Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır

 

Ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlər koronavirusun yayılmasını məhdudlaşdırır

 

 

Qlobal pandemiya elan edilən koronavirus (COVID-19) dünya üzrə sürətlə yayılmaqda və artmaqda davam edir. Bütün ölkələrdə karantin rejimləri tətbiq olunub, xəstəliyin yayılmaması üçün ciddi tədbirlər görülür. Təəssüf ki, hələlik taclı bəlanın qarşısını almaq mümkün olmayıb və bu qeyri-adi halın nə qədər sürəcəyi sual altındadır.

Son statistikaya əsasən, dünyada koronavirus infeksiyasına yoluxanların sayı 2 milyonu keçib. Hazırda 2 000 043 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Onlardan 126 753 nəfər ölüb, 484 573 nəfər isə sağalıb.

Azərbaycan hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Bu səbəbdən də dövlət infeksiyanın təsirlərindən az itki ilə çıxmaq üçün ciddi şəkildə mübarizə aparır. Hazırda Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir.

 

 

"Biz özümüzü bu günə qədər demək olar ki, çox böyük problemlərdən qoruya bildik

 

 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunanvideokonfrans şəklində reallaşdırılan müşavirədəki çıxışında da bu məsələni vurğuladı: "Əlbəttə, bizim iqtisadisosial planlarımız yerindədir. Koronavirus planlarımıza müəyyən təsir etsə də, bizi əsas yolumuzdan döndərə bilməz. Əlbəttə ki, indi bizim bütün səylərimiz koronavirusla mübarizəyə yönəldilib. Bu da təbiidir”.

Dövlət başçısı qeyd etdi ki, məhz bu məqsədlə onun sərəncamı ilə Baş Nazirin rəhbərliyi altında Operativ Qərargah yaradılıb: "Qərargah çox səmərəli işləyir, 24 saat çalışır. Demək olar ki, mən də 24 saat əlaqədəyəm. Gün ərzində bəlkə də 5-6 dəfə zəngləşirik, danışırıq. Deyə bilərəm ki, əgər vaxtında bu addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün biz daha da böyük problemlərlə üzləşə bilərdik. Biz özümüzü bu günə qədər demək olar ki, çox böyük problemlərdən qoruya bildik. Son iki günün dinamikası, yəni xəstələrin və sağalanların sayı arasındakı dinamika müəyyən nikbinliyə yol açır”.

 

 

Artıq 100 min işsiz şəxs üçün birdəfəlik ödəmələr edilib

 

İşsiz kimi qeydiyyata alınan şəxslər üçün aprelin 9-dan etibarən və gündəlik olaraq birdəfəlik ödəmə vəsaitlərinin bank və poçt filiallarına köçürülməsinə başlanıb və artıq 100 min işsiz şəxs üçün bu vəsaitin köçürülməsi həyata keçirilib.

Bu günə qədər işsizlərə verilən vəsaitin həcmi 19 milyon manat təşkil edib. Aprelin 14-ü üçün 25 min işsiz şəxsə ödəniş edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar olaraq aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara dəstək olmağa davam edir.

Bir neçə gündür ki, davam edən bu aksiya çərçivəsində Bakı və Gəncə şəhərləri, həmçinin Abşeron rayonu da daxil olmaqla respublikamızın əksər rayonlarında ümumilikdə 2 500-ə yaxın aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

 

 

 

Karantin rejimini pozanlar məsuliyyətə cəlb edilir

 

 

Ötən 2 gündə xüsusi karantin rejimini pozduqlarına görə, 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, 26 nəfər inzibati qaydada həbs olunub, 7314 nəfərə isə inzibati cərimə tətbiq edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.

Sutka ərzində respublikanın şəhər rayonlarında təşkil olunan xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə karantin rejimini pozduqlarına görə, ümumilikdə 7314 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 26 şəxs isə inzibati qaydada həbs olunub, 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Eyni zamanda koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs, 3 nəfər isə cərimə edilmişdir.

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, 14.04.2020-ci il saat 00:00-dan 15.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1249 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixdən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 19936 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

 

Dünyada vəziyyət

 

 

ABŞ-da koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 26 mini keçib. Federal yerli hakimiyyət orqanlarının məlumatları əsasında statistika aparan Cons Hopkins Universitetinin açıqlamasında bildirilir ki, ümumilikdə 613 886 amerikalı virusa yoluxub. Son bir sutka ərzində virusdan ölənlərin sayı 2407 nəfər artaraq 26 047-yə çatıb. Bu müddətdə 26 945 nəfər virusun daşıyıcısına çevrilib. Ölkədə epidemiyanın yayıldığı gündən bu günədək ümumilikdə 38 820 nəfər sağalaraq evinə buraxılıb.

İspaniyada son sutkada yeni növ koronavirusdan daha 523 nəfər vəfat edib. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 18 579 nəfərə çatıb.

Fransada da vəziyyət ürəkaçan deyil COVID-19 diaqnozu qoyulmuş şəxslərin sayı 100 mini keçib. Bu günə qədər koronavirusa yoluxanların sayı 103 573 nəfərdir. Onlardan 15 729 nəfəri vəfat edib. Son sutka ərzində vəfat edənlərin sayı isə 762-dir.

