Dövlətə və xalqa layiqli xidmət məramı
İlham
ƏLİYEV: "Biz bu
bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib
gələcəyik”
Dünyanı çənginə alan koronavirus infeksiyasına yoluxma halı bütün ölkələrdə yüksələn templə davam etməkdədir. Statistikaya əsasən 200-dən artıq ölkədə yoluxma sayı 2 milyon nəfərə çatıb. Ölənlərin sayı isə 125 mini ötüb. Bir vaxtlar Çinə yardım etmək təşəbbüsü ilə çıxış edən ABŞ indi istər yoluxma, istər ölüm sayına görə ilk yerdə qərar tutub. İtaliya, İspaniya, Fransa, Almaniya kimi ölkələrdə yoluxma sayı 100 mindən artıqdır.
Azərbaycanda vəziyyət nəzarət altındadır
Koronavirusun həm də dövlətləri ağır sınaq qarşısında qoyduğunu desək yanılmarıq. Reallıq ondan ibarətdir ki, yuxarıda sadalan inkişaf etmiş Qərb dövlətlərinin modern səhiyyə sistemi və inzibati orqanları virusun yayılmasının indiki təhlükəli həddə yüksəlməsinin qarşısını zamanında ala bilməyib. Ona görə artıq səhiyyə infrastrukturu və tibbi personal baxımından yoluxanların müalicəsində ciddi çətinliklər yaşanır. Əslində, onların hər biri kifayət qədər modern səhiyyə sisteminə malikdir. Elm və texnologiyanın inkişafının ən yüksək mərhələsinə gəlib çatdığımız, dördüncü sənaye inqilabının nəticələrindən bəhs etdiyimiz müasir dövrümüzdə bəşəriyyət üçün hər hansı epidemiyanın qarşısının alınması mümkünsüz görünmürdü. Lakin koronavirus göstərdi ki, insanlar yanılırlar və müasir tibb hələlik bu mərəzin qarşısında acizdir.
Dekabr və yanvar aylarında uzaqdan müşahidə etdiyimiz koronavirus təəssüf ki, fevralın sonlarında Azərbaycanda da qeydə alındı. Əslində, burada qəribə nəsə axtarmağa da lüzum yoxdur. Ən azından ona görə ki, Azərbaycan dünyaya açıq, demokratik dövlətdir. Vətəndaşların xaricə, eləcə də əcnəbilərin ölkəmizə gediş-gəlişində heç bir problem yoxdur. Lakin əsas odur ki, virusun əlaməti görünən ilk gündən Azərbaycan hökuməti onun yayılmasının qarşısını almaq üçün dərhal hərəkətə keçdi, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradıldı. Həmçinin qabaqlayıcı tədbirlərin görülməsi və respublikanın bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olundu. Qonşu ölkələrlə gediş-gəlişin, məktəblərin, bağçaların, idman zallarının, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması, park və ictimai istirahət yerlərinə girişin qadağan olunması, kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması, martın 24-dən xüsusi karantin rejiminin, aprelin 5-dən isə ölkədə hərəkət məhdudiyyətinin tətbiqi kimi qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər Azərbaycanda koronavirus infeksiyası probleminin bir sıra ölkələrdəki kimi təhlükəli hal almasının qarşısını aldı.
2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə Prezident İlham Əliyev bu barədə deyib: "Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi”.
Vətəndaş sağlamlığına
diqqətin nümunələri
Ümumiyyətlə, koronavirusla
mübarizə məsələlərində ilk
gündən Prezident İlham
Əliyevin qətiyyətli mövqeyi, problemi xüsusi diqqət
mərkəzində saxlaması göz
önündədir. Məhz dövlət
başçısının müdrik və
uzaqgörən siyasəti nəticəsində ölkəmizdə
pandemiyanın təsirinin vaxtında azaldılması və
miqyasının məhdudlaşdırılması istiqamətində
mühüm addımlar atılıb. İlham Əliyevin təşəbbüsü
ilə zamanında qabaqlayıcı tədbirlərin
görülməsi ölkənin idarəetmə sistemindəki
uğurlu siyasətin bariz
nümunəsidir. Azərbaycanın hər bir
vətəndaşının sağlamlığının və
təhlükəsizliyinin qorunması istiqamətində həyata
keçirilən tədbirlər, xüsusi
kar
İlham Əliyevin koronavirusla mübarizə və problemin sosial-iqtisadi həyata təsirinin azaldılması ilə bağlı imzaladığı fərman və sərəncamlar bütövlükdə bu istiqamətdə görülən işlərin miqyasının kifayət qədər geniş olmasından xəbər verir. Bu fərman və sərəncamlarla martın 19-da Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və buraya Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 20 milyon manatın ayrılması, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının artırılması, 575 çarpayıdan ibarət olan "Yeni klinika” xəstəxanasının virusa yoluxan xəstələrin ixtiyarına verilməsi, Sumqayıt Kimya Sənaye Parkında yaradılan tibbi maska istehsalı müəssisəsinin fəaliyyətə başlaması, koronavirusla əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan, yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi, pandemiya ilə mübarizə sahəsində həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə modul tipli 6 xəstəxananın quraşdırılması üçün 14,8 milyon manatın ayrılması Prezident İlham Əliyevin koronavirus infeksiyasının qarşısının alınmasına və vətəndaşların sağlamlığının qorunmasına göstərdiyi yüksək diqqətin nümunələridir.
Sosial
və milli həmrəyliyin təcəssümü
Onu da qeyd edək ki, indiyədək 15 mindən artıq Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyyə edilərək xüsusi çarter reysləri ilə vətənə gətirilib. Bu missiyanın da başladılması və vətəndaşlarımızın dövlət hesabına xarici ölkələrdən qayıdışının təmin edilməsi məhz Prezident İlham Əliyevin bir lider olaraq hər bir azərbaycanlının taleyinə həssas münasibətinin göstəricisidir.
Qeyd edək ki, indiyədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 112 milyon manat vəsait yığılıb. Qısa müddətdə fonda bu qədər vəsaitin yığılması Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olmalarının, eləcə də ölkəmizdəki sosial və milli həmrəyliyin göstəricisidir.
Müşavirədə görülən işlərə münasibət bildirən Prezident bu mübarizədə qalib gələcəyimizi bəyan etdi: "Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”.
Prezidentin rəhbərliyi və təşəbbüsü ilə koronavirusla mübarizə istiqamətində görülən işlər ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və dərin rəğbətlə qarşılanır. Respublikanın hər yerindən, bütün şəhər və rayonlardan vətəndaşlar İlham Əliyevə ünvanladıqları məktublarında həyata keçirilən bütün tədbirləri yüksək qiymətləndirir, dövlət başçısına minnətdar olduqlarını bildirirlər. Bəli, məhz vaxtında atılan addımların nəticəsidir ki, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının digər ölkələrdə olduğu kimi təhlükəli səviyyəyə çatmasının qarşısı alınıb və dövlətimizin bu problemin öhdəsindən layiqincə gələcəyi şübhəsizdir.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 16 aprel.- S.1-2.