Lider-xalq birliyinin təcəssümü

 

Vətəndaşlar koronavirusla mübarizə sahəsində görülən tədbirlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirir, ən səmimi arzularını çatdırırlar

 

Qlobal pandemiyaya çevrilən koronavirus infeksiyasının yayılması dünyanın müxtəlif ölkələrində ağır fəsadlara yol açıb.

Yüksək səhiyyə sisteminə malik olsalar da, ABŞ, İtaliya, İspaniya, Fransa kimi ölkələrdə virusa yoluxanların sayı son həftələrdə sürətlə artıb. Bu ölkələrdə infeksiyadan ölənlərin sayı isə on mini ötüb. İndiyədək bütün dünyada koronavirusdan 96 minə yaxın insan vəfat edib ki, bunun da 83 mini Avropa və ABŞ-ın payına düşür.

Sivil dünyanın tərkibi olan Azərbaycan beynəlxalq aləmə açıq ölkədir. Elə buna görə də fevral ayında koronavirusun ilk nişanəsi ölkəmizdə də göründü. Ancaq Azərbaycan dövlətinin vaxtında həyata keçirdiyi qabaqlayıcı tədbirlər, Prezident İlham Əliyevin problemi diqqət mərkəzində saxlaması koronavirus infeksiyasının respublikamızda faciəvi nəticələrə səbəb olmasının qarşısını aldı. Martaprel aylarında isə virusun yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz və səmərəli tədbirlər həyata keçirildi. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən sərəncamlar imzalandı. Atılan addımlar, verilən qərarlar həm virusun yayılmasının qarşısının alınması, həm də vətəndaşların sosial rifahı kimi məsələləri əhatə etdi.

 

"Biz birlikdə güclüyük!” çağırışı ölkəmizin zəfər simfoniyası olacaq

 

Koronavirusla mübarizə istiqamətində atılan bütün addımlar respublika ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır. Ayrı-ayrı vətəndaşlar Prezident İlham Əliyevə ünvanladıqları məktublarında həyata keçirilən bütün tədbirləri yüksək qiymətləndirərək dövlət başçısına minnətdarlıqlarını bildirir, ən səmimi arzularını ifadə edirlər.

Salyan rayonunun Qarabağlı kəndinin sakinləri adından Vüqar Mürsəlov, Sarxan MuradovZahir Abbasov dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə görə Prezidentə təşəkkür edərək yazırlar: "Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasətiniz bu reallığı tam əks etdirir. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Bəli, bu, lider-xalq birliyinin təcəssümü və təzahürüdür. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin yanındadır. Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun”.

Ağdam rayonunun Quzanlı qəsəbəsinin sakini Hacıağa Hacıyev ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizənin çox yüksək səviyyədə təşkil edildiyini, dövlətimiz tərəfindən qəbul edilən mükəmməl qərarların müsbət nəticə verəcəyini bildirərək yazır: "Hörmətli cənab Prezident, açılışında iştirak etdiyiniz "Yeni klinikatibb müəssisəsini pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinizin bariz nümunəsidir”.

 

Müdrik rəhbərliyinizlə tezliklə bu bəladan xilas olacağıq

 

"Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza, xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm”. Bunu isə Bakının Nizami rayonundan Samir Abdullayev yazır. Onun məktubunda qeyd olunur ki, "Yeni klinikatibb müəssisəsinin koronavirusa yoluxan xəstələrin müalicəsi üçün istifadəyə verilməsi, tibbi maska istehsalı müəssisəsinin açılışı Prezidentin xalqın yanında olmağının, daim vətəndaşları düşünməyinin sübutudur. "Bizlər də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik. Allah Sizi Azərbaycan xalqına çox görməsin”, - deyə Samir Abdullayev yazır.

Lənkəran şəhər sakini Nurlan İbadov məktubunda qeyd edir ki, Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində gördüyünüz işlərin miqyası çox böyükdürbu işlər xalqımız, o cümlədən lənkəranlılar tərəfindən minnətdarlıqla qarşılanır. "Dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Bir vətəndaş olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq. Biz həmişə Sizinləyik. Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir gənc olaraq Sizə təşəkkür edirəm”, - deyə o məktubunda bildirir.