Almaniyada son sutka ərzində yeni növ koronavirusa daha 2486 yoluxma qeydə alınıb, 285 nəfər vəfat edib. Almaniyada ümumilikdə bu virusa yoluxanların sayı 127 584, xəstəlikdən ölənlərin sayı isə 3254 nəfərə yüksəlib. Ölkədə 72 600 nəfər koronavirusdan sağalıb.

Misirdə koronavirusdan ölənlərin sayı 178, xəstələrin ümumi sayı isə 2350 nəfərə çatıb. Son bir sutkada 26 pasiyent tam müalicə olunaraq xəstəxanadan evə buraxılıb. İndiyədək ölkədəki 12 karantin xəstəxanasında 514 koronavirus xəstəsi tam sağalıb.

Qazaxıstanda koronavirusdan dünyasını dəyişənlərin sayı 15-ə çatıb. Bu ölkədə koronavirusa 1267 yoluxma halı aşkarlanıb.

Özbəkistanda isə daha 49 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Bununla da respublika üzrə yoluxanların ümumi sayı 1 214 olub. İndiyədək 4 nəfər vəfat edib.

Rusiyada son sutka ərzində 3 388 nəfər koronavirusa yoluxub ölkədə COVID-19-a yoluxanların sayı 24 490 nəfərə çatıb. Son sutka ərzində 28 nəfərin öldüyü bildirilir.

Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 198 nəfərə çatıb, xəstəlikdən sağalanların sayı 1986 nəfərdir.

 

Ermənistanda yeni növ koronavirusa yoluxanların sayı 1111 nəfərə çatıb, ölənlərin sayı isə 17 nəfərdir.

 

 

Rəsmi Vaşinqton ÜST-ün maliyyələşməsini dayandıracağını bildirir

 

 

ABŞ Prezidenti Donald Tramp açıqlama verib ki, rəsmi Vaşinqton Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini dayandırır: "Bu gün mən administrasiyaya tapşırdım ki, təşkilatın pis idarə edilməsinə koronavirusla bağlı məlumatların gizlədilməsinə görə ÜST-ə maliyyə töhfələrini dayandırsınlar. Hər kəs baş verdiyini bilir. Amerikalı vergi ödəyiciləri ÜST büdcəsinə ildə 400-500 milyon dollar vəsait köçürüb. Misal üçün, Çin isə 40 milyon dollar ödəyib”.

D.Tramp söyləyib ki, təşkilatın əsas sponsoru olaraq Birləşmiş Ştatlar ÜST-ün tam məsuliyyəti öz üzərinə götürməsi üçün israr etməlidir: "Ən təhlükəli qərarlardan biri ABŞ-ın Çin digər ölkələrlə uçuşlara qoyduğu qadağanın tənqid edilməsi idi. Xoşbəxtlikdən mən onların tövsiyələrini eşitmədim uçuşları dayandırdım, bununla da minlərlə insanın həyatı xilas oldu. ÜST-ün tövsiyələrinə əməl edib sərhədləri açıq qoyan digər ölkələrə, xüsusən Avropaya baxın”.

Onun sözlərinə görə, Vaşinqton ÜST- islahatların aparılmasını tələb edir digər ölkələrlə ABŞ-ın bu təşkilata verdiyi vəsaitdən necə istifadə olunacağını müzakirə etmək niyyətindədir: "Ciddi islahatları həyata keçirə biləcəyinə əmin olmaq üçün ÜST- işimizi davam etdirəcəyik. Göndərdiyimiz bütün yardımlar çox təsirli qruplarla müzakirə ediləcək bunu digər ölkələrlə, səhiyyə sahəsindəki tərəfdaşlarla müzakirə edəcəyik”.

Tramp qeyd edib ki, ÜST məlumatları vaxtında verməyib həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmayıb.

BMT-nin Baş katibi Antoniu Quterreş isə ÜST-ün maliyyələşdirilməsinin dayandırılması haqqında ABŞ Prezidenti Donald Trampın dediklərinə münasibət bildirərkən deyib ki, hazırda sözügedən quruma digər humanitar təşkilatlara ayrılan resursların dayandırılmasının heç zamanı deyil.

Quterreş qeyd edib ki, indi beynəlxalq ictimaiyyətin COVID-19 onun fəsadlarına qarşı birlik həmrəylik halında işləyə bilməsinin vaxtı çatıb.

 

 

Karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlarımıza dəstək

 

 

Ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlarımıza dəstək olmaq məqsədi ilə bu il aprelin 8-dən etibarən Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xətti vasitəsilə nazirliyin psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi təşkil olunub. FHN-dən məlumat verilib ki, 24 saat fasiləsiz fəaliyyət göstərən telefon xəttində nazirliyin xüsusi hazırlıqlı 12 nəfər psixoloqu işləyir. Fəaliyyət göstərdiyi bir həftə ərzində psixoloji yardımla bağlı respublikanın müxtəlif regionlarından qaynar xəttə 350-yə qədər müraciət daxil olub. Müraciətlər əsasən COVID-19 infeksiyasına yoluxma qorxusu yaşayan, yaşlı valideynlərinə görə narahatlıq, gərginlik keçirən, təşviş içərisində olan insanlardan daxil olub. Müraciət edənlər içərisində həyatına alışmış və hazırda gündəlik rejimini düzgün, səmərəli bölüşdürməkdə çətinlik çəkən insanlar da az deyil.

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 16 aprel.- S.6.