94,7 faizlik inametimad ünvanı

 

 

Mütləq əksəriyyətin etibar etdiyi Prezident İlham Əliyev 17 illik bənzərsiz fəaliyyəti ilə ümumxalq sevgisini qazanıb

 

 

 

- 94.7 faiz Prezidentə etibar edir;

- 93 faiz koronavirusla bağlı həyata keçirilən tədbirləri müsbət dəyərləndirir;

- 92,8 faiz ictimai qınağa Prezidentin göstərdiyi reaksiya ilə həmrəydir;

- 91 faiz Prezidentin gənc kadrları vəzifəyə təyin etməsini alqışlayır;

- 89.2 faiz sağlamlığın qorunmasında dövlət siyasətini təqdir edir;

- 87.8 faiz sosial-iqtisadi islahatları alqışlayır;

- 87.8 faiz problemlə qarşılaşdığı zaman dövlətin dəstək göstərəcəyinə inanır;

- 85.6 faiz karantin məhdudiyyətlərinin tətbiq edilməsinə müsbət yanaşır;

- 84 faiz kütləvi tədbirlərin qadağan edilməsini dəstəkləyir;

- 82.4 faiz tədrisin dayandırılmasına müsbət yanaşır.

 

 

Bu, Azərbaycan reallığını əks etdirən sosioloji sorğunun nəticəsidir. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən açıqlanan sorğunun nəticələrindən də göründüyü kimi, ölkə əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin fəaliyyətini, onun qlobal təşəbbüslərini, həyata keçirdiyi sosial-iqtisadi, siyasi islahatları, daxilixarici diplomatiyanı, o cümlədən dünyanı bürüyən koronavirus pandemiyası dövründə gördüyü qabaqlayıcı tədbirləri tam dəstəkləyir.

Cənab İlham Əliyevin son dövrdə ölkədə həyata keçirilən inqilabi islahatlarla bağlı cəmiyyətin ictimai rəyinə müstəsna əhəmiyyət verməsini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi 2019-cu ildən etibarən yeni formatlı sosioloji sorğulara start verib. Bu sorğular islahatlarla bağlı ictimai rəyin rüblük (3 aylıq) monitorinqi baxımından ölkədə bir ilk olmaqla yanaşı, həm də sosial proseslərin dinamikasını və ictimai rəydə dəyərləndirilməsini daha operativ izləməyə imkan verir.

Təqdim edilən növbəti hesabat 2020-ci ilin ilk rübünü (yanvar-mart) əhatə edir. Sosioloji sorğu əsaslı bu analitik hesabatın məqsədi bəhs edilən müddətdə dövlət başçısının daxilixarici siyasətinin başlıca məqamları, ölkədəki ictimai-siyasi proseslərin vəziyyəti ilə bağlı xalqın rəyinin operativ öyrənilməsi, qanunverici, icraedici hakimiyyət və hüquq mühafizə sistemində gedən proseslərə cəmiyyətin münasibətini çevik dəyərləndirməklə ümumi mənzərənin göz önündə canlandırılması, müvafiq qərarların qəbulunda mötəbər mənbə kimi həm də ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

 

Rəy sorğusunda dövlət başçısının həm daxili, həm də xarici siyasət sahəsində çoxşaxəli fəaliyyətini izləməyə imkan verən, siyasi təqvimdə tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan, rəsmi xronikada, eləcə də yerlixarici mediada geniş işıqlandırılan hadisələr əksini tapıb.

Beləliklə, 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxilixarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin və dövlət başçısına inam indeksinin öyrənilməsi üçün keçirilən sorğunun nəticələri ən qısa şəkildə belə ifadə edilə bilər:

Dünyada neft qiymətlərinin aşağı düşməsi, beynəlxalq geosiyasi qarşıdurmaların kəskinləşməsi, II Dünya müharibəsindən sonra dünyada ilk dəfə ən dərin sosial, siyasi, iqtisadi böhran vəziyyətini yaradan yeni qlobal pandemiyanın sürətlə yayılması fonunda Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqın rifahı və firavanlığının yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksəlib.

Sorğuda iştirak edənlərin əksəriyyəti Prezidentin hərbi, siyasisosial-iqtisadi sahələrdəki fəaliyyətini çox müsbət dəyərləndirir. Prezidentin ordu quruculuğu və silahlı qüvvələrin modernləşdirilməsi sahələrindəki fəaliyyəti respondentlərin mütləq əksəriyyəti tərəfindən daha çox müsbət qiymətləndirilir.

Bu sorğu bir daha sübut edir ki, Azərbaycanda İlham Əliyev siyasi lider kimi, alternativsiz lider kimi xalqın inam ünvanıdır. Bunun izahı isə çox sadədir. Azərbaycan xalqı şahiddir ki, cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, uzaqgörən və ən əsası da, tam müstəqil siyasətlə Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır.

Son 17 ildə Azərbaycanın çevik və ağıllı dövlət siyasəti, yüksək idarəçilik və humanist siyasətlə inkişafı, milli maraqlarımızın yüksək səviyyədə qorunması və təmin edilməsi cənab İlham Əliyevin ali keyfiyyətləri sayəsində reallığa çevrilib.

Məhz bütün bunlar cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb və Azərbaycan öz qətiyyətli lideri ilə qüdrətli dövlətə çevrilir, parlaq gələcəyə doğru inamla addımlayır.

 

 

R.BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 19 aprel.- S.1;5.