Dövlət nə lazımdırsa, edir!

 

Bəs vətəndaş?

 

Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündürbuna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın.

 

İlham ƏLİYEV

 

 

Heç kəsin gözləmədiyi və indiyədək görmədiyimiz hadisə baş verdi!

Qəflətən insanları kütləvi surətdə yoluxduran, hətta bəzən həyatdan məhrum edən qəribə virus peyda oldu!

Çinin Uhan şəhərində meydana gələn, 31 dekabr 2019-cu ildə Çin hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına barəsində məlumat verilən koronavirus adlı bu bəlaya 11 fevral 2020-ci ildə COVID-19 adı verildi.

Adının nə olmasının elə də bir əhəmiyyəti olmayan bu xəstəlik çox qısa zamanda dünyanı cənginə alaraq pandemiyaya çevrildi!

Buna qədər insanların kütləvi şəkildə ölümünə səbəb olan vəba, taun, xolera, nə bilim "İspan qripi”, "quş qripi”, "donuz qripi” və s. barədə eşitmiş, bədii əsərlərdə oxumuş, filmlərdə baxmışdıq.

Amma həyatda rast gələcəyimizə, dünyanı silkələyən - iqtisadiyyatı tormozlayan, nefti ucuzlaşdıran, sərhədləri bağlayan, adamları evdə oturmağa məcbur edən, kütləvi tədbirləri təhlükə mənbəyinə çevirən belə bir qorxu ilə real həyatda rastlaşacağımızı heç zaman güman etməzdik!

Sanki yuxu görürük!

Amma bu yuxu deyil, gerçəklikdir!

Həm də onunla hesablaşmağa məcbur edən gerçəklik!

Nə yaxşı ki, Azərbaycan dövləti özünü itirmədi!

Nə yaxşı ki, Prezident İlham Əliyev həmişəki kimi hadisələri qabaqlamağı, vədəsində ən düzgün qərar qəbul etməyi, ölkənin bütün resurslarını səfərbərliyə alaraq əlaqədar qurumları ayağa qaldırmağı bacardı!

Zamanında ən düzgün, gərəkli, uzaqgörən addımlar ataraq qərarlar qəbul etdi!

Yanvarın 24-də Nazirlər Kabineti yanında sutkanın 24 saatı ərzində fəaliyyət göstərən Operativ Qərargah yaratdı!

İlham Əliyevin bu müdrikliyi və uzaqgörənliyi koronavirusun Azərbaycanda böyük fəsadlar törətməsinin qarşısına ciddi sədd çəkdi!

Amma bütün bunlar hələ son deyil!

Təəssüf ki, yalnız başlanğıcdır!

Bu gün qoca Avropanı çıxılmaz duruma salan koronavirus sabah dünya üçün daha hansı problemlər yaradacaq - dəqiq demək çətindir!

Bilinən odur ki, mübarizə hələ təzə başlayır!

Hələ bu bəlanın cilovlanması çox zaman aparacaqdır.

Hələ onun çarəsinin, dərmanının tapılmasına çox aylar sərf olunacaqdır!

Bütün insanlar, bütün dövlətlər, dünya ona qarşı mübarizədə birləşməsə, koronavirusdan asanlıqla yaxa qurtarmaq mümkün olmayacaq!

 

Gözlənilməyən təhlükə

 

 

Bəli, indiyədək eşidib, görmədiyimiz real təhlükə artıq yanımızda, gündəlik həyatımızdadır!

Qısa müddətdə mənfur virus yaşayış tərzimizi dəyişərək mətbuatın gündəminə çevrildi, qurduğumuz, sabaha ünvanlanan çoxsaylı planlarımızı alt-üst etdi!

Qorxub geri çəkilsək, yersiz təşvişə panikaya düşəcək, yaxud səhlənkarlıq etsək, koronavirus adlı qəddar düşmənə məğlub olarıq, yaxınlarımızı, doğmalarımızı, dostlarımızı itirə bilərik...

Hamımız bu qəfil bəlaya qarşı mübarizənin önündə gedən Prezidentimizin ətrafında, dövlətimizin yanında olmalıyıq!

