Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində
aztəminatlı ailələrə yardım göstərdi
Heydər
Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyası
çərçivəsində aztəminatlı ailələrə
yardım göstərdi
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyasına başlayıb. Aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndiməkdir.
Aprelin 14-də “Abşeron Kristal” MMC və Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının dəstəyi ilə həyata
keçirilən aksiya çərçivəsində
Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Goranboy, Tərtər və Ağdam
rayonlarında yaşayan aztəminatlı
ailələrə müxtəlif ərzaq məhsullarından
ibarət 1000-dən çox sovqat paylayıb.
Layihə karantin rejimi
müddətində bütün regionlar üzrə davam edəcək.
Azərbaycan.-2020.- 16 aprel.- S.3.