Türk Şurasının üzvləri əsl əməkdaşlıq və anlaşma nümunəsi göstərdilər

 

Fövqəladə Zirvə görüşünün əsas məqsədi türkdilli ölkələrin bir-birinə dəstək göstərməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsi idi

 

Aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Videokonfransa türkdilli dövlət başçıları ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus da qatılmışdı. Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən videokonfrans bir neçə səbəbdən vacib idi.

Bu barədə qəzetimizə danışan Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirdi ki, dövlət başçıları ilk növbədə dünyanı, sözün həqiqi mənasında, lərzəyə salan koronavirusla (COVID-19) mübarizə məsələsini müzakirə etdilər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, fövqəladə Zirvə görüşünün əsas məqsədi dövlətlər səviyyəsində atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, türkdilli ölkələrin bir-birinə dəstək göstərməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsi idi. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir.

Adil Əliyev daha sonra dedi: "İkincisi, türkdilli dövlətlərin fövqəladə Zirvə görüşünün keçirilməsi Türk Şurasının indiki ağır şəraitdə də fəaliyyətini davam etdirməyə qadir olduğunu, müzakirələrə ara vermədiyini nümayiş etdirdi. Türk Şurasının beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməyə hazır olduğu videokonfrans tribunasından bir daha bəyan edildi. Bu mənada Zirvə toplantısı digər beynəlxalq təşkilatlara və birliklərə örnək sayıla bilər. Koronavirusla bağlı pandemiya özlərini strateji tərəfdaş adlandıran ölkələr arasında müxtəlif fikir ayrılıqları yaradarkən, qarşılıqlı ittihamlara yol açarkən, bəzilərini hətta strateji tərəfdaşlarının tibbi maskalarını hava limanlarından "oğurlamaq” dərəcəsinə çatdırarkən və gələcəkdə vəziyyətdən necə çıxacaqlarını bilməyənlərdən fərqli olaraq, Türk Şurasının üzvləri əsl əməkdaşlıq və anlaşma nümunəsi göstərdilər və bu əzmlə davam etmək niyyətində olduqları videokonfransdan bir daha göründü.

Üçüncüsü, videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə iqtisadi mövzuların da müzakirə edilməsi onu göstərdi ki, Türk Şurası hətta bu ağır şəraitdə də belə iqtisadiregional əməkdaşlığın inkişaf yollarını təhlil edərək gələcək addımlarını müəyyənləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk 3 ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur. Bu, mühüm göstəricidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz çıxışında Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı yük daşımaları üçün çəkilən dəmir yolunun Orta Asiyaya qədər uzadılmasının mümkünlüyünü vurğuladı. Bildirdi ki, hazırda əsas məqsəd Bakı-Tbilisi-Qars dəmir yolu ilə gündəlik 3 min 500 ton yük daşınmasına nail olmaqdır. Şübhə etmirəm ki, türkdilli dövlətlər buna da nail olacaqlar.”

Adil Əliyevin sözlərinə görə, videokonfransda Türk Şurası ölkələrinin milli böhran mərkəzləri arasında əməkdaşlığın qurulması da təklif edildi: "Beləliklə, Türk Şurasına üzv ölkələr həm koronavirusa qarşı birgə mübarizə, həm də iqtisadiregional əməkdaşlığın inkişafı yollarını ətraflı müzakirə etdilər. Əlbəttə, Türk Şurası ölkələri arasında hər iki istiqamətdə əməkdaşlığın inkişafında Azərbaycanın fəallığı danılmazdır.”

Respublikamızda koronavirusla mübarizədə görülən işlərə toxunan Adil Əliyev dedi ki, hazırda infeksiyaya tutulmuş xəstələr 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Azərbaycan Prezidentinin qərarı ilə yaxın müddətdə hər birinin 200 çarpayılıq yeri olan 10 müasir modul tipli xəstəxana istifadəyə veriləcək. Dövlət başçısı koronavirusla mübarizə aparan həkimlərimizin əməyini yüksək qiymətləndirib. Bu infeksiyaya yoluxmuş vətəndaşlarımıza xidmət göstərən həkimlərin maaşı əvvəlki əməkhaqlarının 3-5 misli məbləğində artırılıb. Bu, dövlətin həkimlərə göstərdiyi qayğının təzahürüdür.

Milli Məclis Sədrinin müavini onu da qeyd etdi ki, Azərbaycanın pandemiya dövründəki fəaliyyəti, həmçinin ÜST ilə əməkdaşlığı başqa dövlətlərə örnəkdir: "Ölkə rəhbərliyinin təşəbbüsü ilə ÜST-ün nümayəndələri hələ martın əvvəllərində Bakıya dəvət olunmuşdularo zaman koronavirusa qarşı birgə mübarizə məsələləri müzakirə edilmişdi. Vaxtında görülən tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirusun yayılmasını indiyədək nəzarətdə saxlamaq mümkün olub. Halbuki dünyanın aparıcı ölkələri epidemiya nəticəsində ağır itkilər verməkdə davam edirlər. Azərbaycan həmin dövlətlərin səhvlərini təkrarlamadı. Buna görədir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus martın 23-də Azərbaycan Prezidentinə göndərdiyi məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verdi. O, pandemiyaya qarşı görülmüş tədbirlərə görə Azərbaycanı nümunəvi ölkə kimi dəyərləndirdi. Təşkilatın rəhbəri videokonfransda bu dəyərləndirməsini bir daha təkrarladı”.

Azərbaycan Prezidenti koronavirusdan əziyyət çəkən vətəndaşları və sahibkarları da diqqət mərkəzində saxlayır. Koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına zərbə vurub. Prezidentimiz əhalinin sosial rifahını düşünərək Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, həm də makroiqtisadi durumu və maliyyə vəziyyətini sabit saxlamaq üçün 2,5 milyard manat vəsait ayırıb. Bu barədə danışan Adil Əliyev təəssüflə qeyd etdi ki, Azərbaycanın koronavirusla uğurla mübarizə apardığı və bu mübarizənin dünya miqyasında yüksək qiymətləndirildiyi bir vaxtda ölkəmizdəki və xaricdəki marginal qüvvələr çirkin kampaniyalarından yenə də əl çəkmirlər: "Doğrudur, xaricdən dövlətimizin ünvanına hər zaman yalanböhtan yağdıran birisi yazdığı statusda özüetiraf etməli oldu ki, Azərbaycanın koronavirusla mübarizədə uğurları var. Bununla belə, marginalların ümumi dəstxəti ölkəmizin uğurlarına qara yaxmaqdır. Azərbaycan ictimaiyyəti belələrini yaxşı tanıyır və ona görə onların qaragüruhçu fəaliyyəti cəmiyyətimiz tərəfindən qəbul olunmur.

Dövlətimiz bütün institutları ilə gərgin fəaliyyət göstərir və hər bir sahə, xüsusilə də sosial problemlərin həlli daim diqqət mərkəzindədir. Biz ayaqdayıq, kimimiz ehtiyacı olan vətəndaşları müəyyənləşdirərək onlara yardıma tələsirik, kimimiz qan veririk və ağır xəstələri xilas edirik. Kimlərsə də azsaylı marginallar kimi kənarda dayanıb heç kimə yardım etmədən və özlərinin "siyasi ambisiyalarından” çıxış edərək görənlərin fəaliyyətini qaralamağa çalışırlar. Ancaq unudurlar ki, cəmiyyət bizimetdiyimizigörür, sosial şəbəkənin əllərini ağdan-qaraya vurmayan qara təbliğatçılarını da”.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2020.- 14 aprel.- S.3.