Xeyirxahlıq nümunəsi

 

Bu gün koronavirus (COVID-19) pandemiyası bəşəriyyətin gündəmini zəbt edib. Çünki yeni virus can almaqda davam edir. Azərbaycanda da dövlətin və cəmiyyətin diqqəti koronavirusa qarşı mübarizə tədbirlərinə yönəlib.

Ancaq bu gərgin günlərdə unudulması yolverilməz olan məqamlardan biriodur ki, bir sıra ağır xəstəliklərdən əziyyət çəkən insanlar da vardır. Onlar hər zamankı kimi tibbi müdaxilələrlə, müalicələrlə yanaşı, cəmiyyətin qayğısına da möhtacdırlar. Digər tərəfdən koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda mütəxəssislər xəbərdarlıq edirlər ki, immuniteti zəif və qanı normadan aşağı olan insanların bu infeksiyaya yoluxma ehtimalı daha yüksəkdir.

Qeyd edək ki, ölkəmizdə koronavirusla əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiyahemofiliya, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin əməkdaşları aprelin 11-də keçirilən qanvermə aksiyasında iştirak ediblər. Qanvermə aksiyasının keçirilməsində məqsəd qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım göstərmək və cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etməkdir.

Birinci vitse-prezident Mehriban Əliyeva "Facebook” səhifəsində bununla bağlı etdiyi paylaşımda bildirib: "Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir.

Bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı hər birimizə ancaq qürur hissi yaşadır. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Milli HematologiyaTransfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən keçirilmiş qanvermə aksiyasında könüllü olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Siz bu nəcib əməlinizlə bir insan həyatının xilaskarı olursunuz. Bu, ən yüksək qiymətə layiqdir! Əminəm ki, sizin təşəbbüsünüz bu məsələyə laqeyd yanaşmayan və ölkəmizin yaxşılıq etməyə hazır olan bütün vətəndaşları tərəfindən dəstəklənəcəkdir! Çox sağ olun!”

Azərbaycanda 1500-ə yaxın insanın irsi qan xəstəliyindən əziyyət çəkdiyini bildirən Milli HematologiyaTransfuziologiya Mərkəzinin direktoru Valeh Hüseynov həmçinin cərrahi müdaxilələr və digər əməliyyatlar zamanı da qan lazım olduğunu vurğulayıb: "Bildiyiniz kimi, hazırda koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq olunur. Bununla əlaqədar qan banklarında qan azlığı yaranıb. Hər zaman olduğu kimi xalqımız yenə də çətin günlərdə həmrəylik, birlik nümayiş etdirir. Belə ki, çoxsaylı aksiyalar keçirilir və vətəndaşlar ölkəmizdəki irsi qan xəstələrinə, o cümlədən qan ehtiyacı olan insanlara öz qanlarını verirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva problemin həlli üçün təşəbbüs irəli sürüb. Təşəbbüsə əsasən Heydər Əliyev Mərkəzində qanvermə aksiyası təşkil olunub. Digər qurumları da bu aksiyalara qoşulmağa dəvət edirik.”

Qeyd edək ki, Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı ölkədə mühüm tədbirlər, o cümlədən 2005-ci ildən "Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. Bu sahədə ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə təmin olunması məqsədi ilə fondun təşəbbüsü əsasında Talassemiya Mərkəzi yaradılıb. Talassemiyalı xəstələr bu mərkəzdə daimi müalicə alır, həmçinin müvafiq tədbirlər nəticəsində qanonun komponentləri ilə təmin olunurlar.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2020.- 14 aprel.- S.1-2.