Əfv sərəncamı ölkə Prezidentinin növbəti humanist addımıdır

 

Bağışlamaq qəlbin böyüklüyüdür

 

Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Bu, dövlət başçısının növbəti humanist addımıdır. Cəmiyyət həmişəki kimi Prezidentin bu qərarını müsbət qiymətləndirib. Ancaq müxalifətin marginallaşan hissəsi yenə də öz ampluasındadır. Bir neçə gün əvvələ deyirdilər ki, niyə əfv verilmir. Əfv sərəncamı verilir, indi isə bu fikrin tərsini deyirlər. Görünür, bu bəd niyyətli insanlar Prezidentin sərəncamını sonadək oxumayıblar. Həmin sənədin giriş hissəsini radikal müxalifətin diqqətinə çatdırmaq istəyirəm. Sərəncam dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraqhumanizm prinsiplərinə əsaslanaraq imzalanıb.

Bu sərəncamdan bir neçə gün əvvəl 200 məhbus da azadlığa buraxılmışdı. Bundan başqa, adına "siyasi məhbus” dedikləri şəxs azad olunaraq Avropa ölkələrindən birinə köçdü. İndi isə yaşı 65-dən yuxarı olan 176 məhkum əfv edildi. Sözdə liberal dəyərlərdən dəm vuran kəsim əslində əfvə qarşı çıxmaqla elan etdikləri dəyərlərin əleyhinə gedir. Koronavirusa görə əfv fərmanları bir neçə, o cümlədən radikal müxalifətin sitayiş etdiyi ölkələrdə də verilib. Qəribə məntiqdir. Radikal müxalifət həmin ölkələrdə əfv fərmanları veriləndə alqışlayır, onları nümunə göstərir, elə ki, oxşar sənəd Azərbaycanda qəbul olunanda buna qarşı etiraz edir. Yəni Prezidentin hansı qərar verməsindən asılı olmayaraq, ona qarşı kəskin müxalifdirlər. Əlbəttə, radikal müxalifətdən tərif gözləmirik, ancaq marginallar ağa qara deməklə ancaq ətrafındakı məhdud qrupu aldada bilərlər. Cəmiyyət isə növbəti əfv sərəncamını alqışlayır.

Əfv olunanların arasında azadlıqdan ömürlük məhrum olunmuş iki nəfər var. Onlardan biri 20, biri isə 25 il cəza çəkib. Radikal müxalifətin sosial şəbəkələrdəki "liderləri” və onların trolları bunu dəyərləndirmək əvəzinə diqqəti ağır cinayət törədən və əfv olunan bir neçə şəxs ətrafında fokuslaşdırıblar. Radikal müxalifət yeni mövzu axtarışında məntiqsiz "niyə onlar əfv olundu, bizimkilər əfv olunmadı” sualı ilə sosial şəbəkələrdə gündəmi məşğul etmək istəyirlər. Daha anlamırlar ki, əfv sərəncamı radikal müxalifətin təbirincə desək, "onlarla” "bunlar” arasında fərq qoymur. Ona qalsa, əfv olunanlar arasında Nardaran hadisələrinə görə həbs olunan 2 nəfər də var, hansıları ki, radikal müxalifət onları dəstəkləyirdi. Göründüyü kimi, dövlət kimsədən qisas almır.

Əfv olunanlar cəzasının bir hissəsini çəkmiş, ciddi xəstəliyi olanvirusa yoluxma baxımından həssas qrupa - 65 yaşından yuxarılara şamil edilib. Ancaq marginallar əfv olunmalı şəxslər arasında elə ad çəkirlər ki, heç həmin şəxsin hələ məhkəməsi olmayıb. Hansı hüququ dövlətdə məhkəməsi olmayan şəxsi əfv edirlər?

PrezidentinBirinci vitse-prezidentin təşəbbüsü ilə dəfələrlə əfv sərəncamları verilmiş, amnistiya aktları qəbul olunmuşdur. Bəzən il ərzində bir neçə dəfə əfv sərəncamları olur. Ötən illər ərzində minlərlə məhbus azadlığa çıxıb. Dövlət başçısı azadlıqdan məhrum edilən və cəzasının böyük hissəsini çəkmiş insanları azadlığa buraxmaqla onlara ailələrinə qovuşmaq və etdikləri səhvdən nəticə çıxarmaq üçün şans verir. Koronavirusun yayıldığı indiki məqamda bu şans həm də həssas qrupa daxil olan insanlara münasibətdə humanist bir addımdır.

 

Adil Əliyev,

Milli Məclisin Sədr müavini

 

Azərbaycan.- 2020.- 8 aprel.- S. 2.