“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kreditİnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 839; 2017, ¹ 9, maddə 1651; 2018, ¹ 1, maddə 42, ¹ 4, maddə 656, ¹ 12 (I kitab), maddə 2569; 2019, ¹ 5, maddə 854) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə "güzəştli kreditlərinsözlərindən sonra ", təminatlarınsözü əlavə edilsin.

2. 2.0.3-cü yarımbəndə "kreditlərsözündən sonra " həmin kreditlərə təminatsözləri əlavə edilsin.

3. aşağıdakı məzmunda 3.0.1-1-ci yarımbənd əlavə edilsin:

"3.0.1-1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini təmin etmək;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2020-ci il.

 

Azərbaycan.- 2020.- 9 aprel.- S. 2.