Kiçikyaşlı
tamaşaçılar üçün
müsabiqə
Dünyanı çənginə alan koronavirus pandemiyasının respublikamızın ərazisində daha geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən sosial təcrid layihələrinə özünəməxsus töhfələr verməyə çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti aksiya ilə balacaları yenidən öz ətrafına toplayacaq. Belə ki, teatrın nəzdindəki "Oyuq” teatr-studiyası Təhsil Nazirliyinin "Məktəblinin dostu” layihəsi və "kulis.az” saytının təşkilatçılığı ilə "Sənə nağıl danışım” adlı müsabiqəyə start verib.
Teatrın mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, uşaqların evdəki vaxtlarını səmərəli keçirmələri, yaradıcılıq potensiallarını sərbəst nümayiş etdirmələri və onların ümumilikdə epidemiya, ondan qorunmaq üsulları ilə bağlı bilgilərini müəyyənləşdirmək məqsədilə təşkil olunan müsabiqə aprelin 10-dan 30-dək davam edəcək. 7-13 yaş arası uşaqlar arasında keçirilməsi nəzərdə tutulan müsabiqəyə təqdim olunacaq nağılları yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyəti dəyərləndirəcək.
Onu da qeyd edək ki, ümumilikdə 10 nağıl müəllifi seçiləcək ki, onlardan da ilk iki yerin sahibini münsiflər heyəti, 3-cü qalibi isə onlayn (nağıllar "kulis.az” saytında yerləşdiriləcək) səsvermənin nəticəsi təyin edəcək. Qalan 7 nəfər balaca nağılçıya isə müsabiqədə iştirak diplomları təqdim olunacaq.
İlk üçlükdə
yer alan nağıllar
birləşdirilməklə onların əsasında tamaşa da hazırlanacaq.
Belə ki, "Oyuq” teatr-studiyasının həvəskar
aktyorları və teatrın peşəkar aktyor
truppasının iştirakı ilə ərsəyə gələcək
tamaşa karantin
müddəti bitdikdən sonra səhnələşdirilməklə
teatr mövsümünün
sonunadək tamaşaçıların ixtiyarına veriləcək.
Premyera günü
qaliblər mükafatlandırılacaqlar.
Azərbaycan.-2020.- 16 aprel.- S.5.