Çünki Prezidentimiz , dövlətimiz ilk günlərdən bizim yanımızdadır!

Vəziyyətdən necə çıxmağın ən düzgün yolunu göstərərək real köməklər edirlər!

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə görün Azərbaycan dövləti qısa zamanda qədər görüb, zəruri, təsirli addımlar atıb!

 

EDİLƏNLƏRİ QISA ŞƏKİLDƏ XATIRLADAQ:

 

* Dövlət başçısı ilk gündən xalqla açıq danışdı, məsələnin ciddiliyini, öldürücü virusun cilovlanmayacağı təqdirdə necə böyük fəlakətə səbəb ola biləcəyini xatırlatdı;

* Xalqı, bütün dövlət strukturlarını qurumları səfərbər etdi, insanları təlaşa, ajiotaja düşməkdən çəkindirdi, ardıcıllıqla görüləsi işləri müəyyənləşdirdi;

* Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqə quruldu, onun nümayəndələri ölkəyə dəvət edildi, tövsiyələri, məsləhətləri nəzərə alındı;

* Sərhədlər bağlandı, təyyarə reysləri təxirə salındı, sərhəd bölgəsində FHN-nin səyyar hospitalı yaradılaraq ölkəyə gələnlərin karantinə alınması təmin edildi;

* Xarici səfərlər ləğv olundu, elektron viza verilişi dayandırıldı;

* Səhiyyə xidmətinin təşkili, lazımi laboratoriya, dərman testlərin, aparat avadanlıqların alınıb gətirilməsi üçün dövlət büdcəsindən əvvəlcə 10 mln, sonra 20 mln manat vəsait ayrıldı;

* Hazırda 10 xəstəxana xüsusi rejimlə işləyir, dörd ən müasir laboratoriya gətirilərək fəaliyyətə başlayıb;

* Məktəblər, uşaq bağçaları bağlanıb, idman yarışları, kütləvi tədbirlər dayandırılıb, insanların cəm olduğu digər mərasimlərin (toy yas) keçirilməsi barədə tövsiyə verilərək zəruri qadağalar qoyulub;

* 14 mart 2020-ci ildə Nazirlər Kabinetinin Operativ Qərargahı tərəfindən qəbul edilən həmin qaydaların hamı tərəfindən sözsüz yerinə yetirilməsini təmin etmək üçün Milli Məclisdə müvafiq qanunlara zəruri dəyişikliklər edildi;

* Televiziya kanalları, çap elektron media səfərbərliyə alınaraq insanların maarifləndirilməsinə, panika ajiotajın qarşısının alınmasına, qəbul edilən qərarların tövsiyələrin icrasının təbliğinə yönləndirildi;

* İş yerlərində xüsusi rejimin tətbiqinə, dezinfeksiya işlərinə, virusa yoluxanların vaxtında aşkara çıxarılması üçün zəruri addımların atılmasına start verildi;

* Yaşlı insanların qorunması üçün xüsusi tədbirlər müəyyənləşdirildi;

* Xaricdə qalan vətəndaşların təhsil alan azərbaycanlı tələbələrin vətənə qaytarılması üçün çarter reysləri təşkil olundu, yoluxma zonalarından gələnlərin karantində saxlanılması üçün xəstəxanalar müəyyənləşdirildi, zəruri vəsaitlərlə təchiz edildi;

* Karantində olanlara xəstələrə qulluq edən həkim tibb işçilərinin əməkhaqları 3-5 dəfə artırıldı;

* Bakıya, Sumqayıt şəhərinə Abşerona bölgələrdən insan axınının qarşısını almaq üçün məhdudiyyət tətbiq edildi;

* Epidemiya ilə bağlı insanların, sahibkarların ziyan çəkməmələri üçün dövlət bir sıra maliyyə məsələlərini öz üzərinə götürdü;

* Bu məqsədlə cənab İlham Əliyev dövlət büdcəsindən 1 milyard manat vəsait ayırdı.

Dövlətin gördüyü tədbirlər situasiyadan asılı olaraq ardıcıllıqla davam edir, hər gün bu sahədə neçə-neçə yeniliklərin şahidi oluruq!

