Koronavirusla Mübarizəyə Dəstək
Fondunun İctimai Nəzarət
Şurası yaradılıb
Azərbaycan Respublikasının Baş
Naziri Əli Əsədovun Sərəncamı
ilə Koronavirusla Mübarizəyə Dəstək
Fondunun vəsaitlərinin
xərclənməsinə nəzarət
üçün yeddi
nəfərdən ibarət
Nəzarət Şurası
yaradılıb.
Bu barədə
Nazirlər Kabinetinin mətbuat xidmətindən
məlumat verilib.
Sərəncamda bildirilir
ki, koronavirus (COVID-19) epidemiyasının dünyada
sürətlə yayılmasını
nəzərə alaraq,
bu infeksiyanın Azərbaycan Respublikasının
ərazisində yarada
biləcəyi təhlükənin
qarşısının alınmasını,
profilaktik və təxirəsalınmaz tədbirlərin
operativ həyata keçirilməsini, əhalinin
həyat və sağlamlığının qorunmasını
təmin etmək məqsədilə, Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 19 mart tarixli
963 nömrəli Sərəncamı
ilə Koronavirusla Mübarizəyə Dəstək
Fondu yaradılıb və Fondun vəsaitinin sərəncamçısı
Azərbaycan Respublikasının
Nazirlər Kabineti müəyyən edilib.
Sənəddə əsasən,
“Koronavirusla Mübarizəyə
Dəstək Fondu”da toplanmış vəsaitdən
istifadə zamanı şəffaflığın təmin
edilməsi və vəsaitdən istifadə
barədə ictimaiyyətin
mütəmadi məlumatlandırılması
məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti yanında ictimaiyyəti təmsil edən beş
və Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Operativ Qərargahı təmsil edən iki nümayəndə daxil olmaqla yeddi
üzvdən ibarət
Koronavirusla Mübarizəyə
Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılır.
Şuranın tərkibinə
AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının
sədri Ziyad Səmədzadə, Azərbaycan
Respublikası Kinematoqrafçılar
İttifaqının sədri
Şəfiqə Məmmədova,
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan
Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin
üzvü Zemfira Meftahəddinova, Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi Aparatının
Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin
müavini – sektor müdiri Aydın İsayev, Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsi rəisinin müavini Rasim İsmayılov daxildirlər.
Sərəncamda qeyd olunur ki,
Şuranın iclasları
üzvlərinin üçdə
ikisi iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları üzvlərinin
sadə səs çoxluğu ilə qəbul edilir. Şura müvafiq dövlət orqanlarından
(qurumlarından) və
dövlətə məxsus
olan hüquqi şəxslərdən Fondun
vəsaiti hesabına Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 19
mart tarixli 963 nömrəli
Sərəncamı ilə
təsdiq edilmiş “Koronavirusla Mübarizəyə
Dəstək Fondunun vəsaitinin formalaşdırılması,
idarə olunması və ondan istifadə
Qaydası”nın 2.7-ci bəndində
nəzərdə tutulan
xərc istiqamətləri
üzrə daxil olan sifarişləri 2 iş günü ərzində təsdiq edir və buna
dair müvafiq Protokolu satınalan təşkilata göndərir.
Satınalan təşkilat
bu Sərəncamın
3-cü hissəsində nəzərdə
tutulan Qaydanın tələblərinə və
Şuranın təsdiq
etdiyi sifarişlərə
uyğun olaraq, satınalma müqavilələri
əsasında “Dövlət
satınalmaları haqqında”
Azərbaycan Respublikası
Qanununun 21-ci maddəsinin
tələblərinə riayət
etməklə bir mənbədən satınalma
metodundan istifadə edərək satınalmanı
həyata keçirir.
Şura Fondun vəsaitinin istifadəsi barədə ayda iki dəfə
“http://covid19fund.gov.az/az/” saytında məlumat dərc etdirir.
Sənədə əsasən, İqtisadiyyat
və Maliyyə nazirlikləri bu Sərəncamdan irəli gələn məsələləri
həll etməlidirlər.
Azərbaycan.- 2020.- 12 aprel.- S.3.