Mədəni tədbirlər virtual layihələrlə davam etdirilir

 

15 aprel Beynəlxalq mədəniyyət günüdür

 

Beynəlxalq mədəniyyət gününün təsis olunması 1935-ci il aprelin 15-də Vaşinqtonda imzalanmış "Bədii, elmi müəssisə tarixi abidələrin mühafizəsi qorunması haqqındamüqavilə ilə bağlıdır.

2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya, Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya mədəniyyət günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb.

Qeyd edək ki, hələ 1931-ci ildə ilk dəfə mədəniyyət gününün qeyd olunması təklifini Belçikanın Bryuqqe şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix irəli sürüb. Həmin səbəbdən bu gün beynəlxalq hüquq təcrübəsində Rerix Paktı kimi tanınır.

Beynəlxalq mədəniyyət günü hər il aprelin 15-də dünyanın bir sıra ölkələrində, eləcə Azərbaycanda qeyd olunur. Respublikamızda beynəlxalq səviyyəli mədəni tədbirlər isə yalnız ilin bu günü deyil, müxtəlif vaxtlarda düzənlənir.

Qədim zamanlardan zəngin mədəniyyəti ilə tanınan Azərbaycan bəşəriyyətin mədəni inkişafına hər zaman öz töhfələrini verib. Xalqımız tarix boyu mədəni özünəməxsusluğunu qoruyaraq onu yeni nəsillərə ötürə bilib.

Hər bir xalq öz mədəni dəyərlərinə, mədəni irsinə sahib çıxmalı, onu təbliğ inkişaf etdirməlidir. Əks halda özünəməxsusluğunu qoruya, yaşada bilməz. Sevindirici haldır ki, Azərbaycan beynəlxalq aləmdə malik olduğu zəngin mədəni irsi ilə tanınır. Ölkəmiz dünyanın nüfuzlu qurumları, o cümlədən ən böyük mədəniyyət təşkilatı olan UNESKO ilə sıx əməkdaşlıq edir. Bir sıra maddi qeyri-maddi mədəni irs nümunəmiz bu təşkilatın müvafiq siyahılarında öz yerini alıb.

Mədəni irsimizin qorunması, gələcək nəsillərə çatdırılması dünyada tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESKO ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri təqdirəlayiqdir. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti ilə yanaşı, dünya mədəni irsinin qorunması bərpasına da töhfələrini verir.

Uzun illərdir davamlı olaraq respublikamızda həyata keçirilən beynəlxalq festivallarda, rəngarəng mədəni tədbirlərdə, maraqlı layihələrdə dünyaca məşhur incəsənət xadimləri iştirak edirlər.

Təəssüf ki, bu günlər dünyanı cənginə almış koronavirus (COVID-19) infeksiyası ilə bağlı bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bir sıra mədəni tədbirlərin həyata keçirilməsi təxirə salınır. Məqsəd bəşəriyyətin başının üstünü almış bu təhlükədən ölkəmizin vətəndaşlarını qorumaqdır. Təqdirəlayiqdir ki, bu günlərdə təhsilimizin, mədəniyyətimizin davamı inkişafı üçün zəruri işlər həyata keçirilir. Mədəniyyət Nazirliyinin rəsmi "Facebooksəhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayan nazir Əbülfəs Qarayev xalq ruhunun dəyərini bir daha hiss etdiyimiz bu günlərdə hər kəsi dövlət qurumları tərəfindən elan olunan zəruri sosial izolyasiya tədbirlərinə əməl etməklə yanaşı, çağdaş texnoloji imkanlar - televiziya, internet, mövcud elektron resurslar vasitəsilə bu zənginliklə, mədəniyyətimizlə sıx təmas qurmağa çağırıb. O, bildirib ki, Prezident İlham Əliyevin martın 19-da Novruz bayramı münasibətilə xalqımıza müraciətində qeyd etdiyi kimi, bu xəstəliyin dünya miqyasında yayılmağa başladığı ilk günlərdən etibarən dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq quraraq onun müvafiq tövsiyələri əsasında bütün qabaqlayıcı profilaktik tədbirləri görür, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah bu istiqamətdə dövlət qurumlarının fəaliyyətini əlaqələndirərək aparılan işlərlə bağlı ictimaiyyəti operativ şəkildə məlumatlandırır.

