Mehriban
Əliyeva: “Qoy, xoş əməllərin sayı artsın!”
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi
“Instagram” səhifəsində paylaşım edərək,
Heydər Əliyev Fondu tərəfindən
başlanılmış qanvermə aksiyasına
könüllü qoşulanlara təşəkkürünü
bildirib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan
xalqının hər zaman birlik və həmrəylik
nümayiş etdirərək bir-birinə kömək etməyə
hazır olması, əl-ələ verərək çətinlik
və sınaqlardan birlikdə üzüağ
çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən
biridir. İrsi qan xəstəliklərindən,
xüsusilə də talassemiyadan əziyyət
çəkən insanlara kömək məqsədilə
Heydər Əliyev Fondu tərəfindən
başlanılmış qanvermə aksiyasına könüllü olaraq
çoxsaylı vətəndaşlarımızın
qoşulması bunu bir
daha göstərdi. Bu
nəcib təşəbbüsə qoşulan
hər kəsə dərin minnətdarlığımı
bildirirəm. Hamıya möhkəm cansağlığı
arzulayıram. Qoy, xoş
əməllərin sayı artsın! Uca
Tanrı sizi qorusun!”.
Azərbaycan.-2020.- 17 aprel.- S.1.