 

Bir zabit kimi Sizin əmr və göstərişlərinizi gözləyirəm

 

Astaradan olan ehtiyatda olan zabit Rəşad Həsənov Prezidentə məktubunda qeyd edir ki, xalqımız tezliklə qarşıya qoyulan bütün məqsədlərə çatacaq: "Sizin nəzarətiniz və göstərişiniz ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər hər birimizdə bu virusa birlikdə qalib gələcəyimizə böyük ümid yaradıb. İnanıram ki, xalqımız tezliklə qarşıya qoyulan bütün məqsədlərə çatacaqdır. Çünki biz birlikdə güclüyük.

Ehtiyatda olan bir zabit kimi Sizin əmr və göstərişlərinizi gözləyirəm. Pandemiyaya qarşı mübarizədə Sizə dəstək olmağa hər zaman hazıram. Görülən böyük işlərə görə şəxsən öz adımdan və ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun”.

 

Siz daim bizi düşünürsünüz

 

Masallı rayonu, Hişkədərə kənd sakinləri Məhbubə Şahbazova, İlham AğayevŞahruğ AğayevPrezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər. Məktubda yazılır: "Möhtərəm cənab Prezident. Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirakınız bir daha göstərdi ki, Siz hər bir Azərbaycan vətəndaşının sağlamlığını təmin etmək, həyatımızı qorumaq üçün bütün tədbirləri görürsünüz. Siz daim bizi düşünürsünüz.

İnanırıq ki, bütün dünyanı bürümüş koronavirus bəlası tezliklə bitəcək, Sizin səyləriniz nəticəsində doğma Azərbaycanımız bu sınaqdan daha az ziyanla çıxacaqdır. Dövlətçiliyimizin daha da möhkəmlənməsi istiqamətində fəaliyyətinizdə Sizə cansağlığı, uğurlar arzulayırıq. Allah Sizi qorusun, daim var olun, möhtərəm Cənab Prezident!”

"Sizin xalqımız və millətimiz üçün necə dəyərli işlər gördüyünüzün bir daha şahidi olduq. Dünyada tüğyan edən və insanları qorxuya salan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün gördüyünüz tədbirlər həyati əhəmiyyətlidir. Eyni zamanda Sizin bu məsələləri diqqətiniz mərkəzində saxlamağınız və təcili tədbirlər görməyiniz nəticəsində bu pandemiyanın ölkəmizdə yayılması minimum həddədir”. Bunu isə Cəlilabad rayonu, Üçtəpə kənd sakini Nahid Yarıyev yazır. Ölkə başçısına və ailə üzvlərinə möhkəm cansağlığı, uzun ömür arzulayan Nahid Yarıyev əmin olduğunu bildirir ki, Prezidentin fədakar əməyi nəticəsində xalqımız bu bəladan da minimum itki ilə çıxacaq: "Bütün xalqımız kimi, ailəmiz də bu mübarizədə Sizinlədir. Möhtərəm cənab Prezident, çox sevindirici haldır ki, tarix Azərbaycanımızı xoşbəxt gələcəyə aparmaq missiyasını məhz Sizə həvalə edib”.

 

Dəyərli tövsiyələrinizi və təşəbbüslərinizi dəstəkləyirik

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov da Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Veteran hərbçi yazır: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan, koronavirusa qarşı mübarizə sahəsində imzaladığınız sərəncamlarınızı, sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyələrinizi və təşəbbüslərinizi dəstəkləyirik.

Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına inanırıq.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız qətiyyətli və humanist addımlar öz dəyərli töhfəsini verəcəkdir”.

 

Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir

 

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlərin təqdirəlayiq olduğunu bildirən Masallı rayon sakinləri Azər Soltanov, Adil Fərzullayev və Güllübəyim Rəhimova da Prezidentə təşəkkür məktubu yazıblar. Məktubda deyilir: "Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını göstərir. Bir neçə gün bundan əvvəl Sizin iştirakınızla tibbi maska istehsal edən müəssisənin istifadəyə verilməsi koronavirusla mübarizə sahəsində növbəti addım oldu. Qısa müddətdə qurulan bu müəssisə heç şübhəsiz ki, ölkəmizdə tibbi maska qıtlığını aradan qaldıracaqdır.

