Birinci
vitse-prezident Mehriban Əliyeva Türkiyəyə minnətdarlıq
edib
Birinci
vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində
Türkiyənin paytaxtı Ankarada yerləşən Atakule
qülləsində Azərbaycan Respublikasının dövlət
bayrağının işıqlandırılması ilə əlaqədar
qardaş ölkəyə minnətdarlığını
bildirib.
Paylaşımda deyilir: “Qardaş Türkiyəyə dərin minnətdarlığımı
bildirirəm. Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm də çətin
sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır.
Xalqlarımıza möhkəm cansağlığı,
ölkələrimizə sülh və əmin-amanlıq
arzulayıram. Qoy, Uca
Tanrı dünyamızı qorusun!”.
Azərbaycan.-2020.- 16 aprel.- S.1.