“Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman)
haqqında” və “Normativ hüquqi
aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya
qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq, "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və "Azərbaycan Respublikasının
1996-cı il 17 may tarixli
74-IQ nömrəli Qanunu
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 27 noyabr tarixli 1336-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
1. "Azərbaycan
Respublikasının İnsan
hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında”
Azərbaycan Respublikasının
Konstitusiya Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 3, maddə 115; 2004, ¹ 9, maddə 665; 2006, ¹ 3, maddə
207, ¹ 11, maddə 909; 2007, ¹ 10, maddə 928; 2009, ¹ 10, maddə
761, ¹ 12, maddə 944; 2011, ¹ 6, maddə 459, ¹ 8, maddə
749; 2014, ¹ 7, maddə 757; 2016, ¹ 4, maddə 655; 2018, ¹ 11, maddə
2184, ¹ 12 (I kitab), maddə
2480) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.8-ci maddənin
birinci cümləsində
"və ya yenidən baxılmasına”
sözləri ", ləğv
edilməsinə və
ya qanunlarda dəyişikliklər edilməsinə”
sözləri ilə əvəz edilsin;
1.2. 9.2-ci maddədə
"göstərilmədikdə” sözü "və imzası (hüquqi şəxslərə münasibətdə
hüquqi şəxsin
adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadıqda” sözləri ilə əvəz edilsin;
1.3. 9.3-cü maddədə
"edilə bilər”
sözləri "edilir”
sözü ilə əvəz edilsin;
1.4. 10.1-ci maddənin
birinci abzasında
"edə bilər” sözləri "edir” sözü ilə əvəz edilsin;
1.5. 10.2-ci maddədə,
12.1-ci maddənin ikinci
cümləsində, 12.2.2-ci, 13.1-ci maddələrdə, 13.2.1-ci və
13-1.5-ci maddələrin birinci
cümlələrində "gün” sözü "iş günü” sözləri ilə əvəz edilsin;
1.6. 12.4-cü maddədə
"apara bilər” sözləri "aparır”
sözü ilə əvəz edilsin;
1.7. 12.6-cı maddənin
ikinci cümləsində
"gün də uzadıla bilər” sözləri "günədək
uzadılır” sözləri
ilə əvəz edilsin və üçüncü cümləsi
aşağıdakı redaksiyada
verilsin:
"Şikayətçinin
yazılı müraciəti
ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30
günədək uzadılır.”;
1.8. 13.2-ci maddənin
birinci abzasında
"keçirə bilər”
sözləri "keçirir”
sözü ilə əvəz edilsin;
1.9. 13.2.1-ci maddənin
ikinci cümləsində
"edə bilər” sözləri "edir” sözü ilə əvəz edilsin.
2. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 2, maddə
69; 2016, ¹ 10, maddə 1600; 2018, ¹ 7 (I kitab), maddə 1396, ¹ 12 (I kitab), maddə 2513; 2019, ¹
5, maddə 809) 73.6-cı maddəsinə
"layihəsi” sözündən
sonra "müvafiq oxunuşda baxılmasına
azı 5 gün qalmış” sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 mart 2020-ci il
Azərbaycan.- 2020.- 15 aprel.-
S.6.