Ölkə vətəndaşlarının sağlamlığına həssas münasibət və rəhbər diqqəti

 

Vətəndaşların layiqli həyat şəraitinin, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacibprioritet məsələdir.

Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Azərbaycanda ilk günlərdən koronavirusla mübarizə məqsədilə atılan qabaqlayıcı addım sosial izolyasiya tədbirləri oldu.

İnsanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim dövrü aprelin 20-dək gücləndirildi. Aprelin 5-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarı qüvvəyə mindi. Hazırda insanların evlərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verilir. Ölkə daxilində gediş-gəlişin məhdudlaşdırılması, Bakıda metronun bağlanması kimi tədbirlər məhz vətəndaşların bu virusdan qorunmasına xidmət edir.

Koronavirus pandemiyası ilə əlaqədar bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlamaq məcburiyyətində qalıblar. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkə başçısının tapşırığına əsasən aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular. Bu istiqamətdə atılan bütün addımların nəticəsi olaraq aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı keçirildi.

Açılışda iştirak edən Prezident İlham Əliyev dedi: "Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək”.

"Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan müəssisə Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilibona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa zəmin yaradıb. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 mln. manat güzəştli kredit ayrılıb.

Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edib. Müəssisədə 30-dan çox yeni yeri yaradılıb. İstehsal prosesi üç növbəlidir. Tibbi maskaların istehsalı müəssisəsində İSO beynəlxalq standartlarına uyğun xammaldan birinci mərhələdə gündəlik 120 min tibbi maska istehsal ediləcək. Qeyd edək ki, maskalar qablaşdırmadan öncə xüsusi avadanlıqla əlavə sterilizasiya olunur. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaqikinci mərhələ çərçivəsində istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaqdır. Müəssisənin məhsulları ilkin olaraq daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

İnsan kapitalının qorunması, sağlamlıq prinsiplərinə riayət edilməsi, karantin rejiminin tələblərinin yerinə yetirilməsi və digər məsələlər hazırkı şəraitdə vacib yaşam kodeksidir.

Sağlamlığımızın qorunmasında tibbi maskaların əhəmiyyəti böyükdür. "Bakı Tekstil Fabriki” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılan müəssisədə maskaların gələn həftə satışa çıxarılacağı nəzərdə tutulub. Tezliklə aptektibb müəssisələrində maska qıtlığı olmayacaq.

Tibbi maskadezinfeksiya vasitələrinin istehsalı bir daha göstərdi ki, Azərbaycanda iqtisadiyyatın inkişafı düzgün xətt üzrə aparılır. Ölkə rəhbəri müəssisənin açılışında xüsusi olaraq vurğulayıb ki, Sumqayıtda yerləşən Kimya Sənaye Parkı mənim təşəbbüsümlə yaradılıb və artıq burada bir çox müəssisələr fəaliyyət göstərir: "Bu müəssisələr bizim qeyri-neft iqtisadiyyatımıza da böyük töhfə verir. Eyni zamanda mövcud kadr potensialı, sahibkarlar sinfinin inkişafı, dövlət və özəl sektorun tərəfdaşlığı, daim dövlət tərəfindən özəl sektora göstərilən dəstək - həm siyasi, həm maddi dəstək, güzəştli kreditlərin verilməsi - bütün bu amillər yeni vəziyyətə gətirib çıxardı ki, biz vətəndaşlara lazım olan vasitələri qısa müddət ərzində operativ şəkildə istehsal edək və bazara təqdim edək”.

Belə bir müəssisənin Sumqayıtda yerləşən Kimya Sənaye Parkında açılışının özünün məkan baxımından əhəmiyyəti böyükdür. Respublikamızın hər yerində bu virusa qarşı mübarizənin birlikdə aparılması onun məhvini tezləşdirir. Müəssisənin açılışı paytaxtla yanaşı bölgələrin bu işə səfərbərliyinin sübutudur. İkinci tərəfdən, respublikamızda istehsal olunan tibbi maskadezinfeksiya vasitələri insanları qoruyacaq. Bu işdə əsas məqsəd ondan ibarətdir ki, insan kapitalı qorunsun, onların sağlamlığı təmin edilsin. Yerli məhsul öncə ölkə vətəndaşlarının xidmətinə verilsin.

Respublikamızda bütün qabaqlayıcı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə dünyanı bürüyən koronavirus pandemiyasının qarşısının alınması, ölkə vətəndaşlarının sağlamlığının qorunması önə çəkilir. Bu gün ikinci bir ölkə tapmaq çətindir ki, orada insanlara karantin şəraitində göstərilən tibbi xidmət Azərbaycandakından üstün olsun.

Bütün bunlar Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sağlamlığına həssas münasibətinin və rəhbər diqqətinin bariz nümunəsidir.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2020.- 11 aprel.- S.4-5.