Pandemiya ilə mübarizədə İlham Əliyev örnəyi

 

Azərbaycanın ümumbəşəri bəlaya qarşı əzmkar qabaqlayıcı tədbirlər planı Prezidentin siyasi müdrikliyinin və qətiyyətinin göstəricisidir

 

Azərbaycan koronavirusla mübarizədə önləyici addımlar atmaqda davam edir. Prezident İlham Əliyevin genişmiqyaslı iqtisadi-sosial paketi çərçivəsində hazırlanan dövlət dəstəyi proqramları isə ölkə əhalisi və beynəlxalq təşkilatlar tərəfindən çox yüksək dəyərləndirilir.

Bununla yanaşı, koronavirus pandemiyasının ölkəmizdə yayılmağa başlamasından qısa müddət sonra "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı Azərbaycanın bütün gözlənilməz vəziyyətlərdən alternativ, optimal çıxış yoluna sahib olduğunu bir daha təsdiq etdi.

Mütəxəssislər hesab edirlər ki, xüsusilə tibbi maskaların istehsalı ölkədə bu məhsula yaranan ehtiyacı böyük ölçüdə azaldacaq, vətəndaşlarımızın sağlamlığını daha effektli bir şəkildə qoruyacaq.

 

Qabaqlayıcı tədbirlər müsbət nəticələrini göstərməkdədir

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bizimlə söhbətində bildirdi ki, Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə kompleks şəkildə bütün parametrlər nəzərə alınmaqla aparılır. Cənab Prezidentin müəyyən etdiyi qabaqlayıcı tədbirlər ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısını almağa yönəlib və öz müsbət nəticələrini göstərməkdədir.

 

Komitə sədri deyir ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizin bütün resursları səfərbər olunubkoronavirus epidemiyası ilə ardıcıl, sistemli, çoxşaxəli mübarizə aparılır: "Sərhədlərin bağlanması, xaricdə olan 15 mindən çox vətəndaşımızın ölkəyə gətirilməsinin və karantin rejiminə keçirilməsinin təmin edilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil olunması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, koronavirus infeksiyasının mənfi təsirlərinin azaldılması məqsədilə dövlət büdcəsindən başlanğıc olaraq 1 milyard manat vəsaitin hökumətə ayrılması, iki həftəlik sərt karantin rejiminə keçilməsi və s. bu kimi tədbirlər Azərbaycan dövlətinin bu ümumbəşəri bəla ilə mübarizədə nə qədər güclü və əzmkar olmasının, dövlət başçısının siyasi müdrikliyinin və qətiyyətinin göstəricisidir”.

 

Cəmi iki həftəyə ölkəmizdə tibbi maska istehsalı müəssisəsi yaradıldı

 

Musa Quliyevin fikrincə, bu günlər dünyada koronavirusla mübarizədə tibbi vasitələrin, xüsusilə qoruyucu maskaların qıtlığı hökm sürür, hər kəs bu problemi öz imkanları daxilində həll etməyə çalışır. SSRİ kimi superdövlətin hüquqisiyasi varisi olan, bu gün də dünyanın supergüclərindən sayılan nəhəng Rusiyada maska qıtlığını aradan qaldırmaq üçün evlərdə, sexlərdə, dərzi emalatxanalarında kustar üsulla maska tikməyə başlamışlar. Əlbəttə, bu da bir yoldurheç olmamaqdansa, belə maskalara da qoruyucu vasitə kimi etibar etmək olar.

