2020-ci il çox dərin geniş islahatlar ili olacaq

 

Prezident İlham Əliyev qlobal böhran dövründə Azərbaycanın demokratik inkişaf istiqamətində önəmli addımlar atılacağını bəyan etdi

 

 

- ümumi daxili məhsul 1,1 faiz artıb;

 

- qeyri-neft sektoru 3 faiz çoxalıb;

 

- qeyri-neft sənaye sektoru 23 faiz artıb;

 

- informasiya-kommunikasiya texnologiyaları 18 faiz yüksəlib;

 

- dağ-mədən sənayesi 12 faiz çoxalıb;

 

- kənd təsərrüfatı 3,7 faiz artıb;

 

- elektrik enerjisi, qaz-buxar istehsalı 17 faiz çoxalıb;

 

- yük daşımaları 7,2 faiz artıb;

 

- vergi gömrük orqanlarından əlavə daxilolma 310 milyon manatdır;

 

- inflyasiya 3 faiz səviyyəsindədir;

 

- orta aylıq əməkhaqqı 28 faiz, orta pensiya 27 faiz artıb;

 

- orta pensiya 295 manat, yaşa görə pensiya isə 330 manata yaxındır;

 

- bank sektoruna 627 milyon manat səviyyəsində dəstək verilib.

 

3 ayın iqtisadi inkişaf göstəriciləri müsbətdir

 

 

Bu, ölkəmizin birinci rübdəki sosial-iqtisadi göstəriciləridir. Koronavirusun yüksək sürətlə yayılaraq pandemiyaya çevrilməsi istisnasız olaraq dünya dövlətlərini, o cümlədən Azərbaycanı tədqiq olunmamış təhlükə ilə üz-üzə qoyduğu bir dövrdə bu nəticələri prinsip etibarilə müsbət qiymətləndirmək olar.

Çünki bu gün pandemiya iqtisadiyyatın bir çox sahələrini qeyri-müəyyən müddətdə iflic edib, qlobal istehlakı daraldıb, nəticədə dünya iqtisadiyyatına ticarətinə ağır zərbə vurulub, qlobal iqtisadi böhranın ilkin əlamətləri yaranıb. Lakin qlobal böhrandan az itki ilə çıxmaq üçün qabaqlayıcı tədbirlər görən dövlətlər daxili makroiqtisadi sabitliyi qoruya biliblər. Yəni ilk rübdə iqtisadi sektorda uğurlar əldə edən ölkələr o qədər çox deyil. Sevindirici haldır ki, uğur əldə edən dövlətlər sırasında Azərbaycan da var. Bunu iqtisadi göstəricilər bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə dövlət başçısı da yanvar-mart aylarının sosial-iqtisadi göstəricilərini yüksək qiymətləndirib.

Çünki son 3 ayda həyata keçirilən siyasi-iqtisadi islahatlar sayəsində qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılıb.

 

 

Azərbaycan iqtisadi azadlıqlar indeksinə görə dünyada 44-cü yerdədir

 

 

Qarşıya qoyulan hədəflərdən biri qeyri-neft məhsullarının ixrac coğrafiyasının genişlənməsi, xarici bazarlara "made in Azerbaijan” brendi ilə çıxarılan məhsulların çeşidinin çoxaldılmasıdır. Müsbət trend ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulları ərzaq ixracı ötən ilin birinci rübü ilə müqayisədə 4 faiz artıb. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının ərzağın idxalı 5 faiz azalıb. Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalıb.

Son vaxtlar aparılan islahatlar nəticəsində Azərbaycanda biznes mühiti böyük dərəcədə yaxşılaşıb. Bunu bir neçə mötəbər beynəlxalq təşkilat da qeyd edir. Prezident İlham Əliyev vurğulayıb ki, bu yaxınlarda məşhur "Heritage” Fondu da iqtisadi azadlıqlarla bağlı reytinq cədvəli tərtib edib Azərbaycan iqtisadi azadlıqlar indeksinə görə dünyada 44-cü yerdədir. Bir il ərzində ölkəmiz 19 pillə yüksəlib. Bu da həqiqətən böyük nəticədir.