Bu gün "Evdə qal!” çağırışına əməl etmək həyati əhəmiyyət daşıyır. Sosial izolyasiya tədbirləri çərçivəsində təhsil ocaqlarının, mədəniyyət müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılıb. Əksəriyyətimiz sosial həyatımızı, fəaliyyətimizi öz evimizdən davam etdiririk. İndiki vəziyyətdə mədəniyyət sahəsinin üzərinə mühüm ictimai missiyanın düşdüyünü vurğulayan Əbülfəs Qarayev yaranmış vəziyyətdə tətbiq edilən zəruri sosial izolyasiyanı diqqətə alaraq, "Evdə qal, evdə yarat başqa maraqlı tədbirlər həyata keçirildiyini bildirib: "Bakı Şəhər Mədəniyyət Baş İdarəsi elektron vasitələrlə sosial layihələr həyata keçirməyə başlamışdır. Bu çətin günlərdə birlik nümayiş etdirmək məqsədilə həmvətənlərimizi sənətçilərimizi evlərindən "Yallı gedək” video-paylaşma çağırışına qoşulmağa çağıran təşəbbüs, "Ölkəmizi tanıyaqlayihəsinə dəstək olaraq reallaşdırılan "Vətənimizə virtual səyahətlayihəsi s. bu qəbildəndir”.

Muzeylərimizin yaranmış şəraitə uyğun öz fəaliyyətlərini elektron vasitələrlə onlayn rejimdə davam etdirdiklərini, bu gün hər bir internet istifadəçisinin evində oturaraq "Virtual muzeylayihəsi çərçivəsində ayrı-ayrı muzeylərimizin zəngin kolleksiyası ilə tanış ola bildiklərini, bu sahədə elektron imkanların geniş tətbiqi sayəsində "Muzey kolleksiyasının inciləri”, "Muzey hamı üçün”, "Bir eksponatın tarixikimi virtual layihələrin artıq hər kəs üçün əlçatan olduğu nazirin müraciətində qeyd edilib. Əbülfəs Qarayev muzeylərimizin öz internet saytları "Youtube”, "Facebook”, "Instagramkimi sosial şəbəkələr vasitəsilə ekspozisiya sərgilərini, virtual tur ekskursiyalarını, dərs mühazirələri izləyicilərə təqdim etdiyini nəzərə çatdırıb.

Bu günlərdə hər kəsi Azərbaycan mədəniyyətinin zənginliyi, ədəbi-mədəni tarixi irsimizlə, incəsənətimizlə bir daha yaxından tanış olmağa dəvət edən Əbülfəs Qarayev bildirib: "Bu günlər hər birimiz özümüzün, yaxınlarımızın bütün xalqımızın sağlamlığını düşünməli, rəsmi dövlət orqanları mütəxəssislər tərəfindən edilən tövsiyələrə riayət etməliyik. Unutmayaq ki, qəbul edilən bütün qərarlar xalq, toplum olaraq hamımız üçün vacibdir. Əminəm ki, cənab Prezidentin rəhbərliyi altında müvafiq dövlət qurumlarının cəmiyyətimizin birgə səyləri ilə ölkəmiz bu çətin sınaqdan qısa zamanda çıxacaq.

Mədəniyyətimiz, xalqımızın əsrlər boyu yaratdığı irs isə ruh həyat qaynağımız kimi hər zaman bizimlə olub. Siz bu günlərdə mədəni irsimizlə yaxın olun. El məsəli var: çətin günün ömrü az olar. Bu günlər arxada qalacaq. Tezliklə sizlərlə teatr konsert zallarında, muzey sərgi salonlarında, kitabxana digər mədəniyyət ocaqlarında canlı ünsiyyətdə bir araya gələcəyik”.

Azərbaycan xalqı öz mənəvi dəyərlərini, mədəniyyətini tarixin ağır dövrlərində, çətin sınaqlar qarşısında da qoruyub yaşadıb. Ümudsizlik, inamsızlıq bu xalqa hər zaman yad olub. Bütün dünyanın bəlasına çevrilmiş koronavirus pandemiyasının tezliklə aradan qalxacağına, həyatımızın yenidən öz məcrasına düşəcəyinə inamla bu gün elektron formatda, virtual şəkildə reallaşdırılan maraqlı layihələr vasitəsilə mədəni irsimiz, incəsənətimiz, mədəniyyətimiz təbliğ inkişaf etdirilir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2020.- 15 aprel.- S.10.