300
min muzdlu işçiyə
215 milyon manatlıq dəstək
Prezident İlham Əliyevin təşəbbüsü ilə
hazırlanan dövlət
dəstəyi proqramlarına
əsasən pandemiyadan
zərər çəkmiş
sahibkarlıq subyektlərinə
yardımlar edilir
Bu gün koronavirus
pandemiyası dinindən,
irqindən, yaşından
və sosial mənsubiyyətindən asılı
olmayaraq, hamı üçün problemə,
bəşəri bəlaya
çevrilib. Dünyanın bu infeksiya ilə mübarizəsi hələ ki, bir nəticə vermir. Amma koronavirus artıq
ölkələrin iqtisadi
durumuna da ciddi təsir göstərməkdədir. Dünya dövlətləri əgər
bir tərəfdən
yoluxmanın və insan tələfatının
qarşısını almağa
çalışırlarsa, digər tərəfdən
də makroiqtisadi sabitliyin qorunub saxlanması üçün
qabaqlayıcı tədbirlər
həyata keçirirlər.
Hər zaman qətiyyətli və uzaqgörən siyasəti, qlobalmiqyaslı
təşəbbüsləri ilə Azərbaycanı bütün çətin
sınaqlardan üzüağ
çıxaran Prezident
İlham Əliyev bu ağır dövrdə də genişmiqyaslı iqtisadi-sosial
paketini təqdim edərək həm xalqın sosial rifah halını yaxşılaşdırmaq, həm
də iqtisadi sabitliyi qoruyub saxlamaq üçün mühüm addımlar atır. Dövlət başçısının yeni iqtisadi və
sosial paketi çərçivəsində hazırlanan dövlət dəstəyi proqramları
da bu prosesin
tərkib hissəsidir.
Makroiqtisadi sabitliyin və məşğulluğun təmini
Beynəlxalq təşkilatlar Azərbaycan
Prezidentinin bu təşəbbüsünü bir çox ölkələr üçün
də nümunə kimi göstərirlər. Elə dövlət
başçısı da
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
fövqəladə Zirvə
görüşündə həyata keçirdiyi tədbirlər və onun effektiv nəticələrini
qardaş ölkələrin
liderləri ilə paylaşdı.
Koronavirus
pandemiyasının dünya
ölkələrinin iqtisadiyyatına
zərbə vurduğunu
və Azərbaycanda makroiqtisadi sabitliyin təmini, məşğulluqla
bağlı problemlərin
həll edilməsi, həm də makroiqtisadi və maliyyə vəziyyətinin
sabit saxlanılması
üçün 2,5 milyard manat və
ya təqribən 1,5 milyard dollar vəsait ayrıldığını söyləyən
cənab İlham Əliyev dövlətin hər zamankı kimi sahibkarlara göstərdiyi qayğıdan
söz açdı.
Həyata keçirilən tədbirlərdən
danışan dövlət
başçısı qeyd
edib ki, 600 minə yaxın insan bu vəziyyətdən
daha çox əziyyət çəkir. Sahibkarlara
müraciət olunub ki, iş yerləri ixtisar edilməsin. 44 min sahibkarlıq subyektində çalışan
300 mindən çox işçinin əməkhaqqının
əhəmiyyətli bir
hissəsini dövlət
ödəyir. Həmçinin
dövlət dəstəyindən
290 mindən çox mikro və fərdi
sahibkar faydalanacaq:
"Ümumilikdə dövlət
sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət
sektoru üzrə isə 690 min işçinin
əməkhaqqı saxlanılmaqla
məşğulluğu təmin
edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün
50 min ödənişli ictimai
iş yeri yaradılacaq. Qeydiyyata düşmüş işsizlər üçün
birdəfəlik ödəmələrə
başlanılıb. Banklar tərəfindən
sahibkarlara yeni verilən 500 milyon manat və ya
təqribən 300 milyon
dollar həcmində kreditlərin
60 faizinə dövlət
zəmanəti veriləcək.
Zəmanət verilən kreditlər
üzrə faiz dərəcəsinin yarısı
dövlət büdcəsinin
vəsaitləri hesabına
subsidiyalaşdırılacaqdır. Dövlət
zəmanəti olmayan
1 milyard manat, təqribən 600 milyon
dollar həcmində mövcud
bank kreditləri üzrə
faiz dərəcəsinin
10 faiz bəndi subsidiyalaşdırılacaqdır. Bunun üçün dövlət
büdcəsindən 50 milyon
manat və ya təqribən 30 milyon dollar vəsait ayrılmışdır”.
Dövlət başçısı vurğuladı
ki, bu tədbirin
əsas məqsədi
pandemiya səbəbindən
faizlərin ödənilməsində
çətinliklərlə üzləşmiş sahibkarlara
kömək etməkdir. Sosial təcrid
tədbirləri nəticəsində
əhali tərəfindən
elektrik enerjisi sərfi artıb. Bunu nəzərə alaraq kommunal ödəmələrə
güzəşt edilib.
