Həyata keçirilən siyasətin mərkəzində insan amili, onun sağlamlığı və rifahı dayanır

 

 

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunanvideokonfrans şəklində keçirilən müşavirədə insan amilinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində dayanması bir daha özünü göstərdi. Müşavirədə Prezident İlham Əliyev qeyd etdi ki, hazırda dünyanı bürüyən koronavirus pandemiyası bütün ölkələrin iqtisadiyyatı üçün böyük problemlər yaradıb. Azərbaycan da dünyanın bir parçası olaraq bu problemlə üz-üzədir. Bunu 2020-ci ilin yanvar-fevral aylarının yekunu ilə birinci rübün yekununu müqayisə etdikdə görmək olur.

Belə ki, əgər yanvar-fevral aylarında ümumi daxili məhsul 3 faizə yaxın, qeyri-neft sektorunda isə 7 faizə yaxın artmışdısa, mart ayında koronavirusun yayılması nəticəsində üç ayda bu artımlar müvafiq olaraq 1,1 faiz və 3 faizdən bir qədər artıq olub. Bu da onu göstərir ki, aparılan lazımi tədbirlərə baxmayaraq, pandemiyanın iqtisadiyyata mənfi təsiri göz qabağındadır. Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, pandemiya ilə əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə vaxtında aparılan qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində respublikamızda vəziyyət nəzarət altındadır və insan itkisi minimum həddədir. Ölkə Prezidenti bildirib: "Mənim seçimim birmənalıdır - insanların sağlamlığı”.

Pandemiya ilə əlaqədar hazırkı vəziyyət və iqtisadi, sosial, maliyyə və digər istiqamətlər üzrə həyata keçirilən təxirəsalınmaz və sistemli tədbirlər onu deməyə əsas verir ki, koronavirusla mübarizədə qalib gəlmək və bu vəziyyətdən az itkilərlə çıxmaq üçün qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən də təqdir olunur. Bunu Azərbaycan ictimaiyyətinin Prezident İlham Əliyevə göndərdiyi çoxsaylı məktublarda həyata keçirilən tədbirlərin yüksək qiymətləndirilməsi və dövlət başçısına dərin minnətdarlıq bildirilməsi də bir daha təsdiq edir. Bu da onu göstərir ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi və gündəlik qayğısı sayəsində koronavirus problemini qısa müddətdə aradan qaldıracaq və respublikamızda 2018-ci ildə başlamış iqtisadi-sosialsiyasi, habelə strukturkadr islahatları bundan sonra da ardıcıl olaraq uğurla həyata keçiriləcək, demokratik inkişaf istiqamətində atılan önəmli addımlar davam etdiriləcək. Bu da imkan verəcək ki, Azərbaycan yeni inkişaf mərhələsinə inamla qədəm qoysun.

Bununla belə, təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ölkəmizdə çox az sayda olan müəyyən bir qrup insanlar hələ də Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə respublikamızın əldə etdiyi bu yüksək nailiyyətləri, dünyada qazandığı möhkəm imici qəbul etmək istəmir, çirkin niyyətlər güdür, vəziyyəti gərginləşdirməyə cəhd etməyi özlərinin əsas məqsədi hesab edirlər. Müşavirədə ölkə başçısı bu məsələyə də toxunaraq qeyd etdi ki, bu marginal qruplaşma öz çirkin niyyətlərinə heç vaxt çatmayacaq. Bunu onların son 27 il ərzində müxtəlif üsullarla etdikləri cəhdlərin uğursuzluğa düçar olması, əhali arasında nifrət qazanmaları da sübut edir. Çünki Azərbaycan vətəndaşları dövlət başçısına möhkəm inanır, onun xalqın rifahı və dövlətin inkişafı naminə ardıcıl həyata keçirdiyi tədbirləri dəstəkləyirlər. Vətəndaşlar İlham Əliyev cənablarının ətrafında sıx birləşdiklərini dəfələrlə nümayiş etdiriblər və bundan sonra da belə olacaq.

Müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov da çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələrin həlli barədə geniş məlumat verdi. Məlumdur ki, kənd təsərrüfatı hər bir ölkənin qarşısında duran ən mühüm vəzifə olan ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas baza hesab edilir. Kənd təsərrüfatı həm də ona görə böyük əhəmiyyət kəsb edir ki, milli təhlükəsizliyin tərkib hissəsi olan ərzaq təhlükəsizliyi əhalini ərzaqla təmin etməklə yanaşı, ölkədə siyasi sabitliyinheç bir ölkədən asılı olmayaraq sərbəst siyasət həyata keçirməyin qarantıdır. Müxtəlif təbii fəlakətlər, pandemiyalar və digər gözlənilməz hadisələrin baş verdiyi müddətdə ərzaq təhlükəsizliyi daha vacib xarakter alır. Bunu vaxtında və çox düzgün qiymətləndirən ölkə başçısı prezidentliyinin ilk illərindən kənd təsərrüfatına və ümumilikdə aqrar sektora, bu sahədə çalışan insanlara çox yüksək diqqət və qayğı ilə yanaşıb.

Fermerlərin torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunması müddətinin daim uzadılması, onlara məhsul istehsalına görə subsidiyaların verilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrolizinq yolu ilə texnikacins mal-qaranın satılması və digər stimullaşdırıcı tədbirlərin uzun müddətdir ki, davam etdirilməsi kənd təsərrüfatı istehsalının artımına öz müsbət təsirini göstərib. Bunun nəticəsidir ki, ölkəmizdə ərzaq məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənilir və başqa ölkələrdən asılılıq minimuma endirilib. Məhz buna görə də pandemiyanın tüğyan etdiyi bir vaxtda hətta inkişaf etmiş bəzi ölkələrdə ərzaq mağazaları boşaldığı halda, respublikamızda bu məsələdə heç bir problem yoxdurolmayacaq. Bunu kənd təsərrüfatı naziri öz çıxışında da vurğuladı və bu sahədə əldə edilən uğurlardan danışdı. Müşavirədə bildirildi ki, ölkəmiz kənd təsərrüfatında ən çox işlədilən azot gübrəsi ilə artıq Sumqayıtda fəaliyyət göstərən karbamid zavodunun istehsal etdiyi məhsulla tam təmin edilir. Bu çox fərəhləndirici haldır və aparılan tədbirlər öz bəhrəsini verir, beləliklə, ölkəmizin bu məhsula görə asılılığına son qoyulur. Eyni zamanda fermerlərimizi narahat edən bəzi məsələlər də diqqətə çatdırıldı və İlham Əliyev bu problemlərin tezliklə həlli üçün müvafiq göstərişlər də verdi.

Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, aqrar sferanın inkişafında yeni texnika və texnologiyaların tətbiqi, mineral gübrələrdən optimal istifadə və digər tədbirlərin həyata keçirilməsi ilə yanaşı, kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə lazımi səviyyədə təmin edilməsi də əsas şərtlərdən biridir. Çünki bitkilərin suvarma suyu ilə normal təminatı torpağın hər hektarından onun təbii münbitliyindən əlavə məhsul almağa imkan verir. Bunu nəzərə alaraq son vaxtlar respublikamızda Şəmkirçay, Taxtakörpü və digər su anbarlarının və su kanallarının tikilməsi, çoxlu sayda subartezian quyularının qazılması kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təminatını yaxşılaşdırıb və bu da öz növbəsində məhsuldarlığın artımına müsbət təsir edib. Bu eyni zamanda Prezidentin dediyi kimi, bütün bunlar 100 min hektar suvarılmayan və suvarılması lazımi səviyyədə olmayan torpaqların su ilə təminatıdır. Azərbaycan az torpaqlı ölkələr sırasında olduğu üçün kənd təsərrüfatının inkişafı müşavirədə qeyd olunduğu kimi, əsasən məhsuldarlığın artırılması hesabına təmin edilməlidir. Bunun üçün isə suvarmayasudan səmərəli istifadəyə xüsusi diqqət yetirilməlidir. Bu məqsədlə cənab Prezident müşavirədə su ehtiyatlarından səmərəli istifadə etmək üçün müvafiq dövlət orqanlarının rəhbərlərindən ibarət komissiyanın yaradılması barədə göstəriş verdi.

Bu müşavirə bir daha onu göstərir ki, insan amili, onun sağlamlığı və rifahı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Ölkə rəhbəri bunun üçün lazım olan bütün tədbirləri sistemli şəkildə, vəziyyətə uyğun ardıcıllıqla və uğurla reallaşdırır.

 

 

Eldar İBRAHİMOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2020.- 18 aprel.- S.6.