Pandemiya ilə
mübarizə həkimlərin peşə, ölkə əhalisinin
isə vətəndaşlıq borcudur
Koronavirusa qarşı xüsusi müalicə vasitəsi və ya vaksinin (peyvəndin) hələ ki, olmaması heç də faciə hesab olunmamalıdır. Mütəxəssislərin fikrincə, bu virusa yoluxmuş əksər insanlar özləri sağalır. Bir şərtlə ki, onlar vaxt itirmədən həkimə müraciət etməlidirlər. Bununla yanaşı, koronavirus yoluxmasının qarşısını almağa kömək etmək üçün ümumi soyuqdan qorunmalı, qabaqlayıcı tədbirlərə riayət olunmalıdır.
Bir çox hallarda COVID-19-a yoluxmuş insanlarda xəstəlik simptomları olmur və onlar sadəcə daşıyıcı rolunu oynayırlar. Ona görə də hər bir insanın sanitar, dezinfeksiya qaydalarına riayət etməsi olduqca vacibdir.
Bolluca istirahət, çoxlu maye qəbul etməli
Bakı Dəmiryol Xəstəxanasının
Ümumi cərrahiyyə
şöbəsinin müdiri
Ramil Nadirovla söhbətimiz də günün ən aktual mövzusu və dünyanın bir nömrəli problemi olan koronavirusla
bağlıdır. Həkim virusun
insan orqanizminə hansı şəraitdə
daxil olması, orada törətdikləri,
xüsusən ağciyərləri
necə sıradan çıxarması barədə
söz açaraq öncə bildirdi ki, koronavirus yoluxması zamanı və simptomları yüngülləşdirmək üçün soyuqdəyməyə
qarşı edilən
müalicəni unutmaq
olmaz. Yəni yaxşı istirahət,
çoxlu maye qəbul etməli, dehidrasiyadan yayınmalıyıq.
Bu gün tüğyan
edən koronavirus bir sıra digər
xəstəliklərə oxşadığı
üçün bəzən
insanlar onu dəyişik salırlar. Buna görə
də onların qarşılıqlı təhlilini
aparmaq olduqca vacibdir: "Bununla bağlı bəzi məsələləri diqqətə
çatdırmaq istərdim.
Hazırda koronavirus pandemiyası
dünyanı əsarət
altına alıb.
Bunun zərərlərini yaşamayan
dünya ölkələri
demək olar ki, azdır. Pandemiya bir və bir
neçə ölkəni
hansısa bir infeksion xəstəliyin bürüməsi anlamını
verir. İnfeksion xəstəliklərin yaranması üçün
isə müəyyən
səbəblər olur.
Onlardan biri törədicinin orqanizmə giriş qapısıdır. Bu göz, burun və ağız boşluğumuz. Törədicinin virulentliyi də lazımdır. Yəni virulentlik
dedikdə, bakteriya və ya virusların
xəstəliktörətmə qabiliyyəti nəzərdə
tutulur. Virulentlik qabiliyyəti nə
qədər yüksəkdirsə,
xəstəliktörətmə ehtimalı da bir o qədər artıq olur. Düşmüş bakteriya
və ya virusa qarşı orqanizmin immun sisteminin cavabından asılı olaraq, xəstəliyin yaranma dərəcəsi də müxtəlifdir: bir insan xəstəliyi ağır, digəri isə daha yüngül
keçirə bilər.
Bu, orqanizmin immun
qabiliyyətinin - immun
sisteminin gücü ilə əlaqəlidir”.
Viruslar bir gen daşıyıcılarıdır
Həkim qeyd edir ki,
viruslar canlı orqanizm deyil. Onlar bir gen daşıyıcılarıdır.
Yəni bunlar natamam canlılar kimi nəzərdə tutulur.
Bu gen daşıyıcıları da RNT tərkibli viruslar ailəsindəndir.
Həmin
virusların orqanizmə
düşməsi mümkün
olmazsa, onda o, inkişaf edə bilməz. Hüceyrə daxilinə keçməsi
üçün də
xüsusi reseptorlar lazımdır. Çünki onlar həmin reseptorlar vasitəsilə hüceyrə daxilinə keçirlər. Virus hüceyrə daxilinə keçdikdən sonra artıq xəstəliyin əlamətləri özünü
göstərməyə başlayır.