Bu proqramlar dövlətin
dəstəyinin yalnız
bir hissəsidir və hazırda digər dövlət dəstəyi mexanizmləri
üzərində iş
aparılır.
Sahibkar da razıdır, muzdlu işçi də
Nazirlər Kabinetinin 2020-ci il
4 aprel tarixli qərarı ilə təsdiqlənən Tədbirlər
Planına uyğun olaraq sahibkarlara maliyyə dəstəyinin
ödənilməsi onların
müraciətinə uyğun
olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən
formalaşdırılaraq təqdim
olunan sifarişlər
əsasında xəzinədarlıq
orqanları tərəfindən
gündəlik əsasda
davam etdirilir.
Aprelin
14-nə nazirliyə muzdlu
işçilərin əməkhaqqının
müəyyən hissəsinin
ödənilməsi üçün
koronavirus pandemiyasından
zərər çəkmiş
10 min 914 vergiödəyici və
maliyyə dəstəyi
almaq üçün
16 min 502 fərdi (mikro)
sahibkar, cəmi 27 min
416 vergiödəyici müraciət
edib. Muzdlu işçilərin əməkhaqqının
müəyyən hissəsinin
ödənilməsi layihəsi
çərçivəsində müraciət etmiş 10
min 914 vergi ödəyicisində
çalışan muzdlu
işçilərin sayı
124 min 510 nəfərdir.
İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidməti tərəfindən
bu müraciətlərdən
78 min 68 işçini əhatə
edən 8487 vergiödəyicinin
müraciətləri araşdırılaraq
təsdiq olunub və ayrılacaq maliyyə vəsaitinin vergiödəyicilərin bank hesablarına
köçürülməsi üçün Maliyyə
Nazirliyinə təqdim
edilib. Bu proqram üzrə indiyədək
təsdiq edilmiş müraciətlər üzrə
maliyyə dəstəyinin
həcmi 33,78 milyon manat, o cümlədən birinci mərhələ üzrə
ödənilməsi nəzərdə
tutulan vəsaitin həcmi 16,9 milyon manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq
Agentliyi tərəfindən
2636 vergiödəyiciyə 24 min 463 nəfər muzdlu işçinin əməkhaqqı
üzrə 5,31 milyon manat vəsaitin köçürülməsi təmin
edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin
göstərilməsi proqramı
çərçivəsində 16 min 502 vergiödəyicidən müraciət
daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən
15 min 689 müraciət araşdırılaraq
təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına
köçürülməsi üçün Maliyyə
Nazirliyinə təqdim
olunub. Bu proqram üzrə indiyədək
təsdiq edilmiş müraciətlər üzrə
maliyyə dəstəyinin
həcmi 15,48 milyon manat təşkil
edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq
Agentliyi tərəfindən
maliyyə dəstəyi
çərçivəsində 3,53 milyon manat vəsaitin
3041 fərdi (mikro) sahibkarın bank hesablarına
köçürülməsi təmin olunub.
Qeyd edək ki, pandemiyanın
zərər vurduğu
fəaliyyət sahələrində
və klasterlərdə
çalışan 300 min nəfər
muzdlu işçinin
(əmək müqaviləsi
olan) də əməkhaqqının müəyyən
hissəsinin ödənilməsi
üçün sahibkarlara
dövlət tərəfindən
215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi
nəzərdə tutulur.
Bu mexanizm çərçivəsində
vergiödəyicilərin mövcud
olan elektron kabinetləri vasitəsilə
təqdim etdikləri müraciətlər əsasında,
qısa müddət ərzində onların işçilərinə ödənilməli
olan əməkhaqqının
və ona müvafiq sosial sığorta haqlarının
müəyyən hissəsi
işəgötürənlərin bank hesablarına köçürüləcək.
Göründüyü kimi, təqdim edilən yeni təkliflər genişmiqyaslıdır
və bu gün pandemiyadan zərər çəkmiş
sahələrdə işləyən
vətəndaşların maraqlarını
nəzərə alır. Dövlət başçısının sərəncamına
əsasən ölkədə
məşğulluğun və
sosial rifahın dəstəklənməsi istiqamətində
hazırlanan proqramlar çoxşaxəlidir.
Hər zaman sahibkarların böyük hamisi kimi onlara xüsusi
diqqət ayıran dövlət başçısı
iş adamlarını,
ölkə vətəndaşlarını
koronavirus pandemiyasından,
onun yaratdığı
fəsadlardan qorumaq üçün bütün
tədbirləri görür.
Prezident çalışır
ki, ölkəmiz hazırkı ağır dönəmdən ən az itkilərlə
çıxsın. Bir
neçə il öncə dünyanı bürüyən
iqtisadi böhrandan Azərbaycanın o qədər
də ziyan çəkməməsini şərtləndirən
amillər məhz cənab İlham Əliyevin təşəbbüsü
ilə hazırlanan proqramlar idi. Elə bu reallıqlar da onu deməyə
əsas verir ki, dünyanı bürüyən pandemiya Azərbaycanın makroiqtisadi
sabitliyinə o qədər
də ciddi təsir göstərə
bilməyəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 18 aprel.- S.6.