağırışından öz postunda, küçə yollarda ayaq üstədir!

Təkcə asayişin keşiyini çəkmir!

Həm ona tapşırılan yeni vəzifələrin - xüsusi karantin rejiminin tələblərini yerinə yetirməklə məşğuldur!

Həkimlərdən fərqli olaraq, onların heç hamısının konkret yeri belə bilinmir!

Bilinən odur ki, Azərbaycan polisi tutduğu vəzifədən asılı olmayaraq daha kabinetlərdə oturmur!

İş saatı ilə hesablaşmayaraq daim ayaqdadır:

* Özünü virusdan qorumayanı - başa salır!

* Məsuliyyəti unudanları - məsuliyyətli davranmağa çağırır!

* Köməyə ehtiyac duyanlara - əl uzadır, dayaq olur!

* Qanunu sosial izolyasiya tələblərini pozanları qanuna dəvət edir!

Bir sözlə, bu günlərdə Azərbaycan polisi öz mənəviyyatı ilə yüksəkdə dayandığını sübut edir!

 

***

 

Tale azərbaycanlıları da müxtəlif səbəblər üzündən dünyanın müxtəlif ölkələrinə "səpələyib”.

Müxtəlif sahələrdə çalışan bu insanlardan diaspor hərəkatında iştirak edəni var, etməyəni !

Onlardan razı qaldıqlarımız da var, qalmadıqlarımız da!

"Koronavirus müharibəsisanki dünya azərbaycanlıları üçün bir məhək daşına çevrildi!

Bu dar günlərdə Azərbaycan mənəviyyatı özünü parlaq şəkildə büruzə verdi!

Dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar sosial şəbəkələrə çıxaraq vətənə dönməkdə çətinlik çəkən, aeroportlarda qalan həmvətənlilərinə öz köməklərini təklif etdilər!

Boş evlərində qalmağa çağırdılar, yaşadıqları evlərdə özləri ilə birgə yerləşdirə, tikələrini yarı bölə biləcəklərini söylədilər!

Bir sözlə, bacardıqlarını edəcəklərini bildirməklə ünvanlarını, telefon nömrələrini qoydular!

Azərbaycan Prezidentinin təşəbbüsü ilə respublikamızda yaradılan koronavirusla mübarizə fonduna vəsait köçürənlər çox oldu!

Azərbaycanlı mənəviyyatı çətin gündə köməksiz qalana kömək etmək prinsipini qoruduğunu bir daha əyani şəkildə nümayiş etdirdi.

 

***

 

Azərbaycan sahibkarları da sınaqdan üzüağ çıxdılar!

Söhbət onların fonda köçürdükləri vəsaitdən getmir!

Əlbəttə, sahibkarlarımız burada da fərqləndilər!

Prezidentimiz başqa ölkələrdə müxtəlif səbəblərdən ləngiyib qalan, habelə təhsil alan tələbələrin başqalarının qayğısına qaldı, çarter reysləri təşkil etdirərək Vətənə qayıtmalarına kömək göstərdi!

Belələri az, çox - on min nəfərdən artıq idi.

Təhlükəsizlik tədbirləri xaricdən gələnlərin karantin dövründə izolyasiyaya alınmasını tələb edirdi!

Xəstəxanalarda isə o qədər yerimiz yox idi!

Həm xəstəxana yoluxmuşları müalicə edəcəkdi.

Bu məqamda sahibkarlarımız qəlb genişliyi göstərdilər: hotellərin, istirahət məkanlarının qapılarını geniş açdılar, gələnlərə yer yemək verdilər!

Belə bir qonaqpərvərlik Azərbaycan xalqının mənəvi dəyərlərindəndir!

 

***

 

Bu yerdə Azərbaycan əməkçisini unutmayaq!

Kənd təsərrüfatında işlər ara vermir, bol məhsulun bünövrəsi qoyulur!

Elə sahələr var ki, orada fasiləyə yol vermək, vaxt itirmək olmaz!

Axı işlər yavaşıya bilər, amma iflic vəziyyətinə düşməli deyil!

Xüsusən kənd təsərrüfatı, neftçıxarma sənayesi digərləri.

Dəniz neftçiləri adətən on beş günlük növbəyə gedir!

Karantin dövründə Neft Daşlarına yeni növbənin göndərilməsi riskli sayılır. Çünki yoluxma 14-21 gün gizli şəkildə qala bilir.

Təcrübəli neftçilər, nadir mütəxəssislər az olduğundan onları qorumaq da vacibdir!

Beləliklə, dəniz neftçiləri böyük fədakarlıq göstərdilər: onlar növbəni dəyişmədən fasiləsiz işləyəcəkləri barədə qərar qəbul etdilər!

 

***

 

Cənab İlham Əliyev 2020-ci ili "Könüllülər ilielan edib.

Bu qərar könüllülər hərəkatına yeni vüsət verib.

Eyni zamanda könüllülər üçün təzə fəaliyyət sahəsi açılıb. Dövlət xüsusi risk qrupuna daxil olan ahıl şəxsləri qorumaq, eyni zamanda, qayğıdan kənarda saxlamamaq üçün könüllülərə çağırışla müraciət etdi!

Azərbaycan gəncləri dövlətin səsinə səs verərək tənha insanlara yardım göstərmək üçün fəaliyyətə başladılar.

Belə bir addım Azərbaycan gəncinin zəngin mənəviyyatından da xəbər verir.

 

***

 

Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva "Yeni klinika”nın açılışını etdilər.

Vaxtında tikilən, ən müasir cihaz avadanlıqlar, laboratoriyalarla təchiz edilən yeni tibb müəssisəsi dövlət başçısının qərarı ilə ilkin olaraq koronavirus xəstələrinin müalicəsinə yönəldildi.

Bu, xəstəliyə qarşı mübarizədə effektli addım sayılır.

Açılış mərasimində cənab İlham Əliyev indiki dövrə uyğun 3 çağırış da səsləndirdi: "Biz birlikdə güclüyük!”, "Azərbaycan həkimlərinə eşq olsun!”, "Evdə qal, Azərbaycan!”

Hazırkı məqamda həyati əhəmiyyət kəsb edən bu çağırışlar həm dövlətin xalqa qayğısından Azərbaycan xalqının zəngin mənəvi dəyərlərindən xəbər verir.

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2020.- 11 aprel.- S.1; 4.