Buna qədər o, xəstəlik törədə
bilməz. Bəs virus hüceyrə
daxilinə keçdikdən
sonra nələr baş verir? Bunu həkimin dilindən eşidək:
"Bu zaman virus öz
genetik kodunu hüceyrənin daxilinə
ötürür. Bilirik ki,
hüceyrə daxilində
daim zülallar sintez olunur. Bu zaman həmin
kod müxtəlif sintez olunmuş zülalların müxtəlif
dəyişilmiş variantlarını
əmələ gətirmiş
olur. Bundan sonra orqanizmdə
hazır olan zülallar yad toxumalar kimi qəbul edilir. Onlar hüceyrə membranının
kənarına çıxarılır
və təqdim olunur immun sistemə.
Bu zaman həmin
prosesə qarşı
orqanizmin daxilində olan killerlər var, hansı ki, onlar bizim
immun sistemimizin kökünü təşkil
edir, eyni zamanda, orqanizmimizi xarici təsirlərdən
qoruyan vasitələrdir.
Onlar həmin membranın üzərinə
çıxarılmış zülalları məhv edirlər və bu proses hüceyrə
membranının üzərində
gedir. Beləliklə, hüceyrə membranı
zədələnir və
həmin hüceyrə
də ölür.
Bununla da iltihabi proses başlayır. "Evdə qal” çağırışı bu prosesi yaşamamaq
üçündür. Bu, çox vacibdir”.
Orqanizmimizi qoruyan əsas immun sistemidir
Digər tərəfdən, risk faktorları olan amillərə də nəzər salmaq yerinə düşərdi. Bura, ilk növbədə, yaş, köklüklə yanaşı, şəkərli diabet, onkoloji, eləcə də hər hansı xroniki xəstəliklər daxildir: "Bayaq qeyd etdik ki, orqanizmimizi qoruyan əsasən immun sistemimizdir. Bu gün şəkərli diabet, yaxud hər hansı digər xroniki iltihabdan əziyyət çəkən insanların immun sistemi nə haldadır! Orqanizmimiz bir ahəng formasında çalışır. Bu ahəng pozulduqda orqanizmin müqaviməti qırılır, həmin xəstəlik qarşısında aciz qalır.
Bu gün risk faktorundan biri də artıq
çəki hesab edilir. Köklükdən əziyyət çəkən
insanların ağciyərlərinin
yükünün hansı
çəkidə olmasını
təsəvvür etmək
o qədər də çətin deyil. Belə xəstələrin ağciyərləri
oksigenlə təmin olunmaqda həddən artıq əziyyət çəkir. Həmin insanlar
hətta normal halda qısa məsafəni yüngülcə qaçarlarsa,
onların təngnəfəs
olması faktdır.
Belə insanlarda, iraq olsun, ağciyərlərdə
baş vermiş zədələnmə gələcəkdə
xroniki çatışmazlığa
gətirib çıxara
bilər”.
Bunları deməkdə həkimin məqsədi odur ki, insanların bu kimi problemləri
varsa, özünü
və evindəki xəstələrini, eləcə
də qonşularını,
yaxın-uzaq qohumlarını,
istəklilərini düşünsün. "Evdə qal” kampaniyası ümumxalq hərəkatına çevrilməli,
ona əməl etmək isə hər kəsin borcu olmalıdır.
Bu, ilk növbədə, özümüzün,
sonra isə ətrafımızdakıların sağlamlığı üçün
zəruridir: "Nəhayət,
çalışdığım səhiyyə müəssisəsinə
gəlincə, qeyd edim ki, Bakı
Dəmiryol Xəstəxanasının
tibb personalı karantin rejimini nəzərə alaraq evdə laborator xidmətlərin, tibbi müayinələrin göstərilməsini
vacib hesab edir. Eyni zamanda, təcili
cərrahiyyə əməliyyatı
zərurəti yaranarsa,
xidmət başındayıq.
Ölkəmizin vətəndaşlarına bolluca səbir, təmkin arzulayır və inanıram ki, biz birlikdə qalib olmağı, bu pandemiya üzərində
qələbəni təsdiqləyəcəyik!”
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 16 aprel.- S.6.