2. Özümüzü, doğmalarımızı, yaxınlarımızı və yanımızdakıları qoruyaq!

 

Dünənə qədər dünya qanla çalxalanırdı!

İnsanlar dövlətlər daxilində və dövlətlər arasında açıq və gizli cəbhələrə bölünərək bir-birinin ayağından dartır, qanını axıdır, ara yerdə günahsız insanları, dinc sakinləri qıraraq evlərini dağıdır, çöllərə-düzlərə salır, bir ömrü sakit yaşamağa qoymurdular!

Dünənədək evi-eşiyi, bir parça çörəyi və sabaha böyük ümidləri olan insanlar bu oyunların nəticəsində qaçqına (miqranta) çevrilib evlərini, çörəklərini və ümidlərini itirərək dərbədər düşürdülər.

Çox vaxt sağ qalmaqbir parça çörək tapmaq üçün üzlərini onları həmin günə salanya bütün bu haqsızlıqlara müxtəlif şəkildə dəstək verən, ən yaxşı halda özünü görməzliyə vuraraq səsini çıxarmayanların ölkəsinə üz tutur, necə deyərlər, düşmənə pənah aparırdılar...

Burada da onları çörək və ümiddən çox ölüm gözləyirdi. Ya qayıqlarını çevirib dənizin dibinə göndərir, ya sərhəddə gülləyə tutub öldürür, ən yaxşı halda itlərlə, tikanlı məftillərlə qarşılayır, dəmir qəfəslərdə saxlayırdılar.

Bütün bunlar dünən idi...

Bu gün isə hamı - bütün dövlətlər və insanlar bir düşmənə - koronavirusa qarşı döyüşə başlayıb!

Ulu Tanrı çox qısa müddətdə bütün cəbhələri bağlayıb bir cəbhə açdı! COVID-19 cəbhəsini!

Neftli əraziləri ələ keçirmək, oğurluq nefti gizli satmaq uğrunda bir-birinə düşmən kəsilənlərin, badalaq gələnlərin başını öz həyatlarını qorumaq hayına qatdı!

Həm də qırmızı qan axıdan qara neftin qiymətini o qədər aşağı saldı, üstəlik, istehsal prosesini məhdudlaşdırmaqla gərəksiz etdi ki, "neft döyüşü” maraqsız və gərəksiz oldu...

Pula getməyən mal kimə lazımdır?

Bəli, Allah bir daha dünyanın yadına saldı ki, həyatda ölüm var insanı elə bir gözləmədiyi vaxtda, elə şəkildə yaxalayır ki, "mıkda eliyə bilmir!

Odur ki, hamıya dinc sakit yaşamaq, bir parça çörək qazanmaq imkanı vermək lazımdır!

Müharibə, qarşıdurma, zorakılıq insanlara dövlətlərə xoşbəxtlik gətirmir!

Gətirsə , müvəqqəti olar!

İnsanı yaşatmaq, dövlətlərarası əməkdaşlığı genişləndirmək, bir-birinə əl tutmaq daha doğru, ağıllı Allaha xoş gedən yoldur!

 

***

 

Xalqımız müharibənin, ölüm-itimin, qaçqınçılığın olduğunu yaxşı bilir!

32 ildir ki, bu zilləti çəkirik!

20 min Vətən övladını şəhid vermişik!

Yenə vaxtaşırı əsgər balalarımız şəhid gedir!

Amma bizim heç bir günahımız yoxdur, heç kimin torpağına göz dikməmişik, kimsənin sərvətini mənimsəmək istəmirik!

Özümüzünkü özümüzə bəsdir!

Yeganə arzumuz işğal altındakı torpaqları azad etmək, qaçqınları məcburi köçkünləri doğma yurd-yuvalarına qaytarmaq, dağıdılan kənd şəhərləri, qəsəbələri bərpa etməkdir!

Bu istək mübarizədə Allahımıza Ali Baş Komandanımıza güvənirik!

Allahdan rəhm kömək diləyirik!

Prezidentimizə inanır güvənirik!

Bilirik ki, bizi tək qoymayacaqlar!

 

***

 

Koronavirus bəlası başlayandan ilk həyəcan təbilini cənab İlham Əliyev çaldı!

Həmişəki kimi hamını qabaqladı!

Dünya hələ arxayın-arxayın Çinə baxanda, Uhanın çox uzaqda olduğunu, özlərinin isə təhlükəsiz yerdə yaşadığını güman edəndə Prezidentimiz ən zəruri addımları atdı, müvafiq qurumlar yaratdı, mövcud qurumları işlək, hazır vəziyyətə gətirdi, bütün imkan qüvvələri səfərbər edən qərarlar verdi!

Hadisələri qabaqlamaq, ölkə vətəndaşlarının qorunmasını müalicəsini təşkil etmək, xaricdə çarəsiz qalanları Vətənə gətirmək üçün təsirli tədbirlər gördü.

Hamını ayıltmağa, təhlükənin böyüklüyünü qorxusunu anlatmağa nail oldu!

