Siyasi
partiyaların qeydiyyata alınması
ölkəmizdə mövcud olan yeni siyasi
münasibətlərin təzahürüdür
Siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür.
Bu
fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli Ədliyyə Nazirliyi tərəfindən
yeni partiyaların qeydiyyata alınmasına münasibət
bildirərkən deyib.
Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyata alınmasını çox müsbət hal kimi dəyərləndirən komitə sədri qeyd edib ki, bu partiyalar uzun illər mövcud olsa da qeydiyyatsız fəaliyyət göstərirdilər. Hazırda isə siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür.
Əli Hüseynli vurğulayıb ki, ölkəmizdə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar siyasi sistemi də əhatə edir. Hazırda fərqli siyasi baxışlarına baxmayaraq, milli dövlətçilik mənafeyindən, dövlət maraqlarından çıxış edən siyasi qüvvələrlə dialoq daha da dərinləşməkdədir.
Komitə sədri xatırladıb ki, altıncı çağırış Milli Məclisdə ilk dəfə
olaraq müxalifət partiyasını təmsil
edən millət vəkili Milli Məclisin
sədr müavini seçilib.
"Həmçinin komitələrin sədr və sədr
müavinləri sırasında müxalifət
partiyalarının təmsilçiləri də yer alıb. Bütün bunlar həm də Azərbaycanda
çoxpartiyalı sistemin təkmilləşdirilməsinə,
siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasına
xidmət edir. Yeni siyasi partiyaların qeydiyyata
alınması isə ölkəmizdə siyasi
sistemin daha da təkmilləşməsinə və
münasibətlərin daha sağlam zəmində qurulmasına xidmət
edəcək”, - deyə Əli Hüseynli
vurğulayıb.
Azərbaycan.-2020.- 17 aprel.- S.4.