Azərbaycanda indiyə qədər maska istehsalı olmayıb və bu tibbi vasitəyə olan ehtiyac idxal hesabına ödənilib: "Lakin koronavirus pandemiyası başlanandan hətta maska istehsal edən ölkələr də bu qoruyucu vasitənin defisiti ilə üzləşməli oldular. Problemin əsaslı həlli isə yerli istehsalı təşkil etməkdən keçirdi. Cənab Prezident bu məsələni də öz nəzarətinə götürdüolduqca qısa müddətə - cəmi iki həftəyə ölkəmizdə tibbi maska istehsalı müəssisəsi yaradıldı və fəaliyyətə başladı”.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın açılışını etdikləri Sumqayıt Kimya Sənaye Parkında Bakı Tekstil Kombinatının tibbi maska istehsalı müəssisəsi qısa müddət ərzində yaradılmış, ən müasir texnologiyatibbi standartlara cavab verən bir istehsal müəssisəsidir.

Komitə sədri hesab edir ki, ayrı bir vaxtda və şəraitdə bu müəssisənin açılışına bəlkə o qədər də diqqət cəlb etməyəcək sıradan bir hadisə kimi baxmaq olardı. Çünki biz bir vətəndaş olaraq on beş ildən çoxdur ki, hər gün ölkəmizdə bir, yaxud bir neçə müəssisənin, yeni yerlərinin, sosial obyektlərin, parkların, yolların, körpülərin açılışını müşahidə edirik və bəlkə də bunları görmək bizim üçün adiləşmişdir. "Hərçənd ki, bizə adi, gündəlik hadisə kimi gələn bu açılışlar, əslində, Azərbaycanın yeniləşmə, inkişafrifah göstəricisidir!” - deyə Musa Quliyev bildirdi.

M.Quliyev qısa zaman ərzində Azərbaycan dövlətinin əldə etdiyi bu uğuru belə dəyərləndirir: "Koronavirusla mübarizədə dünyanın İran, İtaliya, İspaniya, Fransa, Amerikas. bu kimi qosqoca dövlətlərinin az qala çaşqınlıq, ümidsizlikdepressiya içərisində çabaladığı bir dövrdə Azərbaycan dövləti özəl sektorla birlikdə ən qısa müddətdə öz daxili tələbatını ödəyə biləcək gücdə tibbi maska istehsal edən yeni bir müəssisə qura bilirsə, bu, dövlətin gücünün, nüfuzunun, dövlət rəhbərinin siyasi əzminin, iradəsinin, prosesləri qabaqlayaraq idarə etmək və zamanında düzgün qərar qəbul etmək kimi müdrikliyinin göstəricisidir!”.

 

"Çəkicimizi bir zindana vurmaq zamanıdır”

 

Cənab Prezidentin çıxışındakı başqa bir mühüm məqam defisitlə əlaqədar yaranmış möhtəkirlik hallarına qarşı ciddi mübarizə aparılmasının vacibliyinin vurğulanmasıdır. Dövlət başçısı maska qıtlığından istifadə edib sünə şəkildə qiymət artıran şəxslərə sərt xəbərdarlıq etdi.

Musa Quliyev hesab edir ki, belə çətin bir zamanda xalqın ehtiyacından və defisitdən yararlanaraq möhtəkirlik etmək vətənə və millətə qarşı xəyanətdir:

"Koronavirus dövlət sərhədlərini tanımır, sosial sədləri tanımır, alim-nadan, varlı-kasıb, qoca-cavan tanımır. Bu bəladan heç kəs sığortalanmayıb. Bu bəladan hamımız birlikdə qoruna bilərik, bir-birimizi qorumaqla!”- deyən komitə sədri hesab edir ki, xalqın mədəniyyəti və xarakteri ekstremal vəziyyətlərdə özünü daha qabarıq şəkildə büruzə verir. Mədəniyyətin ən mühüm göstəricilərindən biri də intizamlı olmaqözünü təşkil etmək keyfiyyətidir. Xalqın bir məqsəd naminə səfərbər olunması keyfiyyəti olduqca yüksəkdir:

"Böyük təhlükələri böyük mütəşəkkilliklə, böyük birliklə, böyük intizamla önləmək mümkündür. Çəkicimizi bir zindana vurmaq zamanıdır. Biz birlikdə güclüyük!”

 

R.BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.- 8 aprel.- S.3.