Vaxtında atılmış addımlar bəhrəsini verir

 

Prezident İlham ƏLİYEV: "Əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, yerləri bərpa ediləcək”

 

Prezident İlham Əliyevin sədrliyi ilə hər rübün sosial-iqtisadi yekunlarına həsr olunan ənənəvi müşavirə bu dəfə videokonfrans şəklində keçirildi. Tədbirdə cari ilin ilk üç ayının göstəriciləri müzakirə olundu, COVID-19-la mübarizə şəraitində sosial-iqtisadi sahədə qarşıda duran təxirəsalınmaz və çoxşaxəli vəzifələr müəyyənləşdirildi.

2020-ci ilin yanvarfevral ayları iqtisadi göstəricilərinə görə uğurlu olmuşdur. Belə ki, iki ay ərzində ümumi daxili məhsul 3 faizə yaxın artmışdır. Qeyri-neft sektorunda təxminən 7 faizə yaxın artım qeydə alınmışdır. Üç aylıq rəqəmlər isə ümumi daxili məhsulun 1,1 faiz, qeyri-neft sektorunda 3 faizdən bir qədər çox artdığını göstərir.

Doğrudur, artım var. Rüblük göstəricilərin bundan xeyli yüksək olmasına COVID-19 böyük maneə törətdi.

Koronavirus kimi dəhşətli pandemiyanın istənilən ölkənin sosial-iqtisadi həyatına mənfi təsiri şəksizdir. Təsadüfi deyil ki, artıq aparıcı beynəlxalq maliyyə qurumları bunu qeyd ediblər. Videokonfransdakı nitqində dövlət başçısı bu barədə demişdir: "Bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi bildirmişdir. Eyni zamanda biz bilirik ki, Beynəlxalq Valyuta FondunaDünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyurbuna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur”.

Bu, ölkəmizin hazırkı vəziyyətdən şərəflə çıxacağına əminlik yaradır. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş və uzaqgörən sosial-iqtisadi siyasət, geniş islahatlar öz bəhrəsini verir. Qazanılan nailiyyətlər indiki çətin şəraitdə xalqın sağlamlığına və rifahına xidmət edən mühüm addımlar atmağa imkan yaradır.

Hazırda dünyanı dolaşmaqda olan və ölkəmizdən də yan keçməyən pandemiya ilə mübarizə şəraitində Azərbaycan dövləti bütün addımlarını vəziyyətə uyğun şəkildə atır. Bu pandemiyanın nə qədər davam edəcəyi barədə proqnoz vermək çətindir. Ona görə də dövlətimiz çoxsaylı tədbirlər həyata keçirərək onları sosial-iqtisadi inkişafın davamlı olmasına yönəldir.

Prezident İlham Əliyevin bu il martın 19-da imzaladığı sərəncama əsasən pandemiyanın məşğulluğa, sahibkarlaraiqtisadiyyata mənfi təsirlərinin azaldılması üzrə təkliflərin hazırlanması məqsədilə yaradılan işçi qrupların təqdim etdiyi təkliflər üzrə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Tədbirlər Planından irəli gələn məsələlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Artıq bu vəsaitin maliyyələşdirilməsinə başlanıb. Dövlət fondları və digər maliyyə resursları səfərbər edilərək, ümumi maliyyə dəstək paketi 2,5 milyard manatdan çox olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məşğulluq tədbirlərinə maliyyələşmə artıq açılıb. Eyni zamanda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə sahibkarlara maliyyə dəstəyi tədbirləri həyata keçirilməkdədir. İpoteka Fondu vasitəsilə maliyyələşmənin açılması üçünmüvafiq tədbirlər görülməkdədir.

Aqrar sektorda işlər xüsusi karantin rejiminin tələblərinə uyğun qurulur. Xüsusilə kənd təsərrüfatı məhsullarının maşınlarla daşınmasının məhdudiyyətsiz həyata keçirilməsi qeyd olunmalıdır. Çünki bunun nəticəsində xüsusi karantin rejimi dövründə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında problem yaranmır.

Yeri gəlmişkən, respublika üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb. 21 rayon üzrə 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır. Digər yazlıq əkinlər - tütün, şəkər çuğunduru, bostan-tərəvəz, kartof əkini üzrə tədbirlər həyata keçirilir. Taxıl biçininə hazırlıq işləri davam etdirilir.

Koronavirus iqtisadi fəallıqla bağlı böyük problemlər yaratsa da, vaxtında atılmış addımlar, xüsusilə sahibkarlara, biznesə verilən dəstək öz müsbət nəticəsini göstərəcək. İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən adamları dövlətin verdiyi maliyyə imkanlarından bəhrələnəcəklər. Bu imkanları Azərbaycan dövləti yaradıb və hazırkı vəziyyətdə onlardan insanlara, o cümlədən iqtisadiyyatın inkişafına töhfə verən sahibkarlara kömək məqsədilə istifadə edir.

Videokonfransda Prezident İlham Əliyev ilin sonuna qədər sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyini də bildirmişdir: "Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan artıq olacaq. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin Ehtiyat Fondundan 97 milyon manat ayrıldı. Bundan sonra da ilin sonunadək nə qədər lazımdırsa, hələ 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Bu, 2,5 milyard manatın içində deyil. Bütün sosial ödənişlər aparılır. Hesab edirəm ki, orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülür. İndi bizim orta aylıq əməkhaqqımız 712 manatdır, orta pensiya 295 manatdır. Yaşa görə pensiya isə 330 manata yaxındır. Yəni biz maaşları, pensiyaları ildən-ilə artırırıq”.

Bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək. Minimum 7 min məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq və ən azı 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək.

Koronavirusun yaratdığı gərgin vəziyyətdə dövlətin sosial-iqtisadi sahədə atdığı bu humanist və inamlı addımlar həmişə olduğu kimi, yenə də insanların sağlamlığına, rahatlığına və rifahına xidmət edir.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 18 aprel.- S.7.