Vaxtında zəruri qabaqlama tədbirləri görməyən İtaliya İspaniyanın necə ağır vəziyyətə düşdüyünü, İranda epidemiyanın tüğyan edərək kütləvi qırğınlar yoluxmalar törətdiyini ürək ağrısı ilə seyr edirik!

Həm şükür edirik: yaxşı Prezidentimiz məsələnin üstünə tez düşdü, insanları, dövlət qurumlarını vaxtında ayağa qaldırdı, indiyədək rast gəlmədiyimiz bəlanın qorxulu olduğunu hamıya anlatdı, təhlükəyə soyuq, laqeyd, biganə yanaşmağa yol vermədi!

Hələ koronavirusa qarşı döyüş yeni başlayır!

Hələ qarşıdakı təhlükə ram edilməyib, zərərsizləşdirilməyib!

Hələ bizi çox çətinliklər sınaqlar gözləyir!

Əsas odur ki, bu gün edəcəyimizi, özümüzü necə qoruyacağımızı bilirik!

Əsas odur ki, daha hansı çətinliklərlə rastlaşacağımızı, onları necə aradan qaldıracağımızı anlayır ona hazırlaşırıq!

Əsas odur ki, xalqını dövlətini sevən müdrik rəhbərimiz, uzaqgörən, çətin anlarda ən doğru optimal qərarlar qəbul edən Prezidentimiz var!

Onun rəhbərliyi ilə vəziyyət nəzarətdə saxlanılır!

 

***

 

İlk günlərin çaşqınlığı ajiotajı qısa müddətdə aradan qaldırıldı!

Arxayınçılığı, laqeydliyi, qorxunc virusa qarşı laqeyd münasibəti isə birgə səylə əsasən aradan qaldırmışıq!

Bu gün insanlar təhlükəni dərindən dərk ediblər!

Necə hərəkət etməyi öyrəniblər!

Bəladan necə qorunmağın yollarını artıq bilirlər!

Birinci növbədə özümüzü qorumalıyıq!

Koronavirusa yoluxmadan qorunmalıyıq!

Zəruri qaydaları (Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi qaydaları xüsusi karantinin tələblərini) gözləməsək, virusa yoluxma hər an mümkündür!

Özümüzü həm öz ailəmiz üçün qorumalıyıq!

Çünki harada, necə yoluxsaq, evə gedirik, ilk növbədə, ailə üzvlərimizlə təmasa giririk!

Odur ki, özümüzü qorumaqla doğmalarımızı da qorumuş oluruq!

Virus 14-21 gün gizli dövrünü yaşayır bu dövrdə başqalarına da asanlıqla keçir!

Həmin dövrdə doğmalarımızla - ata, ana, bacı, qardaş, oğul-qızla görüşürük!

Biz ən əziz insanları bu bəlaya düçar etməmək xatirinə özümüzü qorumalıyıq!

Daim əhatəmizdə yaxınlarımız, yoldaşlarımız olur!

Onları da onların vasitəsilə həmin insanların ailələrini yoluxdura bilərik!

Bizə yaxın əziz olan insanları da qorumaq, başqalarına ağrı-acı yaşatmamaq üçün özümüzü qorumalıyıq!

Vətəndaş məsuliyyətimizi dərk etməliyik!

İnsanlıq borcumuzu dərindən anlamalıyıq!

Azərbaycan vətəndaşlarını, Vətən övladlarını qorumalıyıq!

Vətənimizin gücünü, qüdrətini, qısa zamanda qazandığımız uğur nailiyyətlərimizi qorumalıyıq!

 

***

 

Dövlətimiz heç zaman bizi tək qoymur!

Dövlət başçısı xalqın rifahını yüksəltmək üçün daim təsirli addımlar atır, mühüm qərarlar qəbul edir biz onun nəticəsini daim həyatımızda, məişətimizdə hiss edirik.

Bu gün dövlətimiz Prezidentimiz yanımızdadır!

Tibbi-təşkilati, sosial-iqtisadi, maddi-mənəvi cəhətdən hər gün yeni bir qərarın, addımın şahidi oluruq!

Bizim üzərimizə düşən hazırkı vəzifə isə məsuliyyətli davranmaq, deyilənlərə əməl etmək, qaydaları vicdanla, şüurlu şəkildə yerinə yetirməkdir!

Bu bəlaya yalnız birlikdə, birgə səylə qalib gəlmək mümkündür!

Dövlətimiz hər cür köməyi, yardımını edir!

Bu məsələdə biz ona dəstək verməsək, deyilənlərə əməl etməsək, tədbirlərin lazımi effekti olmaz!

Tək əldən səs çıxmaz - deyiblər!

Bu gün xalqla iqtidarın, vətəndaşla dövlətin birliyinə, əlbir fəaliyyətinə daha çox ehtiyac var!

Bir olaq, hər cür xəstəliyə düşmənə birlikdə, birliyimizlə qalib gələk!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2020.- 9 aprel.- S. 1- 2.