Bəli, dövlət daim öz vətəndaşının yanındadır, onu qorumaq, təhlükəni sovuşdurmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə əlbir əlaqəli çalışır.

 

Daha etmək lazımdır?

 

Qısa şəkildə sadaladığımız bu xatırlatmalar da göstərir ki, dövlətimiz üzərinə düşən bütün vəzifələri yüksək şəkildə icra edir!

Lakin uğur üçün hələ bu azdır!

Vətəndaş da dövlətinin yanında olmalı, onun etdiklərini qiymətləndirməli, dediyinə əməl etməlidir!

Yalnız belə olanda görülən tədbirlər səmərə verər!

Təəssüf ki, hələ bəzi insanlarda bir arxayınçılıq, laqeydlik müşahidə olunur!

Sanki koronavirusun dünyanın başına açdığı oyunlardan, indiyədək Çində, İtaliyada, İranda İspaniyada yoluxanlardan ölənlərdən xəbərsizdirlər!

Vaxtilə Mirzə Cəlilin, Sabirin, Üzeyir bəyin tənqid etdiyi "müsəlman ətalətixəstəliyi yada düşür:

Çox ciddi bir xəstəliyə "boş şeydir”, "əşi, heç olmaz”, "havayı yerə səs-küy salıblarpsixologiyası ilə yanaşanlar da var!

Bəzən sosial şəbəkələrdə məsələyə panika yaratmaq, sensasiya doğurmaq prizmasından yanaşılan yazıların getdiyinin şahidi oluruq!

Əziz vətəndaşlar!

Bacılar qardaşlar, atalar analar!

Unutmayaq ki, biz koronavirusa yoluxmaqla bizimlə birgə yaşayan gündəlik həyatda təmasa girən doğmalarımızı - ata, ana, bacı, qardaş, həyat yoldaşı doğma övladları da bu xəstəliyə düçar etmiş oluruq!

İş yoldaşlarımızın, onların ailələrinin xəstələnmələrinin səbəbkarına çevrilirik, hətta çalışdığımız yerdə istehsal prosesinin dayanmasına bais ola bilərik!

Bunlar kimisə qorxutmaq üçün deyilən sözlər yox, əsl reallıqdır!

Əgər sən dövlətin gördüyü işlərə dəstək verməsən, onun dediklərinə əməl etməsən, atılan addımlar heç bir fayda verməz!

Hər şeydən öncə, canımızda qanımızda vətəndaş məsuliyyəti olmalıdır!

Koronavirus yanımızdadır, indiyədək görmədiyimiz, hələ çarəsi tapılmamış xəstəlikdir!

Onunla zarafat etmək, ona qarşı saymazlıq fəlakətlə nəticələnə bilər!

İlk növbədə, hər birimiz özümüzü yoluxmadan qorumalıyıq!

Evdə oturmalı, əlləri tez-tez sabunla yumalı, spirtlə dezinfeksiya etməli, bir yerə toplaşmamalı, xəstəliyin əlamətlərini hiss edən kimi həkimə müraciət etməliyik!

Bununla bağlı Nazirlər Kabinetinin elan etdiyi qaydaları diqqətlə öyrənməli, yadda saxlamalı yerinə yetirməliyik!

Həm unutmayaq! Həmin qaydaları pozanlar qanunla ciddi cəzalandırılırlar!

Bu, xalqın sağlamlığı ilə bağlı məsələdir, əslində həm milli məsələdir!

Bir daha təkrar edirik: dövlət lazımdırsa, onu vaxtında lazımi qaydada edir!

Hətta zərurət yaranarsa, fövqəladə vəziyyət tətbiq edəcəkdir!

Ancaq biz vətəndaşlar məsələyə şüurlu şəkildə, yüksək məsuliyyətlə yanaşmalıyıq!

Bu gün birliyimizə mütəşəkkilliyimizə, dövlətimizin yanında olaraq onun dediklərinə qoyduğu qaydalara düzgün məsuliyyətlə əməl etməyimizə ciddi ehtiyac var!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2020.- 8 aprel.- S. 1- 2.