Əziz Prezidentimiz, böyük bir bəla olan koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, "Biz birlikdə güclüyük!”

 

Qətiyyətli mövqeyinizə görə Azərbaycanı daim uğur gözləyəcək

 

"Mən Sizinlə qürur duyuram. Siz bir daha sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaqdır. Çətin günlərə qalib gəlmək üçün Siz var gücünüzlə çalışır, mümkün olan hər şeyi edirsiniz”. Bunu Şəmkir sakini Seymur Daşdəmirov yazır. "Sizin qətiyyətli mövqeyinizə görə Azərbaycanı daim uğur gözləyəcəkdir. Bizim qayğımıza qaldığınıza, yorulmadan çalışdığınıza görə çox sağ olun. Allah bütün işlərinizdə köməyiniz olsun”, - deyə o bildirir.

Şirvan şəhərindən Ramin Şıxəliyev Prezidentə xitabən yazır ki, dünyanı lərzəyə salan koronavirus pandemiyasından ölkəmizin qurtulması yolunda Sizi özümüzə bayraqdar, xilaskar görürük: "Sizin rəhbərliyinizlə xalqımız bir çox sınaqlardan, imtahanlardan alnıaçıq, üzüağ çıxıb. Bu bəladan da tezliklə qurtulacağımıza böyük inamımız var. Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!” şüarınız xalqımızın həmrəyliyinə, birliyinə sanki yeni parlaq çalarlar gətirdi. İnşallah, elə bu birliyingücün sayəsində də koronavirusa qalib gələcəyik”.

 

Sizin rəhbərliyinizlə bu ağır vəziyyətdən az itkilərlə çıxacağıq

 

Daşkəsən rayonu, Kəmərqaya kəndindən İlham RzayevQurban Səfərov də Prezident İlham Əliyevə səmimi təşəkkürlərini ifadə ediblər. Onların məktubunda deyilir: "Möhtərəm cənab Prezident. İnsanların sağlamlığını, təhlükəsizliyini, rahatlığını və rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarıq. Azərbaycan vətəndaşlarına göstərdiyiniz qayğı ilə bunu bir daha nümayiş etdirdiniz.

Daşkəsən rayonunun bütün sakinləri koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirləri dəstəkləyirlər. Əminik ki, Sizin rəhbərliyinizlə bu ağır vəziyyətdən az itkilərlə çıxa biləcək, həmrəylimiz sayəsində bu virusa qalib gələcəyik”.

Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər Mehdi Axundov, Maqsud Məmmədov, Səbuhi Şirinov, Vidadi Rüstəmov və Əli İmranov yazırlar: "Dünya iqtisadiyyatının tənəzzül dövrü yaşadığı bir vaxtda vətəndaşlara, xüsusilə məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğı əsl fədakarlıq nümunəsidir. Qəbul etdiyiniz qərarlar, verdiyiniz sərəncamlar sayəsində insanlar yaranan problemlərin öhdəsindən asanlıqla gəlirlər.

Belə qayğılı günlərdə bir qrup məcburi köçkünün evlə təmin olunması sevincimizə səbəb oldu. Bizə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı, müstəqil Azərbaycanımızın inkişafı naminə işlərinizdə uğurlar diləyirik”.

 

Sizinlə fəxr edirik

 

Xəzər rayonu, Binə qəsəbəsi sakini Ramin RzayevPrezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. İlham Əliyevin xalqımız və onun sağlamlığının qorunması üçün əlindən gələni etdiyini bildirən Ramin Rzayev daha sonra yazır: "Eyni zamanda bu çətin dövrdə əhalinin aztəminatlı təbəqəsini də yaddan çıxarmırsınız. Karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalanehtiyac içərisində yaşayan insanlara dövlətimiz tərəfindən maddi dəstək göstərilir. Bu həssas və qayğıkeş münasibətə görə biz Sizinlə fəxr edir, Sizə dərin minnətdarlığımızı bildiririk. Nə qədər ki, Siz varsınız, bu xalqın kürəyi yerə dəyməz. Ulu Tanrı Sizi qorusun”.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2020.- 11 aprel.- S.1;4.