 

 

7 min köçkün, 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək

 

 

Azərbaycan Prezidentinin həyata keçirdiyi genişmiqyaslı sosial paketlər hər zaman əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edib. Ötən il dövlət başçısının təqdim etdiyi 2 sosial paket 4,2 milyon nəfərin həyatına müsbət təsir göstərdi.

Bütün bunların nəticəsində orta aylıq əməkhaqqı 28 faiz, orta pensiya təqribən 27 faiz artıb. Dövlət başçısının söylədiyi kimi, artımlar onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülür: "İndi bizim orta aylıq əməkhaqqımız 712 manatdır, orta pensiya 295 manatdır. Yaşa görə pensiya isə 330 manata yaxındır. Yəni biz maaşları, pensiyaları ildən-ilə artırırıq. Əlbəttə ki, keçən il çox böyük artım olmuşdu, 4,2 milyon insan dövlət tərəfindən qəbul edilmiş proqramlardan yararlanıb”.

Prezident hər il olduğu kimi, bu il bütün sosial infrastruktur obyektlərinin tikintisinin ixtisarsız icra ediləcəyini vurğulayaraq qeyd edib ki, 2020-ci ildə minimum 7 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək.

 

 

Struktur islahatları davam etdiriləcək

 

 

Struktur islahatlarından da söz açan cənab İlham Əliyev onların davam etdirilməsinin vacibliyini qeyd edib. Çünki aparılan islahatların uğurları göz qabağındadır.

Aparılan islahatlarla Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Əlbəttə ki, bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür - idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin: "Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə vəhdət var nəyi bəyan etmişəmsə, biz onu da təmin edirik. Hesab edirəm ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur idarəetmədə təkmilləşmə göz qabağındadır. Eyni zamanda yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq”.

Dövlət başçısı vurğulayıb ki, bu islahatların məntiqi davamı parlament seçkiləri idi bu ilin fevral ayında keçirilən VI çağırış Milli Məclisə seçkilər bir daha xalqın iradəsini ifadə edib. Parlament seçkilərini demokratik inkişaf istiqamətində atılmış növbəti addım hesab etmək olar.

 

 

Qlobal böhran Azərbaycanı tutduğu yoldan döndərə bilməz

 

 

Əlbəttə ki, koronavirus pandemiyası bir daha uğurlu inkişaf üçün iqtisadiyyatın dayanıqlı olmasının ən vacib şərt olduğunu göstərdi. Buna nail olmaq üçün isə mütləq bütün sahələrdə islahatların aparılması zəruridir.

Prezident İlham Əliyev hesab edir ki, siyasi islahatların aparılması bundan sonra da ölkənin imkanlarını daha da genişləndirəcək. Çünki xalq bu islahatların müsbət nəticələrini görür. Ona görə Azərbaycan dövləti bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq: "Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görürük ki, siyasi iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik”.

Dünyanı bürüyən koronavirus pandemiyasının digər dövlətlərin iqtisadiyyatına ciddi təsirlər etdiyini deyən Prezident qeyd edib ki, qlobal böhran Azərbaycan hökumətinin planlarına müəyyən qədər təsir etsə , dövləti əsas yolundan döndərə bilməz.

Göründüyü kimi, Azərbaycanın inkişaf modeli bir çox ölkələr üçün praktik nümunədir. Hansı ki, bu model qlobal iqtisadi maliyyə böhranları şəraitində özünü tam doğruldub. Bütün bunlar Prezident İlham Əliyevin yüksək şəxsi siyasi keyfiyyətləri, hər bir məsələdə qətiyyətli mövqedən çıxış etməsi, xarizması sayəsində əldə edilib. İnanırıq ki, məhz cənab İlham Əliyevin düşünülmüş siyasəti ilə Azərbaycan qlobal böhrandan az itkilərlə çıxacaq aparılan sosial-iqtisadi, siyasi-struktur islahatlar ölkəmizə hərtərəfli dividendlər gətirəcək: "Həyat yerində durmur, həyat davam edir mən əminəm ki, 2020-ci il çox dərin geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir”.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 16 aprel.- S.3.